Məhkəmə qərarları › İş №2(078)-65/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-65/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-65/2021 29.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilatın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018- 002813 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 813.71 (səkkiz yüz on üç manat yetmiş bir qəpik) manat, cəmi 4812.77 (dörd min səkkiz yüz on iki manat yetmiş yeddi qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat məhkəmənin ünvanına xx xxxxxx 2021-ci il tarixli 22-1847/2021 nömrəli tələbin artırılması barədə ərizə göndərmiş və sözügedən ərizə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı təşkilat ərizədə iddia tələbinin həcminin artırılması və tələbə “Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 580xx.xx.2018-002813 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması” tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 580xx.xx.2018-002813 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilatın nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, təşkilatın “Sumqayıt” filialı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018-002813 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq Bank tərəfindən borcalana 60 ay müddətinə illik 27 % dərəcəsi ilə hesablanmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Təşkilatın nümayəndəsi qeyd etmişdir ki, Cavabdeh kredit vəsaitindən istifadə etsə də, buna baxmayaraq kredit borcunu və hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı məlumat verilməsinə baxmayaraq o, öz üzərlərinə düşən vəzifəni yerinə yetirməmişdir. Cavabdehin iddiaçı təşkilata xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat borcu vardır. İddiaçı təşkilatın nümayəndəsi N.Əmiyev sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, Cavabdeh “xxxx” ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018- 002813 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat kredit borcunun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 (qırx) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə bağlanmış 580xx.xx.2018-002813 nömrəli Kredit müqaviləsindən görünür ki, həqiqətən “xxxx” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən Borc verən Borc alana istehlak məqsədi ilə 60 ay müddətinə illik 27 % dərəcəsi ilə hesablanmaqla 5000 (beş min) manat məbləğində kredit vermiş, kredit üzrə illik faiz dərəcəsi (FİFD) 27.51 % təşkil edir. İş materiallarında olan “xxxx” ASC-nin Sumqayıt filialı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 21/225 nömrəli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə Banka əsas borc üzrə xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018-002813 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 813.71 (səkkiz yüz on üç manat yetmiş bir qəpik) manat, cəmi 4812.77 (dörd min səkkiz yüz on iki manat yetmiş yeddi qəpik) manat borcu mövcuddur. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə 14/A2960 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Əliyev X3 şəhəri, Qoçüstü 1/129 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-835/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxxxx 2020-ci il tarixli 201/20 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş maliyyə arayışı və xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018- 002813 nömrəli Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh iddiaçı təşkilata xx.xx.2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə 3794.48 manat əsas, 930.35 manat faiz borcu olduğu müəyyən edilmişdir. Lakin iddiaçı təşkilat məhkəmənin ünvanına xx xxxxxx 2021-ci il tarixli 22- 1847/2021 nömrəli tələbin artırılması barədə ərizə göndərmiş və sözügedən ərizə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı təşkilat ərizədə iddia tələbinin həcminin artırılması və tələbə “Cavabdeh “xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması” tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018-002813 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018-002813 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat borc iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018-002813 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat məbləğində pul tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilsin. İddiaçı “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar