Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-651/2023 02.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh təşkilat "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən kredit pulu olaraq ödədikləri 9800 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 02 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı2 ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi X2 ərizəyə etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların vəkili və nümayəndəsi Vəkil ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 31403 nömrəli qəbzlə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 31403 nömrəli qəbzlə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-651/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-651/2023
02.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver