Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-662/2024 13.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(078)-1108/2021 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (yüz on) manat olmaqla, 2 uşağa görə 220 (iki yüz iyirmi) manat müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 18 avqust 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit məbləğdə hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, tərəflər arasında Culfa rayon Qeydiyyat şöbəsində 10 oktyabr 2008-ci il tarixdə 167 nömrə ilə bağlanmış nikah aktının Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(078)-266/2018 nömrəli qətnaməsi ilə pozulduğunu, 18 avqust 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2013-cü il təvəllüdlü X2 iddiaçının yanında qalmaları və ataları Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edildiyini, 29 may 2018-ci il tarixdən başlayaraq, cavabdehin hər ay 2 uşağına görə 100 (yüz) manat ödədiyini, Cavabdeh ödədiyi alimentdən əlavə uşaqlarına heç bir maddi köməklik göstərmədiyindən ödənilən alimentin miqdarının uşaqların tələbatlarını təmin etmədiyindən iddiaçının iddia ərizəsi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(078)-1108/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarının dəyişdirilərək, hər uşağa sabit məbləğdə 110 (yüz on) manat olmaqla, iki uşağa ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçıya ödənilməsinin qət edildiyini, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh alimenti ödədiyini, lakin əlavə olaraq onlara heç bir maddi köməklik göstərmədiyini, sonuncu qətnamənin qəbulundan 2.5 il vaxt keçdiyini, bu illər ərzində uşaqların böyüdüyünü, onların xərclərinin artdığını, tələbatlarını ödəməyin çətinləşdiyini, ona görə də, alimentin miqdarının dəyişdirilməsi zərurətinin yarandığını, iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(078)-1108/2021 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (yüz on) manat olmaqla, 2 uşağa görə 220 (iki yüz iyirmi) manat müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 18 avqust 2009cu il təvəllüdlü X3 və 26 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit məbləğdə hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq ödənilməsinin qət edilməsini istədiyini göstərərək, Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(078)-1108/2021 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (yüz on) manat olmaqla, 2 uşağa görə 220 (iki yüz iyirmi) manat müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 18 avqust 2009cu il təvəllüdlü X3 və 26 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit məbləğdə hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, aylıq 400 manat maaş aldığını, 470 manat alimenti ödəyə bilməyəcəyini, ona 1000 manatlıq iş verilsə, 470 manat alimenti ödəyə biləcəyini, imkanının olmadığını, hazırda 220 manat aliment ödədiyini, yenidən evlənsə də ayrıldığını, övladının olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: AZ 340388 nömrəli, 06 mart 2024-cü il tarixli çıxarışa əsasən, iş üzrə tərəflərin 18 avqust 2009-cu il tarixdə X5 adlı uşaqları doğulmuşdur. AZ-İİ 858216 nömrəli, 06 mart 2024-cü il tarixli çıxarışa əsasən, iş üzrə tərəflərin 26 iyun 2013-cü il tarixdə X4 adlı uşaqları doğulmuşdur. 06 mart 2024-cü il tarixli çıxarışa əsasən, Cavabdeh ilə X7 arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması kitabında 5 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(078)-1108/2021 nömrəli qətnaməsinin surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(078)-266/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq, 18 avqust 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Məhkəmə izahatlara və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(078)-1108/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 18 avqust 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(078)-1108/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 18 avqust 2009-cu il təvəllüdlü X3 və 26 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.