Məhkəmə qərarları › İş №2(078)-665/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-665/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-665/2021 07.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat pulun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 2031 (iki min otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun bacısı oğludur. İddiaçı qeyd etmişdir ki, 2017-ci ilin may avının 19-da Cavabdeh toy mərasimi olacaqdı, may ayının 18-də toy mərasiminə hazırlıqla əlaqədar bacısı X1 evinə yığışmışdıqlarında Məmməd ona toy etmək üçün pul lazım olduğunu bildirmiş və ona 3000 (üç min) manat borc olaraq verməyini xahiş etmişdir. Çünki onun həmin vaxt özünə ev almaq istədiyini və buna görə də əlində bir miqdar pulu olduğunu Məmməd bilirdi. Cavabdehə toydan sonra qaytarmaq şərti ilə borc olaraq pul verə biləcəyini dediyində Məmməd ona pulu toydan sonra, yəni may ayının 23-də qaytaracağı ilə bağlı söz vermişdir. Aralarında olan qohumluq münasibətlərinə və cavabdehin söz verdiyinə güvənərək 19 may 2017-ci il tarixdə ünvan 1 ünvanında cavabdehin atası-X3, anası- X1 və qardaşı-X2 yanında Cavabdeh 3000 (üç min) manat pul vermiş və borc pul verməyi ilə bağlı hər hansı bir sənəd almamışdır. 2020-ci ilin avqust ayında cavbdehin qardaşı X4 borcun 1000 (bir min) manatını iddiaçıya qaytarmışdır. Qeyd edilmişdir ki, həmin tarixdən 4 (dörd) il keçməsinə baxmayaraq Cavabdeh ona olan borcundan 2000 (iki) min manatını qaytarmamış, iddiaçı dəfələrlə Cavabdehla və onun atası Adil Məmmədovla əlaqə saxlayarq imkanının yaxşı olmadığını, heç bir yerdə işləmədiyini, aldığı borc pulu qaytarmalarını bildirsə də, hər dəfə bir bəhanə ilə ondan aldığı pulun 2000 (iki min) manatnı ödəməkdən bu günədək yayınmışdır. Dəfələrlə Cavabdehla telefonla əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmiş, atası X6 ilə əladə saxladıqda isə “Pulu kimə vermisənsə get ondan da al” cavabını vermişdir. Cavabdehin hərbiçi olduğunu, əgər hər ay 100 (bir yüz) manat olmaqla borcu ödəmiş olsa idi hazırda borcu qurtarmış olardı. Cavabdehin atasına zəng edərək borcu qaytarmayacaqları təqdirdə məsələnin həlli üçün məhkəməyə müraciət edəcəyini dediyində A.Məmmədov ona “Bizim imkanımız yoxdur sənə borcumuzu qaytaraq, hara istəyirsən müraciət edə bilərsən” demiş, özünün hə pula ehtiyacı olduğundan məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində ifadə verən X5 ifadəsində özünün iddiaçının qardaşı, cavabdehin isə dayısı olduğunu, həqiqətən də cavabdehin toyu ərəfəsindətəqribən 2017-ci ilin may ayında Məmmədin Çimnazdan 3000 manat borc pul aldığı və borcu toydan sonra qaytaracağı barədə razılaşmaları olduğunu bildirmiş və qeyd etmişdir ki, Çimnaz Məmmədə borc pul verən zaman o, onların yanında olmayıb, sadəcə bu haqda bütün tayfanın xəbəri və məlumatı vardır. Cavabdeh borcunu inkar etmir. Sadəcə deyir ki, o 2016-cı il aprel döyüşlərində yarlanıb, veteran pulu yığılıb qalıbdır. Ona həmin veteran pulunu verəcəklər o da xalasının borcunu qaytaracaq. Keçən il onların çoxsaylı təkidləri ilə cavabdeh iddiaçıya olan borcdan 1000 manatını qaytardı. Lakin qalan borcu qaytarmır. Cavabdehin anası olan bacısı iddiaçı ilə borcu istədiyinə görə danışmır. Sadəcə bir söz deyirlər ki, “biz pulu inkar etmirik, nə vaxt veteran pulunu versələr borcu verəcəyik”. Bəlkə həmin pulu heç vermədilər? Axı iddiaçı yeməkxanada xadimə işləyir. Həmin pula çox ehtiyacı vardır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçını, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında hazırda cavabdehin ona ümumilikdə 2000 (iki) manat borcu olduğunu, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şahid ifadəsini sübutun konkretlilik, təkzibolunmazlıq xüsusiyyətlərinə görə hazırki iş üzrə faktı təsdiq edən sübut hesab edir. Belə ki, şahid ifadəsində tərəflər arasında borcun verilməsindən məlumatı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı ümumilikdə 3000 (üç) manat məbləğində borc pulu iş üzrə Cavabdeh verməklə üzərinə götürdüyü öhdəliyə əməl etmiş, lakin ikinci tərəf olaraq iş üzrə Cavabdeh götürdüyü öhdəliyi pozaraq iddiaçıya olan borcunu müəyyən bir hissəsini qaytarmış, qalan 2000 (iki min) manat hissəsini geri qaytarmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 01.05.2021-ci il tarixdə 13643 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 31 (otuz bir) manat Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 2000 (iki min) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 01.05.2021-ci il tarixdə 13643 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 31 (otuz bir) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar