Məhkəmə qərarları › İş №2(078)-668/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-668/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-668/2022 05.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 410 (dörd yüz on) AZN əsas borc, 655.60 (altı yüz əlli beş manat altmış qəpik) AZN dəbbə pulu olmaqla, ümumilikdə 1065.60 (min altmış beş manat altmış qəpik) AZN məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 60 (altmış) AZN məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, onunla Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 132 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehə X4 8 markalı mobil telefonu satdığını, Cavabdeh isə malın dəyərini müqavilənin ödəniş şərtlərinə uyğun vaxtında və tam ödəməyi öhdəsinə götürdüyünü, müqaviləyə əsasən cavabdehin mobil telefonu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada malın qiymətini iddiaçıya qaytarmağı öhdəsinə götürdüyünü, müqaviləyə və qoşması 1 nömrəli əlavəyə əsasən cavabdeh tərəfindən malın dəyərinin 6 (altı) ay ərzində ödənilməklə hissələrə bölünərək, hər ayın 15-i tam şəkildə ödənilməli olduğunu, eyni zamanda müqaviləyə əsasən cavabdehin üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində gecikdirilən hər gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i həcmində dəbbə pulu ödənilməsinin müəyyənləşdirildiyini, cavabdehin üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün müqavilə üzrə 410 (dörd yüz on) AZN əsas borc, 655.60 (altı yüz əlli beş manat altmış qəpik) AZN dəbbə pulu olmaqla, ümumilikdə 1065.60 (min altmış beş manat altmış qəpik) AZN ödənilməmiş borcunun yarandığını, müqaviləyə əsasən cavabdehin öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirmədiyini, müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq borcun qaytarılmasının təmin edilmədiyini, ekspert rəyində əsas borcun 509.98 manat, dəbbə pulu üzrə isə 647.30 manat müəyyən olunduğunu, iddia tələbindəki məbləği əsaslı hesab etdiyini, bunları nəzərə alaraq, Cavabdeh 410 (dörd yüz on) AZN əsas borc, 655.60 (altı yüz əlli beş manat altmış qəpik) AZN dəbbə pulu olmaqla, ümumilikdə 1065.60 (min altmış beş manat altmış qəpik) AZN məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 60 (altmış) AZN məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 132 nömrəli Mal satınalması Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya 590 (beş yüz doxsan) AZN dəyərində X4 8 markalı mobil telefonu satır, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəyir. 07 oktyabr 2021-ci il tarixli, 132 nömrəli Mal satınalması Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh 100 manat ilkin ödəniş olmaqla, qalan 490 manat məbləğində pulu 15 noyabr 2021-15 aprel 2022-ci il tarixləri aralığında hər ay 98.33 manat olmaqla ödəməyi öhdəsinə götürür. Arayışa əsasən, Cavabdeh İddiaçı 410 (dörd yüz on) manat əsas borc və 655.60 (altı yüz əlli beş manat altmış qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1065.60 (min altmış beş manat altmış qəpik) manat məbləğində ödənilməmiş borcu mövcuddur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 229 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı 07 oktyabr 2021-ci il tarixli, 132 nömrəli mal satınalması müqaviləsi şərtlərinin, müqavilədə öz əksini tapan ödəniş cədvəlinin və maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda, 07 oktyabr 2021-ci il tarixli, 132 nömrəli mal satınalması müqaviləsi üzrə 15 aprel 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcu 509.98 (beş yüz doqquz manat doxsan səkkiz qəpik) manat, dəbbə pulu üzrə 647.30 (altı yüz qırx yeddi manat otuz qəpik) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatı yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 410 (dörd yüz on) manat əsas borc və 655.60 (altı yüz əlli beş manat altmış qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1065.60 (min altmış beş manat altmış qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 30.65 (otuz manat altmış beş qəpik) manatı alınaraq, İddiaçı qaytarılmalı, artıq ödənilmiş 29.35 (iyirmi doqquz manat otuz beş qəpik) manat dövlət rüsumu isə İddiaçı qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 132 nömrəli Mal satınalması Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya 590 (beş yüz doxsan) AZN dəyərində X4 8 markalı mobil telefonu satır, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəyir. 07 oktyabr 2021-ci il tarixli, 132 nömrəli Mal satınalması Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh 100 manat ilkin ödəniş olmaqla, qalan 490 manat məbləğində pulu 15 noyabr 2021-15 aprel 2022-ci il tarixləri aralığında hər ay 98.33 manat olmaqla ödəməyi öhdəsinə götürür. Arayışa əsasən, Cavabdeh İddiaçı 410 (dörd yüz on) manat əsas borc və 655.60 (altı yüz əlli beş manat altmış qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1065.60 (min altmış beş manat altmış qəpik) manat məbləğində ödənilməmiş borcu mövcuddur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 229 nömrəli ekspert rəyinə əsasən qeyd edir ki, rəyə əsasən verilmiş əsas borc 509.98 (beş yüz doqquz manat doxsan səkkiz qəpik) manat, dəbbə pulu 647.30 (altı yüz qırx yeddi manat otuz qəpik) manat təşkil etdiyindən, iddia tələbində müəyyən olunan məbləğdən artıq hesablandığından, kənara çıxdığından məhkəmə iddia tələbi çərçivəsində işə baxmağı əsas götürür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 410 (dörd yüz on) manat əsas borc və 655.60 (altı yüz əlli beş manat altmış qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1065.60 (min altmış beş manat altmış qəpik) manat məbləğində kredit borcu və 30.65 (otuz manat altmış beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılsın. Artıq ödənilmiş 29.35 (iyirmi doqquz manat otuz beş qəpik) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar