Məhkəmə qərarları › İş №2(078)-670/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-670/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-670/2021 07.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 22.02.2020-ci tarixli müqavilə üzrə İMEİ kodu **********47063 olan Samsung Galaxy A51 markalı telefon üçün 685.4 (altı yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 753.4 (yeddi yüz əlli üç manat qırx qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 22.02.2020-ci tarixli müqavilə üzrə İMEİ kodu **********47063 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 753.4 (yeddi yüz əlli üç manat qırx qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə alqı-satqı qiyməti 861.6 manat olan (18 ay x 45.7 manat + 39 manat ilkin ödəniş) olan İMEİ kodu **********47063 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 753.4 (yeddi yüz əlli üç manat qırx qəpik) manat olmaqla 685.4 (altı yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68 (altmış səkkiz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 176.2 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh 22.02.2020-ci tarixli müqavilə üzrə İMEİ kodu **********47063 olan Samsung Galaxy A51 markalı telefon üçün 685.4 (altı yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 753.4 (yeddi yüz əlli üç manat qırx qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 22.02.2020-ci il tarixli 20120638 nömrəli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: X2 A51 DS (SM-A515) 64GB İMEİ kod **********47063 **********47061; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 22.02.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh İMEİ kodu **********47063 olan Samsung Galaxy A51 markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 06 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 22.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********47063 olan Samsung Galaxy A51 markalı telefon üçün 685.4 (altı yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 753.4 (yeddi yüz əlli üç manat qırx qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 03.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 13.04.2021-ci il tarixdə verilmiş arayışa əsasən Xudiyev X1 şəhəri, Xətai, döngə 1, ev 11 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 22.02.2020-ci tarixli 20120638 nömrəli müqavilə üzrə İMEİ kodu **********47063 olan Samsung Galaxy A51 markalı telefon üçün 685.4 (altı yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 753.4 (yeddi yüz əlli üç manat qırx qəpik) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxx» MMC tərəfindən 07.05.2021ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 25 may 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 26 may 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh bildiriş çatmadığından ona təqdim edilməsi üçün 23 iyun 2021-ci il tarixdə müvafiq inzibati ərazi dairə üzrə nümayəndəliyə göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 22.02.2020-ci tarixli 20120638 nömrəli müqavilə üzrə İMEİ kodu **********47063 olan Samsung Galaxy A51 markalı telefon üçün 685.4 (altı yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə olmaqla ümumilikdə 753.4 (yeddi yüz əlli üç manat qırx qəpik) manat məbləğində borc tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. «xxxx» MMC tərəfindən 07.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar