Məhkəmə qərarları › İş №2(078)-671/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-671/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-671/2021 07.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.01.2020-ci tarixli müqavilə üzrə Samsung LED TV üçün 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 107 (bir yüz yeddi) manat cərimə olmaqla ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 12.01.2020-ci tarixli müqavilə üzrə Samsung LED TV almış və nəticədə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə alqı-satqı qiyməti 1211.4 manat olan (18 ay x 67.3 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat olmaqla 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 107 (bir yüz yeddi) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 135.6 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh 12.01.2020-ci tarixli müqavilə üzrə Samsung LED TV üçün 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 107 (bir yüz yeddi) manat cərimə olmaqla ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 12.01.2020-ci il tarixli 20032856 nömrəli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model Samsung LED UE43RU7200UXRU. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 12.01.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Samsung LED TV-ni tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 06 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 12.01.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 107 (bir yüz yeddi) manat cərimə olmaqla ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 13.04.2021-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 12.01.2020-ci il tarixli 20032856 nömrəli müqavilə üzrə Samsung LED TV üçün 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 107 (bir yüz yeddi) manat cərimə olmaqla ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxx» MMC tərəfindən 07.05.2021ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 25 may 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 26 may 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh bildirişi 31.05.2021-ci il tarixdə imza edərək qəbul etmiş, lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 12.01.2020-ci il tarixli 20032856 nömrəli müqavilə üzrə Samsung LED TV üçün 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 107 (bir yüz yeddi) manat cərimə olmaqla ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat məbləğində borc tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. «xxxx» MMC tərəfindən 07.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar