Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-673/2020 17.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilatın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 432.05 (dörd yüz otuz iki manat beş qəpik) manat, cəmi 3695.02 (üç min altı yüz doxsan beş manat iki qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-nin direktoru E.Məmmədov məhkəmənin ünvanına xx xxxxxxxx 2020-ci il tarixli 14/A4039 nömrəli iddia tələbinin həcminin artırılmasına dair ərizə göndərmiş, sözügedən ərizə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. E.Məmmədov ərizəsində iddia tələbində göstərilən məbləğin artırılması və tələbə “Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 577.07 (beş yüz yetmiş yeddi manat yeddi qəpik) manat, cəmi 3840.04 (üç min səkkiz yüz qırx manat dörd qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması” tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş, bunu nəzərə alan məhkəmə xx xxxxxxxx 2020-ci il tarixli 2(078)-673/2020 nömrəli qərardadı ilə tələbə “Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 577.07 (beş yüz yetmiş yeddi manat yeddi qəpik) manat, cəmi 3840.04 (üç min səkkiz yüz qırx manat dörd qəpik) manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilatın nümayəndəsi X2 iddianı müdafiə edərək bildirmişdir ki, təşkilatın “Abşeron” filialı ilə Cavabdeh arasında BPM**********44 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq Bank tərəfindən borcalana 60 ay müddətinə illik 20 % dərəcəsi ilə hesablanmaqla 3400 (üç min dörd yüz) manat məbləğində kredit verilmişdir. Təşkilatın nümayəndəsi qeyd etmişdir ki, Cavabdeh kredit vəsaitindən istifadə etsə də, buna baxmayaraq kredit borcunu və hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı məlumat verilməsinə baxmayaraq o, öz üzərlərinə düşən vəzifəni yerinə yetirməmişdir. Cavabdehin iddiaçı təşkilata xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 577.07 (beş yüz yetmiş yeddi manat yeddi qəpik) manat, cəmi 3840.04 (üç min səkkiz yüz qırx manat dörd qəpik) manat borcu vardır. İddiaçı təşkilatın nümayəndəsi N.Əmiyev sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 577.07 (beş yüz yetmiş yeddi manat yeddi qəpik) manat, cəmi 3840.04 (üç min səkkiz yüz qırx manat dörd qəpik) manat kredit borcunun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 (qırx) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Hazırki iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixdə bağlanmış BPM**********44 nömrəli Kredit müqaviləsindən görünür ki, həqiqətən İddiaçı ASC-nin Abşeron filialı ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən Borc verən Borc alana istehlak məqsədi ilə 60 ay müddətinə (xx.xx.2024-cü il tarixədək) illik 20 % dərəcəsi ilə hesablanmaqla 3400 (üç min dörd yüz) manat məbləğində kredit vermiş, kredit üzrə illik faiz dərəcəsi (FİFD) 20.48 % təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər BPM**********44 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan İddiaçı ASC-nin Abşeron filialı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 0526 nömrəli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə Banka əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 577.07 (beş yüz yetmiş yeddi manat yeddi qəpik) manat, cəmi 3840.04 (üç min səkkiz yüz qırx manat dörd qəpik) manat borcu mövcuddur. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixdə 14/A1317 nömrəli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-673/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxxxxx 2020-ci il tarixli, 174/20 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş maliyyə arayışı və xx.xx.2019-cu il tarixli BPM**********44 nömrəli Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh iddiaçı təşkilata xx.xx.2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə 3262.97 manat əsas, 434.04 manat faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini və bankın hesabdan çıxarışını əlaqəli şəkildə tədqiq edib hesab edir ki, hesabdan çıxarış əsas götürülməklə faiz borcu Bankın hesabdan çıxarışı üzrə 577.07 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 577.07 (beş yüz yetmiş yeddi manat yeddi qəpik) manat, cəmi 3840.04 (üç min səkkiz yüz qırx manat dörd qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh əsas borc üzrə 3262.97 (üç min iki yüz altmış iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 577.07 (beş yüz yetmiş yeddi manat yeddi qəpik) manat, cəmi 3840.04 (üç min səkkiz yüz qırx manat dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-673/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-673/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver