Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-673/2023 22.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydasının dəyişdirilməklə 10 sentyabr 2011-ci ildə doğulmuş X7 və 19 iyul 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan 10 sentyabr 2011-ci ildə X7 və 19 iyul 2013-cü ildə X6 adlı iki övladları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Naxçıvan şəhər Məhkəməsinin 19 oktyabr 2019-cü il tarixli qətnaməsi ilə 10 sentyabr 2011-ci ildə doğulmuş X7 və 19 iyul 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay bir uşaq üçün 125 manat olmaqla iki uşaq üçün ümumilikdə 250 manat miqdarında aliment tutulması qət edilmişdir. Hazırda uşaqlar böyüyüb, orta məktəbdə oxuyurlar. Onların maddi tələbatları günü gündən artır. Zabit övladlarına əlavə heç bir köməklik göstərmir. Zabit Bakı şəhərində Neft Şirkətində işləyir. Yüksək əmək haqqı alır. Ona görə də Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsi qaydasının dəyişdirilərək Cavabdeh aylıq qazancının üçdə biri miqdarında ödənilməsini istəyir. Həmçinin Mediasiya haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq Cavabdeh ilə 14 fevral 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında razılıq əldə edə bilməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən cavabdehin nümayəndəsi Nümayəndəsi olduğu Cavabdeh atası olduğunu, oğlunun şəxsi bir şirkətdə işlədiyini, bu şirkətin "xxxx" şirkəti olduğunu, şirkətin hər an bağlanma ehtimalının olduğunu, oğlunun ikinci dəfə evləndiyini, ikinci evliliyindən də övladları olduğunu, aliment təyin edilərkən həmin uşaqların da nəzərə alınmalı olduğunu, həmçinin oğlunun alimenti ödəmədiyini, onun əvəzinə özünün ödədiyini bildirərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 20 noyabr 2010-cu il tarixdə Kəngərli rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından 10 sentyabr 2011-ci ildə X7 və 19 iyul 2013-cü ildə X6 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli, 2(078)-651/2014 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 10 sentyabr 2011-ci il təvəllüdlü X7 və 19 iyul 2013-cü ildə X6 anaları İddiaçı yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(078)- 293/2015 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli, 2(078)-651/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh hər ay bir uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(078)-293/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 125 manat olmaqla, iki uşaq üçün ümumilikdə 250 manat miqdarında aliment tutularaq 10 sentyabr 2011-ci ildə X7 və 19 iyul 2013-cü ildə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 saylı qətnaməsindən tərəflər arasında 20 noyabr 2010-cu il tarixdə Kəngərli rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 yanvar 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 679261 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 10 sentyabr 2011-ci il tarixdə X7 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhəri Nikah Evi tərəfindən verilmiş 27 dekabr 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 075273 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 19 iyul 2013-cü il tarixdə X6 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 05 fevral 2015-ci il tarixli, AZ-İ seriyalı, 174273 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında nikahın ləğv edilməsinin, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09 yanvar 2015-ci il tarixdə 02 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 saylı qətnaməsindən Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli, 2(078)-651/2014 nömrəli qətnaməsi ilə iş üzrə tərəflər arasında 30 avqust 2014-cü il tarixdə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra 10 sentyabr 2011-ci ildə X7 və 19 iyul 2013-cü ildə X6 anaları İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinin qət olunması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 saylı qətnaməsindən Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(078)-293/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 125 manat olmaqla, iki uşaq üçün ümumilikdə 250 manat miqdarında aliment tutularaq 10 sentyabr 2011-ci ildə X7 və 19 iyul 2013-cü ildə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları İddiaçı ödənilməsinin qət olunması aydın olur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 26 may 2023-cü il tarixli arayışdan Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də mühasib vəzifəsində işlədiyi və "xxxx" MMC-nin X8 uyğun olaraq 1200 (min iki yüz) manat məbləğində əmək haqqı aldığı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019cu il tarixli, 2(078)-1025/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 10 sentyabr 2011-ci il təvəllüdlü X7 və 19 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment tələb etməsidir. İşin mübahisəli halının həllinə hüquqi aydınlıq gətirmədən öncə məhkəmə onu qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozularkən, həmçinin aliment məbləğinin artırılmasına dair digər məhkəmə qətnamələrində məhkəmə uşaqların saxlanılması üçün alimentin tutulma qaydasını sabit pul məbləğində müəyyən etmişdir. İddiaçı isə hazırki tələbində cavabdehdən onların birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulmasını və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçının tələbinin mahiyyətindən aydın olur ki, o, alimentin tutulma qaydasının dəyişdirilməsini istəyir. İşin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, Babayeva X2 Şəhər Məhkəməsinə “17” aprel 2023cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddia təmin edildiyindən 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; -17 aprel 2023-cü il tarixdən hesablanmaqla, 10 sentyabr 2011-ci il təvəllüdlü X5 və 19 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -Cavabdeh 68 (altmış səkkiz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(078)-1025/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. 17 aprel 2023-cü il tarixdən hesablanmaqla, 10 sentyabr 2011-ci il təvəllüdlü X5 və 19 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-673/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-673/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver