Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-691/2021 15.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 31 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vermiş olduğu İphone XS markalı mobil telefonun dəyəri olan 1250 (bir min iki yüz əlli) manatı və nağd olaraq vermiş olduğu 250 (iki yüz əlli) manat pulun və dövlət rüsumu olaraq ödəmiş olduğu 30 (otuz) manatın, ümumilikdə 1530 (bir min beş yüz otuz) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin fevral ayının əvvəllərində özünə məxsus olan İpone XS markalı mobil telefonunu satmaq istəyirdi. Buna görə də instagram sosial şəbəkəsində satış üçün paylaşım etmişdir. Təxminən 1-2 gün sonra bir nəfər iddiaçının mobil telefonuna zəng vurmuş, adının Vüqar olduğunu demiş və həmin telefonu almaq istədiyini bildirmişdir. İddiaçı görüşmək istədiyini bildirmişdir. Vüqar iddiaçının əvvəldən tanıdığı Rəşad adlı şəxslə əvvəldən görüş üçün razılaşdıqları İpək yolu YDM-nin yanında görüşmüşlər. Vüqar iddiaçının telefonuna baxmış, qiymətini 1250 (bir min iki yüz əlli) manata razılaşmışlar. Cavabdeh hazırda pulu olmadığını, 10 gün müddətinə iddiaçının pulunu ödəyəcəyini demişdir. İddiaçı onun yanında olan Rəşad adlı şəxsi əvvəldən tanıdığından etibar edib Vüqara özünə aid olan telefonu cavabdehə vermişdir. Aradan 10 gün keçdikdən sonra iddiaçı Vüqara zəng vurmuş və telefonun pulunu istəmişdir. Vüqar iddiaçıya bildirmişdir ki, 5- 10 gün möhlət ver, telefonun pulunu ödəyəcəyəm. Fevral ayının 18-də iddiaçı Vüqarla yenidən Naxçıvan şəhər, Çənlibel məhəlləsində görüşmüşdür. Həmin vaxt əvvəldən tanıdığı Elvin adlı şəxs də Vüqarın yanında idi. Söhbət əsnasında iddiaçı Vüqara özünə yeni bahalı telefon almaq üçün telefonunu satdığını bildirmişdir. Vüqar iddiaçıya “onda sən mənə 250 (iki yüz əlli) manat da pul ver, yaxın günlərdə sənin istədiyin telefonu alıb sənə verim” deyə bildirmişdir. İddiaçı Vüqara inandığından əlavə olaraq 250 (iki yüz əlli) manat da Elvinin yanında pul vermişdir. Həmin gündən sonra Vüqar bu günədək hərdən bir bəhanə edərək nə iddiaçının pulunu qaytarır, nə də telefonu alır. Vüqarın iddiaçıya telefon və pul borclu olmasını Naxçıvan şəhər, Çənlibel məhəlləsi, bina 12A, ev 16-da yaşayan X2 və Babək rayon, Kərimbəyli kənd sakini X3 da təsdiq edir. Vüqar iddiaçıya olan borcunu könüllü surətdə ödəmədiyindən məcbur qalaraq iddiaçı pulunun ondan alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında 2021-ci ilin fevral ayının əvvəllərində özünə məxsus olan İpone XS markalı mobil telefonunu satmaq istədiyini, instagram sosial şəbəkəsində satış üçün paylaşım etdiyini, təxminən 1-2 gün sonra bir nəfər telefonuna zəng vurub, adının Vüqar olduğunu dediyini və həmin telefonu almaq istədiyini bildirdiyini, özünün görüşmək istədiyini bildirdiyini, əvvəldən görüş üçün razılaşdıqları ipək yolu YDM-nin yanında Rəşad adlı dostunun da iştirakı ilə görüşdüklərini, Vüqarın onun telefonuna baxdığını və qiymətini 1250 (bir min iki yüz əlli) manata razılaşdıqlarını, Vüqarın hazırda pulu olmadığını, 10 gün müddətinə pulunu ödəyəcəyini dediyini, Rəşad adlı şəxsi əvvəldən tanıdığından etibar edib Vüqara özünə aid olan telefonu verdiyini, aradan 10 gün keçdikdən sonra Vüqara zəng vurub telefonun pulunu istədiyini, Vüqarın “5-10 gün möhlət ver, telefonun pulunu ödəyəcəyəm” dediyini, fevral ayının 18-də Vüqarla yenidən Naxçıvan şəhər, Çənlibel məhəlləsində görüşdüklərini, həmin vaxt əvvəldən tanıdığı Elvin adlı şəxsin də Vüqarın yanında olduğunu, söhbət əsnasında Vüqara özünə yeni bahalı telefon almaq üçün telefonunu satdığını bildirdiyini, Vüqarın iddiaçıya “onda sən mənə 250 (iki yüz əlli) manat da pul ver, yaxın günlərdə sənin istədiyin telefonu alıb sənə verim” dediyini, Vüqara inandığından əlavə olaraq 250 (iki yüz əlli) manat da Elvinin yanında ona pul verdiyini, həmin gündən sonra Vüqarın bu günədək hərdən bir bəhanə edərək nə pulunu qaytardığını, nə də telefonu aldığını, Vüqarın iddiaçıya telefon və pul borclu olmasını Naxçıvan şəhər, Çənlibel məhəlləsi, bina 12A, ev 16-da yaşayan X2 və Babək rayon, Kərimbəyli kənd sakini X3 da təsdiq etdiklərini, Vüqar borcunu könüllü surətdə ödəmədiyindən məcbur qalaraq pulunun ondan alınması üçün məhkəməyə müraciət etməli olduğunu bildirdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı 1250 manat dəyərində olan telefon və 250 manat borc pul aldığımı qəbul etdiyini, ödəmək imkanım olmadığından Araza olan borcunu ödəyə bilmədiyini, Araza cəmi 1500 manat pul borcu olduğunu bildirdi. 15 iyul 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh həmçinin məhkəməyə ərizə tədqim edərək ərizədə həqiqətən İddiaçı dəyəri 1250 (bir min iki yüz əlli) manat olan mobil telefon aldığını və sonra nağd olaraq İddiaçı 250 (iki yüz əlli) manat pul aldığını, İddiaçı 1500( bir min beş yüz) manat borcu olduğunu qəbul etdiyini göstərmişdir. İddiaçının cavabdehlə aralarında olan şifahi razılaşması əsasında Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi işin mübahisəli hallarıdır. Məhkəmə işin mübahisəli hallarını cavabdehin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -1500 (bir min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 1500 (bir min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-691/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-691/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver