Məhkəmə qərarları › İş №2(078)-705/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-705/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-705/2021 07.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərziəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 7000 (yeddi min) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri iddia ərizəsinin forması və məzmununa dair tələblərə riayət edilibedilməməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrin tələbinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçının öz tələbini əsaslandırdığı hallar göstərilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində iddiaçının 12 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdelər Cavabdeh 9658 (doqquz min altı yüz əlli səkkiz) manat, X2 və X1 isə birlikdə 10234 (on min iki yüz otuz dörd) manat müxtəlif malların satılmasından qalan pulun alının iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, lakin sonradan iddiaçının Cavabdeh ilə məhkəmədən kənar razılığa gələrək onun iddiaçıya 7000 (yeddi min) manat pul verdiyini, bunun üçün isə cavabdeh 10 aydan sonra öz pensiya kartını iddiaçıya verməli olduğunu, iddiaçının hər ay onun pensiyasından 200 (iki yüz) manat pul götürərək qalan pulu isə cavabdehə verməli olduğunu, onların öz aralarında 20 may 2020-ci il tarixdə belə bir razılıq yazıb imzaladığını, ondan sonra iddiaçının məhkəməyə ərizə verib iddia ərizəsini və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyini, Naxçıvan Şəhər Məhkəməsində iddiaçının ərizəsinin qəbul olunduğunu və 01 iyun 2020-ci il tarixli, 2(078)-300/2020 nömrəli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanıldığını, lakin qarşılıqlı razılıqlarında göstərdikləri 10 ay müddət tamam olduqdan sonra Cavabdeh qarşılıqlı razılıqlarına əməl etməyərək öz pensiya kartını iddiaçıya verməkdən imtina etdiyi və ümumiyyətlə borcunu qaytarmağa da fikrinin olmadığının onun davranışından aydın olduğunu, buna görə də iddiaçının məcbur qalaraq pulunun ondan alınması üçün məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Göründüyü kimi iddia ərizəsində iddiaçı Cavabdeh ilə aralarında öhdəlik münasibətlərinin yaranması ilə əlaqədar öz tələbini əsaslandırdığı halları iddia ərizəsində qeyd etməmişdir. Yəni iddiaçı Cavabdeh nə vaxt, hansı şəraitdə, hansı məqsədlə, hansı razılaşma ilə və s. pul verməsi ilə bağlı məlumatları iddia ərizəsində qeyd etməmişdir. Qeyd olunan iddia ərizəsindən borcun hansı əsasla yaranması müəyyən oluna bilmir. İddiaçı iddia ərizəsi verərkən öz tələbini əsaslandırdığı halları göstərməməklə iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 25 may 2021-ci il tarixli, 6038 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 25 may 2021-ci il tarixli, 6038 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar