Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-71/2025 12.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun alınaraq X1 (Kod 210005 VÖEN ********** Müxbir Hesabı: AZ41NABZ******************** S.W.İ.F.T: CTREAZ22 Ədliyyə Nazirliyi Hesab Nömrə AZ18CTRE******************** VÖEN: ********** Büdcə təsnifatının kodu: 142120 Büdcə səviyyəsinin kodu:7) hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-21/2023 saylı,xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1268/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilməklə üzərinə saat 22:00-dan növbəti gün 07:00dək yaşadığı ünvanını tərk etməmək, Abşeron rayonu və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması ona üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Qərarın icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsinə əsasən təqsirli bilinərək qəti olaraq 05 il 14 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkuma tətbiq edilmiş 12793 saylı elektron qolbağ və 35639148 saylı elektron nəzarət vasitəsi həbs olunduqdan sonra geri alınmamışdır. Elektron mobil qurğunu təhvil alınması məqsədi ilə məhkumun ailə üzvləri ilə dəfələrlə əlaqə saxlanılmış, həmçinin bununla bağlı xx.xx.2024-cü il tarixdə məhkumun yaşadığı ünvana baş çəkilmiş, elektron nəzarət vasitəsini əldə etmək mümkün olmamış və bu barədə akt tərtib olunmuşdur. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 07 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş və Cavabdeh iştirakı təmin edilməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. İş üzrə tərəflər iştirak etmədiyindən qeyd olunan məhkəmə iclası təxirə salınaraq 12 fevral 2025-ci il tarixə təyin edilmişdir. 12 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, məhkəmə iclasında İddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş və Cavabdeh iştirakı edilməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-ci maddələrinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə tərəflərə izah olunsun ki, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-71/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-71/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver