Məhkəmə qərarları › İş №2(078)-715/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-715/2023

31.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-715/2023 31.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh təşkilatın nümayəndələri X6 və X3, mütəxəssis X2 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı vəzifə maaşına əlavənin alınıb verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 mart 2020-ci ildən 06 iyun 2022-ci il tarixədək işlədiyi müddət ərzində ona ödənilməmiş vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artımın, yəni 14000 (on dörd min) manatın Cavabdehndən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 02 mart 2020-ci il tarixdən Naxçıvan Şəhər X14ndə 3 ay sınaq müddəti verilməklə baş mühasib vəzifəsinə təyin olunduğunu, 02 iyun 2020-ci il tarixdə sınaq müddəti bitdiyindən Cavabdeh 88 nömrəli əmri ilə baş mühasib vəzifəsinə təyin edildiyini, 06 iyun 2022-ci il tarixdə 69 nömrəli əmrlə işdən azad olunduğunu, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli sərəncamında təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, lakin işlədiyi müddət ərzində həmin artımı almadığını, məhkəməyə təqdim etdiyi cədvəllərdən də həmin artımı almamasının təsdiq edildiyini, Naxçıvan Şəhər X14 publik hüquqi şəxs tərəfindən aparılmış və məhkəməyə təqdim olunmuş ödənilməsi nəzərdə tutulan 2 dəfə artım əmsalı ilə razı olduğunu, hesablanmaya etirazının olmadığını, qanuna uyğun hesablanmanın aparıldığını, əlavə mühasibat-ekspertizasının keçirilməsinə ehtiyac olmadığını, bunların nəzərə alınaraq qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddia tələbini müdafiə etdiyini, iddiaçının izahatını təsdiqlədiyini, əlavə olaraq iddia tələblərinə uyğun olaraq sübut sənədləri əlavə etdiklərini, iddiaçıya aylıq əmək haqqı hesablanıb verilərkən 2.0 dəfə artımın verilmədiyini, bu halın təqdim olunmuş sənədlərlədə təsdiq olunduğunu, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, təcili və təxirəsalınmaz tibbi yardım xidməti işçilərinin əmək haqlarının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 fevral 2008-ci il tarixli, 34 nömrəli qərarına əsasən, Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsinin nəzərdə tutulduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli qərarına əsasən əməyin ödənilməsi növlərinə görə vəzifə maşlarının müəyyən olunduğunu və təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, Cavabdeh ştat cədvəlinə əsasən, baş mühasib rəhbərlik vəzifəsinə aid edildiyini, Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidmətinin cavab məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına əsasən təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavab məktubuna əsasən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsinin nəzərdə tutulduğunu, həmçinin bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçası normativ hüquqi akt olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin ikinci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır ki, kitabçaya əsasən “baş mühasib” vəzifəsi “rəhbərlər” kateqoriyasına aid hesab edildiyinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində baş mühasib vəzifəsində çalışan işçiyə vahid tarif cədvəli ilə müəyyən olunmuş 2 dəfə artım əmsalının tətbiq edilməsinin qanunvericiliyin tələblərinə uyğun olduğunun göstərildiyini, Naxçıvan Şəhər X14 publik hüquqi şəxs tərəfindən aparılmış iddiaçıya ödənilməsi nəzərdə tutulan 2 dəfə artım əmsalı ilə razı olduqlarını, hesablanmaya etirazlarının olmadığını, qanuna uyğun hesablanmanın aparıldığını, əlavə mühasibat-ekspertizasının keçirilməsinə ehtiyac olmadığını, bunların nəzərə alınaraq qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X10 iddianı qəbul etməyərək, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, təcili və təxirəsalınmaz tibbi yardım xidməti işçilərinin əmək haqlarının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 fevral 2008-ci il tarixli, 34 nömrəli qərarına əsasən, Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsinin nəzərdə tutulduğunu, baş mühasibin tibbi heyyətə aid olmadığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli qərarına əsasən əməyin ödənilməsi növlərinə görə vəzifə maşlarının müəyyən olunduğunu və təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, Cavabdeh ştat cədvəlinə əsasən, baş mühasibin rəhbərlik vəzifəsinə aid edilmədiyini, həmçinin Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına əsasən təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edildiyini, Naxçıvan Şəhər X14 publik hüquqi şəxs olduğundan baş mühasibə 2.0 dəfə artım əmsalının tətbiq edilmədiyini, Azərbaycan Respublikası Naxçıvan MR Maliyyə Nazirliyinin cavab məktubuna əsasən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsinin nəzərdə tutulduğunu, lakin sərəncamda qeyd olunan rəhbər vəzifəsinin məhz həmin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının rəhbərlərinə aid edildiyindən baş mühasib vəzifəsində çalışan işçiyə vahid tarif cədvəli ilə müəyyən olunmuş 2 dəfə artım əmsalının tətbiq edilməməsinin göstərildiyini, bu əsasla iddiaçıya aylıq əmək haqqı hesablanıb verilərkən 2.0 dəfə artımın verilmədiyini, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmənin 27 iyul 2023-cü il tarixli baxış iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində iştirak edərək izahat verən X7, iddianı qəbul etməyərək, nümayəndə X6 izahatına əlavəsinin olmadığını, təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsinin nəzərdə tutulduğunu, lakin sərəncamda qeyd olunan rəhbər vəzifəsinin məhz həmin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının rəhbərlərinə aid edildiyindən baş mühasib vəzifəsində çalışan işçiyə vahid tarif cədvəli ilə müəyyən olunmuş 2 dəfə artım əmsalının tətbiq edilməməsinin göstərildiyini, bu əsasla iddiaçıya aylıq əmək haqqı hesablanıb verilərkən 2.0 dəfə artımın nəzərdə tutulmadığından verilmədiyini, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edərək izahat verən mütəxəssis-Naxçıvan MR Maliyyə Nazirliyinin nümayəndəsi X5, təcili və təxirəsalınmaz tibbi yardım xidməti işçilərinin əmək haqlarının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına əsasən Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalının tətbiq edildiyini, bu sərəncamda qeyd olunmuş rəhbər vəzifəsinin məhz həmin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinə aid edildiyindən, Cavabdeh təsdiq edilmiş ştat cədvəlində rəhbərlik struktur bölməsinə aid edilmiş baş mühasib vəzifəsinin aylıq əmək haqqına şamil edilmədiyini, digər normativ hüquqi sənədlərdə başqa hal nəzərdə tutulduğu halda müəssisə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hesablamalar aparıla biləcəyini, həmçinin Naxçıvan Şəhər X14 publik hüquqi şəxs olduğundan baş mühasibə 2.0 dəfə artım əmsalının tətbiq edilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalı tətbiq edilir. Təcili və təxirəsalınmaz tibbi yardım xidməti işçilərinin əmək haqlarının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 fevral 2008-ci il tarixli, 34 nömrəli qərarına əsasən, Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli qərarına əsasən əməyin ödənilməsi növlərinə görə vəzifə maşlarının müəyyən olunduğunu və təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalı tətbiq edilir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidmətinin 11 iyul 2023-cü il tarixli 07/617 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına əsasən təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalı tətbiq edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyul 2023-cü il tarixli 3-17/2-i-7254/2023 nömrəli məktubuna əsasən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsinin nəzərdə tutulduğu, həmçinin bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçası normativ hüquqi akt olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin ikinci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır ki, kitabçaya əsasən “baş mühasib” vəzifəsi “rəhbərlər” kateqoriyasına aid hesab edildiyi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində baş mühasib vəzifəsində çalışan işçiyə vahid tarif cədvəli ilə müəyyən olunmuş 2 dəfə artım əmsalının tətbiq edilməsinin qanunvericiliyin tələblərinə uyğun olduğu göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş cədvəllərdən görünür ki, baş mühasib vəzifəsində işləmiş İddiaçı 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşına 2.0 dəfə artım əmsalının tətbiq edilməsi nəzərdə tutulsa da vəzifə maaşına əlavə hesablanmamışdır. Cavabdeh ştat cədvəlinə əsasən, baş mühasib rəhbərlik vəzifəsinə aid edilir. 0156810 nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı 02 mart 2020-ci il tarixdə Cavabdehndə 17 nömrəli əmrlə 3 ay sınaq müddəti verilməklə baş mühasib vəzifəsinə təyin olunmuş, 02 iyun 2020-ci il tarixdə sınaq müddəti bitdiyindən Cavabdeh 88 nömrəli əmri ilə baş mühasib vəzifəsinə təyin edilmiş və müddətsiz əmək müqaviləsi bağlanılmış, 06 iyun 2022-ci il tarixdə 69 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç hissəsinə əsasən işdən azad olunmuşdur. Naxçıvan MR Maliyyə Nazirliyinin 17 may 2023-cü il tarixli məktubuna əsasən, təcili və təxirəsalınmaz tibbi yardım xidməti işçilərinin əmək haqlarının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına əsasən Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. Bu sərəncamda qeyd olunmuş rəhbər vəzifəsi məhz həmin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinə aid edildiyindən, Cavabdeh təsdiq edilmiş ştat cədvəlində rəhbərlik struktur bölməsinə aid edilmiş baş mühasib vəzifəsinin aylıq əmək haqqına şamil edilmir. Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli qərarına əsasən, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilmişdir. Cavabdeh 23 sentyabr 2020-ci il tarixli, 145 nömrəli əmrinin surətinə, Cavabdeh Həmkarlar Təşkilatının 22 sentyabr 2020-ci il tarixli qərarının surətinə və 22 sentyabr 2020-ci il tarixli, 19 nömrəli protokolunun surətinə əsasən, İddiaçı sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Cavabdeh 06 iyun 2022-ci il tarixli, 05 nömrəli protokolunun surətinə və 06 iyun 2022-ci il tarixli qərarının surətinə əsasən, İddiaçı işdən azad olunmuşdur. Məhkəmə izahatlara, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqları və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, cavabdeh təşkilat Cavabdehndən 10498.50 (on min dörd yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Belə ki, Təcili və təxirəsalınmaz tibbi yardım xidməti işçilərinin əmək haqlarının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli, 2614 nömrəli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 fevral 2008-ci il tarixli, 34 nömrəli qərarına əsasən, Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ştat cədvəlinə əsasən, baş mühasib rəhbərlik vəzifəsinə aid edilir. Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 11 iyul 2023-cü il tarixli, 07/617 nömrəli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyul 2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh ştat cədvəlinin təsdiq olunması haqqında Naxçıvan MR Nazirlər Kabinetinin 08 fevral 2020-ci il tarixli, 30 nömrəli qərarına əsasən baş mühasib rəhbər vəzifəyə aid edilmişdir. Məhkəmə Cavabdeh tərəfindən baş mühasib vəzifəsində işləmiş İddiaçı 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək aparılmış vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşına 2.0 dəfə artım əmsalının tətbiq edilməsi nəzərdə tutulsa idi ödəniləcək məbləğin hesablanması cədvəllərini sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən 10498.50 (on min dörd yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar