Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-72/2024 09.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1620 (min altı yüz iyirmi) manat ona məxsus olan avtomobilə vurmuş olduğu ziyanın (ehtiyyat hissələri və usta pulunun), 2400 ( iki min dörd yüz) manat məhrum olduğu gəlirlərin pulunun və iş üzrə ödəmiş olduğu 62 (altmış iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, iyun ayının axırı özünəməxsus buraxılış ili 2012 olan qara rəngli, **-BC-*** dövlət nömrə nişanlı “Nissan Altima” markalı avtomobili təmir etməsi üçün Cavabdeh verdiyini, avtomobili Nəsimi adlı şəxsin avtomobili ilə Ataxanın sexinə apardığını, çünki maşının praklatkasının yandığını, avtomobilin 6 gün Ataxanın sexində qaldığını, avtomobili təmir edəndən sonra ondan avtomobili geri alıb yenidən istifadə etdiyini, lakin avtomobili düzgün qaydada təmir etmədiyi üçün 10 gündən sonra avtomobildə yenidən problemlər yarandığını, məcbur qalıb yenidən avtomobili təmir üçün Ataxana apardığını, avtomobilin təmiri üçün lazım olan ehtiyat hissələrini də Ataxana verdiyini, lakin Ataxanın ciddi yanaşmayıb avtomobilini təmir etmədiyini, hər dəfə ondan avtomobilini nə vaxt təmir edəcəyini soruşanda ona bəhanələr uydurduğunu, sonradan əslində Cavabdeh heç avtomobil ustası olmadığını öyrəndiyini, onun sadəcə olaraq qaynaq işləri ilə məşğul olduğunu, hal-hazırda avtomobilinin Cavabdeh olduğunu, Ataxanın avtomobili yanlış təmir etdiyini, ona avtomobilini razılaşdırılan vaxtda təhvil vermədiyini, avtomobilin bərpası üçün ondan 500 (beş yüz) manat pul aldığını, avtomobili yanlış bərpa edib pafutqanı boş sıxdığı üçün avtomobilin motorunun su buraxdığını və yandığını, beləliklə, avtomobilin qalofkasının qiyməti 750 (yeddi yüz əlli) manat, 2 ədəd birinin qiyməti 100 (bir yüz manat) olmaqla prakilatka, 2 ədəd birinin qiyməti 50 (əlli) manat olmaqla avtomobil yağı, 2 ədəd birinin qiyməti 15 (on beş) manat olmaqla antifiliz, 2 ədəd birinin qiyməti 20 (iyirmi) manat olmaqla yağ filtiri alıb Cavabdeh verdiyini, həmin avtomobildən günlük 40 manat gəlir əldə etdiyini, avtomobilini taksi kimi istifadə etdiyini, avtomobili neçə ay olar ki, ustada qaldığı üçün bu müddət ərzində bu gəlirlərini də əldə edə bilmədiyini və ona əlavə olaraq 2400 (iki min dörd yüz) manata yaxın zərər dəydiyini, ustada qaldığı müddət ərzində avtomobilin qabaq şüşəsinin də günəşin altında qalması səbəbindən zərər gördüyünü və yaranmış çoxsaylı çata görə yararsız hala düşdüyünü, cavabdehin ona dəymiş ziyanı ödəmədiyini, bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, cavabdehin deməsinə görə maşınının qluşitelinə yağ dolduğunu, Türkiyədə də açdırıb baxdırdığını, qulişitelin içində katalizator olduğunu, katalizatordan tüstü dolub dedikdə, baxdıqda qulişitelin içinin təmiz his olduğunu, motora bağlanan yerindən his pülədiyini, çünki motorun yağ yediyini, orada 1.5 litr yağ tökdüklərini, bu dəqiqə də maşın xodlananda his, buxar verəndə, o, motordan çıxdığını, cavabdehin məhkəmədə səhv məlumat verərək qulişitelin içinin boydan-boya yağ olduğunu dediyini, maşınının altı dəfə Kolanıya və Türkiyəyə gedib gəldiyini, qulişitelin içindəki yağın hələ də bitmədiyini, cavabdehin bilgisinin səhv olduğundan maşınını səhv yığdığından bugünkü günə qədər əziyyət çəkdiyini, cavabdehin həm canına, həm də malına ziyan verdiyini, maşını işləmədiyindən qazancının olmadığını, bu səbəbdən bankdan kredit götürdüyünü, səhətində narahatçılıq yarandığını, ustanın ona maşını elektrikə apar dediyini, maşını maşın bazarındakı ustaya deyil, 57-ə apardığını, cavabdehin özünün ona Bakıya gedəcəyini dediyini, bir həftə sonra gələcəyini dediyini, 500 (beş yüz) manat pulu verəndə cavabdehin narahat olma problem olsa, buradayıq dediyini, cavabdehdən maşınını alanda maşının yerimədiyini və tüstü verdiyini, elektrikin maşını düzəltdiyinə görə cavabdehin sexinə qayıtmadığını, maşını Sahil ustanın yanına aparıb düzəltdirdiyini, Ataxanın ona neçə ilə sürürsən sür, problem yoxdur dediyini, Ataxanın bir həftə Bakıda qaldığını, 60 km/saat ilə Türkiyəyə getdiyini, cavabdehin dediyi pulu verdiyini, amma cavabdehin onu razı salmadığını, elektriklik işinin olmadığını, elektrik Sahilin maşına baxıb bir dənə babinə təxminən 15 (on beş) manat pul aldığını, cavabdehin ona maşını sürməsinə vəd verdiyini, maşını cavabdehin yanına aparanda get bir həftə sonra gələrsən dediyini, bir həftə sonra getdikdə 60 (altmış) manata düzəldəcəyini dediyini, cibinə 60 (altmış) manatı qoyub getdiyini, bir həftə sonra getdikdə maşını qəbul etmədiyini, bir həftə sonra maşının işlək vəziyyətdə gəldiyini, həmin vaxtı maşının motorunun tutduğunu, cavabdehin maşınını sürməyini görmədiyini, elektrikə gedəndən sonra maşının 60 km/saat ilə getdiyini, dörd-beş dənə traktorun tüstüsünü verdiyini, 15 gündən sonra şahidə səs atdığını, maşınının 260 km/saat sürətlə getdiyini, cavabdehin ona vəd verdiyindən maşını sürdüyünü, Türkiyəyə gedəndə cavabdeh Bakıda olduğundan gedib maşını göstərmədiyini, maşını Türkiyədən qoşquyla gətirdiyini, işlədib gətirmədiyini, həmçinin qoşquyla apardığını, Türkiyəyə keçəndən sonra patrufqanın çıxdığını, Türkiyədə tanımadığı bir Dəmirçi kəndinin sakininin maşını qoşqu ilə apardığını, ustanın gecədir, qoy maşın qalsın sabah günortadan sonra gəl apar dediyini, günortadan sonra getdikdə ustanın gedirəm iki-üç gün sonra gəlib sənin maşınına baxaram dediyini, iki-üç gün orada ustanı gözlədiyini, ustanın köməkçisinin ona narahat olma sənin motorunu yığırıq dediyini, başqa bir maşınla onun maşınının motorunu səhv saldıqlarını, Türkiyədə onun maşınının motorunun açılmadığını, maşını açıb patrufqasının tamsıxılmadığını deyib sıxdığını, sıxandan sonra da yağın şpunu çəkəndə yağ da yediyindən bir litr yağı götürüb yerinə tökdüyünü, ustanın maşının motorunun problemli olduğunu, ona görə 60 km/saat sürətlə getdiyini dediyini, sonra da bəlkə katalizator boğur, kruştelinə açıb baxaq dediyini, açıb qluşitelinə də baxıb oradan olmadığını dediyini, maşını danqrata qaldırıb katalizatoru açdığını, motorun içindən qara his gəldiyini, motorun yağının aşağı enməsini göstərib, yağın düzgün yanmadığını, motor suyla yağı qatır dediyini, qızanda pradlatka tük qədər iz edir, sürdükcə aliminium olduğundan yeri genişlənir, problem yaradacaq, hər ehtimala içinə su doldur dediyini, sonra maşını sürüb gəldiyini, birinci dəfə Ataxanı çağıranda ağbirçək bir qadının Ataxan burda deyil, işdədir dediyini, bir gün sonra yenidən getdikdə tanımadığıbir kişinin çıxıb Ataxan yoxdur, evdə deyil dediyini,həmin vaxtı maşının nasaz olmadığını, işlədiyini, sürə-sürə Ataxanın yanın aparıb təhvil vermək istədiyini, Ataxanın evdə olmadığını, maşını sürə-sürə aparıb maşın bazarına qoyub üstünə də “satılır” yazdığını, Xaliq ustanın Ataxangil dünən çıxan ustalardır, maşın düzəldə bilmirlər dediyini, Xaliq ustanın maşınının motorunu yığdığını, sonra maşının onun məsuliyyətsizliyindən xarab olduğunu, günahın özündə olduğunu, Xaliq usta düzəldəndən sonra maşının altı ay işlədiyini, maşının baçokunun altından çatladığını, oradan su süzmüşdü və maşını quru sürdüyündən xarab olduğunu, Xaliq ustanın Ataxangillə qonşu olduqlarını, Ataxanın usta olmadığını, atasının və özünün gözəl svarşik olduqlarını dediyini, Türkiyədə ona maşını sürmə demədiklərini, yavaş-yavaş sür, bu rejimlə get dediklərini, birinci dəfə altı ay bundan qabaq maşında problem olduğunu, onun günahından olduğunu, baçok çatladığından ehtiyatda qalan su töküldüyündən radiatora getmədiyindən Ataxanın yanına apardığını, patrufka çıxdığı zaman qalofkanın cavabdehə aidiyyatı olduğunu, çünki motor quru işlədiyindən qalofkanın əyildiyini, Türkiyədə maşının qalofkasında çat olduğunu dediklərini, motor açılmasa belə, maşının içindəki şkalanın axıra qədər qalxdığını türkiyəli ustanın dediyini, buna görə qalofkada əyrilik və ya çat olduğunu düşündüyünü, maşını ikinci dəfə Ataxanın sexinə vermək istəyəndən sonra Sahil ustanı çağırdığını, Sahil ustanın maşının kapotunu qaldırıb işə saldıqda maşının titrədiyini, Sahil ustanın maşının qalofkasının sıradan çıxdığını dediyini, maşının yerində işlədiyi vaxtı şkalanın ən sonda dururduğunu, Sahil ustanın bu şkala ən sonda durursa deməli, qalofka, motor ölüb deməli olduğunu bildirdiyini, Ataxanın maşının motoruna əlini belə vurmadığını, Sahil ustanın dediyinə əsaslanıb qalofkanın xarab olmağına görə cavabdehdən 750 (yeddi yüz əlli) manat pul tələb etdiyini, başqa variantının olmadığını, Sahil ustanın ona qarantiya verdiyini, amma kağız vermədiyini, bunları nəzərə alaraq, Cavabdeh 1620 (min altı yüz iyirmi) manat ona məxsus olan avtomobilə vurmuş olduğu ziyanın (ehtiyyat hissələri və usta pulunun), 2400 (iki min dörd yüz) manat məhrum olduğu gəlirlərin pulunun və iş üzrə ödəmiş olduğu 62 (altmış iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, məhkəmədən əvvəl şəhər polis şöbəsində ona iddiaçının maşının hissələrini aldığını, ona köməklik et dediklərini, orada da məhkəməyə dediyi kimi, praklatkanı alıb gətirdiyini dediyini, iddiaçını xərcə salmamaq üçün bunu etməməyini dediyini, səbəbinin isə maşının motorunun problemli olduğunu, onu söküb yenə yığacağı halda üç-beş gün sonra yenə həminki vəziyyət yaranacağı olduğunu, iddiaçının isə maşınıyığ, beş-on il qarantiya ver dediyini, qarantiyalı mal istəyirsə, malı söküb Bakıya stentə - servisə göndərilməli olduğunu dediyini, servisin üç, ya beş illik işləyəcəyinə dair qarantiya versin dediyini, onun da üç ya beş illik yığım verim dediyini, maşının yığılmamağına səbəbin bu olduğunu, bu gün mən o maşını yığacağı halda üç gündən sonra yenə həmin hadisənin baş verəcəyini, iddiaçının yenə yağım antifirizə qarışıb deyəcəyini, maşının detalında problem olduğunu, Naxçıvan şəraitində detalda olan problemi dəqiq bilməyin mümkün olmadığını, stent olunmanın Naxçıvanda olmadığını, uzaq yol getməmişdən qabaq gətirib maşınını hər kəsin ustaya göstərdiyini, əgər maşın 60 km/saat ilə gedirdisə, Türkiyəyə getməmişdən bir gün qabaq iddiaçının maşını onun yanına gətirib bu maşınla uzaq yol getmək olar ya olmaz deməli olduğunu, Bakıya gedib gələndən sonra iddiaçının Türkiyəyə getdiyini, iddiaçıya sür düzələcək, elektrikə get dediyini, amma iddiaçının gedib gəlmədiyini, əgər düzgün təmir etməmişdirlərsə, iki-üç gün sonra gəlib elektrikə getdiyini və düzəlmədiyini deməli olduğunu, maşının sürülə-sürülə gəlmədiyini, gəldiyi halda əzəldən perevoy işləyirdi, onlar düzəldəndən sonra da perevoy işlədiyini, maşının yüzdə yüz problemi olduğunu, lakin sübut üçün faktın bu maşının qoşquyla gəldiyini, heç bir hərəkəti olmadığını, yığılandan sonra maşın perevoy elədiyi üçün iddiaçıya get elektrikə göstər dediyini, farsunka və babindən ola biləcəyini dediyini, tok işində problem yoxdursa, gəl de, işimi bilim dediyini, iddiaçının isə sexdən çıxıb gəlmədiyini, neçə müddət sonra şahidə səs atıb Türkiyədə olduğunu dediyini, şahidin də ona iddiaçının Türkiyəyə getdiyini, yolda maşının patrufkasının çıxdığını dediyini, onun da gələr sonra baxarıq dediyini, Türkiyədən gələndən sonra da iki-üç gün sürüb, yenə qoşqu ilə maşını onun yanına gətirdiyini, bir həftə sonra maşın işləyər deyil, iddiaçının dostuyla qoşquyla gətirdiyini, “Patrufka boşdur”, deyilməsinin tamamilə fərziyyə olduğunu, maşının qalofkasının onlara heç bir aidiyyatı olmadığını, maşının onun yanına gələndə yağı suya qatmış şəkildə gəldiyini, ondan qabaq o problemin olduğunu, maşının onun yanına sürülərək, problemsiz bir şəkildə gəlmədiyini, maşının motorunun tutuq vəziyyətdə gəldiyini, açdıqda motorun qalofkadan suyun hamısını yağa verdiyini, onu yuyub təzmizlədiklərini, iddiaçının təzdən yağ, praklatka, antifrizdən başqa hansısa detal almadığını, detalları gətirib bunları dəyiş dediyini, onlarında söküb üstünə yığdıqlarını, qalofkanın onlara gəlməmişdən qabaq da o vəziyyətdə olduğunu, iddiaçının sonuncu dəfə maşını gətirib onun sexinin yaxınlığında saxladığını, ona maşını təhvil vermədiyini, ondan maşını təhvil almadığını, iddiaçının maşınının saxladığı yerdə onun maşınına görə üç dəfə qəza olduğunu, Şəhər kameralarının da çəkdiyini, o maşının bir metr yaxınından keçmədiyini, sonuncu dəfə o olmadığı vaxtda iddiaçının bir praklatka, bir yağ və antifriz gətir verdiyini, hal-hazırda da sexdə qaldıqlarını, patrufkanın motorun soyutma sistem olduğunu, radiatorla motorun arasında iki dənə olduğunu, biri giriş, digəri çıxış olduğunu, patrufkanın çıxdığı halda soyutma sisteminin işləmədiyini, biri çıxdığı halda motorda suyun qalmadığını, soyutma olmadan matorunquru halda işlədiyini, çıxmağına səbəbin ya su axıdıb çıxa biləcəyini, ya da ki, motorda suyun qalmadığı halda hamısını yağa qatdığı halda ümumiyyətlə quru motorun işlədiyini və təzyiqdən yaranan buxar nəticəsində patrufkanın çıxa və ya cırıla biləcəyini, başqa cür ola bilməyəcəyini, sepdən axıtmasının mümkün olmadığını, iddiaçının gəlməmişdən də qabaq o maşının üç saat yerində işlədiyini, patrufqada hansısa boşluq olsaydı, iki saat ərzində iki-üç dəfə termosda qalıb, onun içində istilik 90 dərəcə olacağını, xamıtdan və ya patrufqadan şirə də verə biləcəyini, su da axa biləcəyini, usta deyildirsə, iddiaçının bir həftə sexin qabağına gəlib-getməli olmadığını, başqa ustada düzəltdirməli olduğunu, düzətdiyi maşınlardan şəhərdən bir nəfərin şikayətçi olmadığını, maşının on beş gün şəhərdə olduğunu, istənilən maşının patrufkasının boş bağlandığı halda maksimum on dəqiqə yerində işləyə biləcəyini, su hərarətinin termosu açana kimi işləyə biləcəyini, açan dəqiqə də patrufkanın yerindən çıxacağını, qalmasının mümkün olmadığını, bunu istənilən ustanın təsdiqləyəcəyini, istilik olan kimi atmalı olduğunu, xamut boşdursa, su oldu-olmadı, hərarət qalxan kimi atacağını, xamut boş deyilsə, motorun suyunun yağa qarışıb, motorda su qalmadığından buxar təzyiqinin qalxmaqla zəif bir yer varsa, oradan çıxarmalı olduğunu, maşının sepini, başmağını, kitabçasını onun aldırmadığını, kimin aldırdığını bilmədiyini, bunların nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5, iddiaçının gəlib maşın gətirməyi dediyini, Ataxanın da əlimizdə başqa maşın olduğundan vaxtımız yoxdur dediyini, bir müddətdən sonra qoşqu ilə maşını gətirdiyini, maşının motorunun kiplədiyini, praklatkası yandığına görə yağla suyu bir yerə qarışdırdığını, gətirib tək praklatkanı dəyişin dediyini, Kərimlə praklatkanı dəyişməyi danışdıqlarını, üstünü sökdüklərinə görə baxdıqda içi palçıq kimi yəni lığlayıb, yağla su qarışıb deyə kipləyib, qatılaşdığını gördüklərini, motorun içini yuyub təmizlədiklərini, karteri açıb təmizlədikdə, valın kipləməsini gördüklərini, motorda hərəkətin olmadığını, sonra Kərimin özü ilə danışdıqda motoru söküb yerə qoyun, motoru yığın verin dediyini, sonra motoru sökdüklərini, ehtiyat hissələrinin hamısını Kərimin aldığını, onlara 400 (dörd yüz) manat əl xərci verdiyini, qalofqanın yonulmağına da 100 (bir yüz) manat verdiyini, maşını yığıb işlək vəziyyətdə çıxarıb verdiklərini, maşında problem olduğunu, sürməməyini, maşın bazarının altında ustanın yanına aparmağını dediklərini, ustanın kompüterə salacağını dediklərini, maşın bazarının yanında Vüqar adında elektrikin yanına getməyini dediklərini, maşında dartınma olduğu üçün elektrikin baxmasını dediklərini, problemin nə olmasını bilmək üçün dediklərini, forsunkanın işləyib-işləməməsini və ya beyində nəsə problem olmasını öyrənmək istədiklərini, Ataxanın da apar göstər, sonra bura gəl dediyini, amma iddiaçının gəlmədiyini, bir müddətdən sonra Türkiyədən ona səs atıb patrufka cırılıb, vurub praklatkanı yandırıb, ona görüntülü göstərdiklərini, motoru çıxarıb yerə qoyduqlarını dediyini, Kərimə nədirsə gətirərsən burada da baxarıq dediyini, iddiaçının Ataxana da deyərsən dediyini, onun da dediyini, bir müddət maşını burada sürdükdən sonra, yenə yanlarına gətirdiyini, maşına özünün baxdığını, motorun qabağına vurduqları perimetr, etdikləri boltqaykanın yerində olduğunu, motorda açılan bir şey olmadığını, sadəcə oradan patrufkanı çəkdiklərini, sonra iddiaçının antifriz, filtr, praklatka və yağ alıb gətirdiyini, Ataxanın isə vaxtının olmadığını dediyini, maşının bir müddət orada qaldığını, elektrikin gəlib nə etdiyini bilmədiklərini, maşının işə düşdüyünü, krışkanı açıb baxdıqda həmin praklatkanın yenə yandığını gördüklərini, sonra iddiaçının dəfələrlə gedib-gəldiyini, məsələnin bu yerə gəldiyini, Ataxanın Bakıya gedib gəlməyinin heç iki gün çəkmədiyini, cavabdehin köməkçisi olduğunu, iddiaçının maşını onların yanına gətirməyinin bir ildən az müddət olduğunu, lakin dəqiq vaxtı xatırlamadığını, Kərimin maşını gətirəndə motorunun fəaliyyətinin olmadığını, maşının qoşqu ilə gətirildiyini, qalofkanı onların deyil başqa ustanın yonduğunu, onlar maşını düzəltdikdən sonra Kərimin elektrikə aparmalı olduğunu, iddiaçıya elektrikə gedəndən sonra onların yanlarına gəlməsini deməklərində məqsədləri dərdin nə olduğunu bilmək olduğunu, bəlkə onların təmirindən yaranan qüsur olmasını bilmək istədiklərini, maşını düzəldib verdiklərindən təxminən bir ay sonra iddiaçının Türkiyədən ona səs atdığını, Kərimin maşını elektrikə aparıb aparmadığını bilmədiklərini, maşının ikinci dəfə də qoşqu ilə gətirildiyini, Kərimin maşınının onlardan 4-5 ay əvvəl Xaliq adlı ustanın da bir dəfə də yığdığını, yenə həmin fəsadların çıxdığını, praklatkanın yenə yandığını, səbəbinin gilizlərin nə vaxtsa qızdırma səbəbindən qalofkada əyrilik yaranmasının ola bilməsini, maşını susuz sürəndə içəridə işığın yanaraq xəbər verdiyini, həmin dəqiqə saxlanılmalı və baxılmalı olduğunu, gördükləri işdə indiyə qədər gəlib maşınında problem olduğunu deyən adamın olmadığını, Kərimin maşınının çoxdandır ki, orda olduğunu, maşını qəbul etmədiklərini, iddiaçının ləvazimatları qoyub getdiyini, iddiaçının ustaya dediyini, ustanın da vaxtı olmadığını dediyini, çünki başqasının maşınını düzəltdiyini, iddiaçı ilə anlaşmazlıqlar olduğuna görə ustanın maşını düzəltməyə narazılıq etdiyini, maşın yerimədiyinə görə iddiaçıya elektrik Vüqarın yanına getməsini dediklərini, maşının 60 km/saat ilə getdiyini və tüstü buraxdığını, ona görə də iddiaçıya gedib kompüterə saldırsın dediklərini, onun da gedib qayıtmadığını, maşında problem olsa idi, sexin yanından sürülərək getməz olduğunu, iddiaçı maşını svetofora sarı sürətlə sürəndə cavabdehin motoru hələ indi qoymuşuq gör neçə ilə sürür dediyini bildirdi. İş materiallarına əlavə edilmiş AC 773430 nömrəli X2 Şəhadətnaməsinin təsdiqlənmiş surətinə əsasən, “Nissan Altima minik” markalı, sedan tipli, 2012-ci il buraxılışlı, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, izahatları, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulan zərərin dəyəri olan 870 (səkkiz yüz yetmiş) manat pul alınaraq, İddiaçı qaytarılmalı, iddia qalan hissədə- vurulan zərər dəyəri olan 750 (yeddi yüz əlli) manat hissədə və əldən çıxmış fayda dəyəri olan 2400 (iki min dörd yüz) manat hissədə rədd olunmalı, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 (otuz) manatlıq hissəsi Cavabdeh alınaraq, İddiaçı ödənilməli və dövlət rüsumundan qalan 32 (otuz iki) manat İddiaçı aid hesab edilməlidir. Belə ki, tərəflərin izahatından və şahidin ifadəsindən məlum olur ki, İddiaçı avtomobilini təmir üçün Cavabdeh təhvil vermiş və bu məqsədlə 100 manat dəyərində bir ədəd praklatka, 50 manat dəyərində 1 ədəd motor yağı, 15 manat dəyərində 1 ədəd antifriz, 20 manat dəyərində 1 ədəd yağ filtiri alıb vermiş, Cavabdeh avtomobili təmir edib 400 manat usta xərci və 100 manatda da əlavə olaraq qalofqanın yonulmağına görə almışdır. Bundan başqa avtomobildə yenidən nasazlıq yarandığından İddiaçı avtomobilini təmir üçün Cavabdeh gətirmiş və bu məqsədlə 100 manat dəyərində bir ədəd praklatka, 50 manat dəyərində 1 ədəd motor yağı, 15 manat dəyərində 1 ədəd antifriz, 20 manat dəyərində 1 ədəd yağ filtiri alıb vermişdir. Məhkəmə iddiaçının avtomobilin qalofkasının dəyəri olan 750 manat tələbinə münasibətdə qeyd edir ki, tələb həmin hissədə əsaslı olmadığından təmin oluna bilməz. Belə ki, iddiaçı qalofkanın sıradan çıxmasını qeyd etsə də, bununla əlaqəli sübutları təqdim edə bilməmişdir. Həmçinin qalofqanın dəyəri ilə əlaqədar sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə iddiaçının 2400 manat əldən çıxmış fayda ilə əlaqədar bildirir ki, tələb həmin hissədə təmin oluna bilməz. Belə ki, iddiaçı avtomobili ilə gündəlik 40 manat qazanc əldə etməsini qeyd etsə də, bununla əlaqəli mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulan zərərin dəyəri olan 870 (səkkiz yüz yetmiş) manat pul alınaraq, İddiaçı qaytarılsın. İddia tələbi vurulan zərər dəyəri olan 750 (yeddi yüz əlli) manat hissədə və əldən çıxmış fayda dəyəri olan 2400 (iki min dörd yüz) manat hissədə rədd olunsun. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatlıq hissəsi Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Dövlət rüsumundan qalan 32 (otuz iki) manat İddiaçı aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-72/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-72/2024
09.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver