Məhkəmə qərarları › İş №2(078)-724/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-724/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-724/2024 25.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2023 nömrəli 30 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh üç uşağın saxlanılması üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq 09 aprel 2008-ci il təvəllüdlü X2, 18 may 2009-cu il təvəllüdlü X3 və 08 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 29 iyun 2006-cı il tarixdə Babək rayon Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə 04 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin nikahlarından 09 aprel 2008-ci il təvəllüdlü X5, 18 may 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-456/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra 09 aprel 2008-ci il təvəllüdlü X5, 18 may 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 anaları Rəhimova (Babayeva) Röya İntiqam qızının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 70 (yetmiş) manat olmaqla, üç uşağa görə cəmi 210 (iki yüz on) manat alimentin tutularaq Rəhimova (Babayeva) Röya İntiqam qızının xeyrinə ödənilməsi qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-135/2017 nömrəli, 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Rəhimova (Babayeva) Röya İntiqam qızının və Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-456/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətləri təmin edilməmiş və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-456/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-92/2020 nömrəli 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-456/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, üç uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında aliment tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X2, 18 may 2009-cu il təvəllüdlü X3 və 08 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2023 nömrəli 30 may 2023-cü il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-92/2020 nömrəli 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X2, 18 may 2009-cu il təvəllüdlü X3 və 08 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən tutulması qət edilmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X2, 18 may 2009-cu il təvəllüdlü X3 və 08 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün ona ödənilir. Uşaqları böyüyür, onların hər birini 120 manata saxlayıb böyütməkdə maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh 360 manat alimentdən başqa heç bir maddi köməklik etmir. Özü isə 12 nömrəli baxçada tərbiyəçi işləyir və hər ay 500 manat əmək haqqı alır. Uşaqları ilə birlikdə kirayə qalır və 250 manat kirayə haqqı ödəyir. Özünə görə hər ay 300 manat sosial müavinət alır. Umumilikdə o və uşaqlarına birlikdə hər ay bu qədər pul alır. Uşaqları böyükdür. İki övladı hazırlığa gedir, uşaqlarının hazırlıq pullarını ödəsin cavabdeh. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, ikinci dəfə ailə qurmuşdur, ikinci nikahından iki övladı doğulmuşdur. Su Təsərrüfat Nazirliyində su sayğaclarına nəzarət şöbəsində işləyir, aylıq 407 manat əmək haqqı alır. Keçmiş qətnamə ilə müəyyən olunmuş 360 manat alimenti belə ödəməkdə çətinlik çəkir, ikinci nikahdan olan övladının birinin serebral iflic xəstəliyindən əziyyət çəkir. 1-ci qrup əlil uşağına 6 aydan bir 800 manatlıq iynə vurdurur, əlilliyə görə uşaq 300 manat pensiya alır. Anası onlarlar arada yaşayır, 300 manat pensiya alır, onun da kredit borcu vardır. Yoldaşı uşağa görə yarım ştat işləyir, 180 manat əmək haqqı alır. Ev atasının adına olub. Kirayə yaşamır. 50 manat kredit borcuna tutulur, iki ay kredit borcu qalıb. Həmin borcu ödəyəndən sonra hər uşağa 15 manat əlavə aliment ödəyə bilər. Lakin hazırda maddi imkanı yoxdur. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2023-ci il üçün yaşayış minimumu bir uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının izahatı, cavabdehin izahatı nəzərə alınaraq iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 09 aprel 2008-ci il təvəllüdlü X2, 18 may 2009-cu il təvəllüdlü X3 və 08 oktyabr 2013-cü il təvəllüdlü X4 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, üç uşaq üçün ümumilikdə 405 (dörd yüz beş) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdeh aldığı əmək haqqına münasibətdə kifayət qədər aliment ödəyir. Buna görə də yaşayış minimumun artmasını, uşaqlarının yaşlarının artmasını və ehtiyaclarının da təbii şəkildə artmasını məhkəmə nəzərə alır və aliment moqdarının hər bir uşağa görə 15 manat olmaqla üç uşağa 45 manat artırılmasını əsaslı hesab edir. Məhkəmə bu artımı müəyyən eədərkən cavabdehin bu barədə fikrini nəzərə almış, iki aydan sonra hər uşaq üçün 15 manat əlavə aliment ödəmək imkanı olması barədə izahatına əsaslanmışdır. Məhkəmə daha artıq məbləğdə alimentin artırılmasını işin hallarına uyğun hesab etmir. Belə ki, iddiaçı 4 nəfərdən ibarət ailədir və aliment, sosial yardım və əmək haqqı alınmaqla minimum yaşayış təmin edilir. İddiaçının kirayə qalmasını, uşaqlarının yasaları artıqca tələbatlarının artmasını da məhkəmə nəzərə alır. Digər tərəfdən məhkəmə cavabdehin iki uşaq, arvadı və anasından ibarət 5 nəfər ailə üzvü olmasını, cavabdehin izahatına əsasən onların aldıqları pensiya, əmək haqqı, müavinətlə birlikdə minimum yaşayış şərtlərinə uyğun təminatı nəzərə alınaraq balansın pozulmamasına da diqqət yetirir. Hazırki iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(405-360)=540 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq qiymətləndirilən iddia üzrə 1000 manata qədər tələb üzrə 30 (otuz) manat dövlət rüsumunun tutulması əsası ilə 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2023 nömrəli 30 may 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, üç uşaq üçün ümumilikdə 405 (dörd yüz beş) manat miqdarında aliment tutularaq 09 aprel 2008-ci il təvəllüdlü X2, 18 may 2009-cu il təvəllüdlü X3 və 08 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar