Məhkəmə qərarları › İş №2(078)-725/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-725/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-725/2023 04.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat pulun və ödəniş etdiyi 90 (doxsan) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh 25 yanvar 2018-ci il tarixində Naxçıvan şəhər 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X5 tərəfindən kredit müqaviləsi təsdiq edilərək, 11000 (on bir min) manat məbləğində borc vermişdir. Cavabdeh “borc alan” Cavabdeh xx.xx.2019-cu il tarixədək iddiaçıya yəni İddiaçı (“borc verənə”) hər ayın sonu 700 manat olmaq şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 11000 (on bir min) manat borcundan, cəmi 4000 (dörd min) manat pulu Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən alınıb ona qaytarılmışdır. 7000 (yeddi min) manat borcunu Cavabdeh qaytarmır. Onun həmin pula böyük ehtiyacı var. O cavabdehlə əlaqə saxlasa da hərdən bir yalan bəhanə gətirərək “bu ay verirəm, bu ay keçdi gələsi ay verirəm” bu bəhanə ilə onun pulunu bu günədək qaytarmamışdır. . Məhkəmə iclasında İddiaçı Cavabdeh ona olan borcunu ödəmədiyini, Humayın ona 7000 (yeddi min) manat məbləğində borcu qaldığını, cavabdehlə aralarında olan borca görə notarius tərəfindən icra qeydi verildiyini, həmin icra qeydinin əsasında Naxçıvan Şəhər icra və probasiya şöbəsində icra işi açıldığını, lakin icra məmurları tərəfindən də borcunun alınıb ona qaytarıla bilmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı həqiqətən də borcu olduğunu, iddiaçıya 7000 (yeddi min) manat məbləğində borcu qaldığını, iddiaçı ilə aralarında olan borca görə notarius tərəfindən icra qeydi verildiyini, həmin icra qeydinin əsasında Naxçıvan Şəhər icra və probasiya şöbəsində icra işi açıldığını, icra qaydasında borcunun bir qismini ödədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 254333/2018 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Naxçıvan şəhər 2 saylı notariat kontorunun 8İ-985 nömrəli, xx.xx.2018-ci il tarixli icra qeydində Naxçıvan şəhər 2 saylı notariat kontorunun xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Culfa rayon, Yaycı kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh müqavilədə göstərilən müddət üçün vaxtında ödənilməmiş (borc 11000 manat olub onun 1000 manatını ödəyib) 10000.00 (on min manat sıfır qəpik) manat məbləğində borcun tutulmasını, borcludan tələbkar tərəfindən ödənilmiş 10.00 (on manat sıfır qəpik) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 10010.00 (on min on manat sıfır qəpik) manat məbləğində pulun tutulmasını qeyd etməsi aydın olur. Məhkəmə 261.0.1-ci maddənin tələbinə uyğun olaraq iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırki mülki iş üzrə tərəflər arasında olan borca münasibətdə notariusun icra qeydi olduğundan hazırki mülki işə məhkəmədə baxıla bilməz ona görə də mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 23184 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 23184 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar