Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-728/2021 20.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Hüseynova Afaq Əli qızına qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və X3 5000 (beş min) manat pul vəsaitinin, məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun, həmçinin vəkilə ödədiyi 300 (üç yüz) manat qonorarın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, təxminən yeddi ay bundan əvvəl Türkiyə Respublikasının İstanbul şəhərində yaşadıqları zaman ailə get-gəli olduğu Naxçıvan şəhər sakini Cavabdeh1 və anası X7 iddiaçıdan **********0 (iyirmi milyar) türk lirəsi borc almışdır. Danışıqları belə olmuşdur ki, **********0 (iyirmi milyar) türk lirəsinin əvəzində iddiaçıya 5000 (beş min) manat pul verəcəklər. Sonradan Naxçıvana qayıtmışlar. İddiaçı onlardan borcunu tələb etmişdir. Lakin Elxan borcu qaytarmaqdan imtina etmişdir. Onunla telefonda dəfələrlə danışıqlar aparmışlar. Hər dəfə iddiaçını təhqir edirmiş. Pul göndərəcəyi üçün hesab nömrəsi istəmişdir. Lakin bundan da qaçmışdır. Telefonda onunla yazışmaları və telefonda apardıqları danışıqları onların iddiaçıdan borc almalarını bir daha təsdiq edir. İddiaçı da məcbur qalaraq məhkəməyə müraciət edir. Hal-hazırda iddiaçının o pula böyük ehtiyacı vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında təxminən 2019-cu ilin oktyabr ayında Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığı zaman yaxın münasibətlərinin olduğu Naxçıvan şəhər sakini X4 ondan borc pul istədiyini, Afaqla Türkiyədə eyni iş yerində işlədiklərini, onun pula ehtiyacı olmasını bildikdə ona yazığı gəldiyini, ona etibar ediyi üçün borc verməyə razı olduğunu, ilk öncə ona 14000 (on dörd min) türk lirəsi borc verdiyini, 14000 (on dörd min) türk lirəsi borc verdiyi vaxtdan təxminən 5-6 gün sonra Afaqın təkrarən ondan borc istədiyini, həmin vaxt ona əlavə olaraq 6000 (altı min) türk lirəsi pul borc verdiyini, hər iki dəfə də pulu ona verərkən yanlarında heçkəsin olmadığını, sadəcə ikisinin olduğunu, Afaqın ondan ümumilikdə 20000 (iyirmi min) türk lirəsi borc aldığını, onunla razılaşmalarına əsasən Afaqın 20000 (iyirmi min) türk lirəsinin əvəzində ona 5000 (beş min) manat pul qaytaracağını, cavabdehin 5000 (beş min) manat pulu iddiaçının Naxçıvanda yaşayan anasına verəcəyini, lakin cavabdehin razılaşmalarına əməl etmədiyini, özünün ona 20000 (iyirmi min) türk lirəsi verməsinə baxmayaraq Afaqın aralarındakı razılaşmanı pozaraq həmin pulu qaytarmadığını, hər dəfə pulu istəyəndə bir bəhanə gətirdiyini, 2020-ci ilin iyul ayında Afaqın və ailəsinin gecə ilə İstanbuldan qaçdıqlarını, bir müddət onlarla əlaqə saxlaya bilmədiyini, cavabdehin Türkiyədə olan qonşularından onların Naxçıvana qayıtdıqlarını öyrəndiyini, cavabdehin həmin vaxta qədər onun borcunu qaytarmadığını, onlar Naxçıvana gəldikdən sonra da Afaqdan pulun qaytarılmasını tələb etdiyini, lakin cavabdehin hər dəfə bir yalan deməklə onu aldatdığını, cavabdehin oğlu olan digər cavabdeh Elxanın ona həmin borcu özünün ödəyəcəyini bildirdiyini, ona görə də Elxanı da cavabdeh kimi iddia ərizəsində qeyd etdiyini, lakin Elxanın da pulu qaytarmadığını, hər dəfə onun da bir yalan uydurduğunu, lakin həqiqətdə Elxana yox onun anası Afaqa borc verdiyini, razılaşmalarının Afaqla olduğunu, bir dəfə Elxanın hətta anası olan cavabdeh Afaqın guya ölməsi ilə bağlı vatsap sosial şəbəkəsində status paylaşdığını, bunların hamısında məqsədin onun borcunun qaytarılmasından yayınmaq olduğunu, ondan borcunu tələb etsə də, Afaqın bu günə qədər ona olan borcunu qaytarmadığını, dəfələrlə cavabdeh və onun oğlu ilə telefon danışıqları apardığını, onun oğlunun hər dəfə onu təhqir etdiyini, telefonda onunla yazışmaları və telefon danışıqlarının onların borc almalarını bir daha təsdiq etdiyini, qızının epilepsiya xəstəsi olduğunu, onun müalicəsi üçün o pula böyük ehtiyacı olduğunu, daha əvvəl həmin pulun alınması üçün həyat yoldaşı iddia qaldırsa da, pulu özünün verdiyi üçün işin məhkəmədə baxılmamış saxlanıldığını, iddia ərizəsində qeyd etdiyi 20 milyarı köhnə türk lirəsi ilə qeyd etdiyini, niyyətinin 20000 (iyirmi min) türk lirəsi qeyd etmək olduğunu, iddiaçının onun ərinə pul qaytarmadığını, ərinin hazırda Türkiyə Respublikasında olması səbəbindən bu halı məhkəməyə gəlib qeyd edə bilməyəcəyini, əgər cavabdeh ərinə pul ödəmiş olsa idi ərinin özündən əvvəl onlara qarşı iddia qaldırıb pulu geri istəməsinin məntiqə sığmadığını bildirərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili X2 izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 05 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında izahat verən cavabdeh X7 izahatında İddiaçı 2019-cu ilin oktyabr ayının 2-də 14000 (on dörd min) türk lirəsi borc pul aldığını, Şəbnəmlə Türkiyədə eyni iş yerində işlədiklərini, yaxın münasibətlərinin olduğunu, ehtiyacı olduğu üçün ondan 14000 (on dörd min) türk lirəsi borc pul istədiyini, Şəbnəmin də ona 14000 on dörd min) türk lirəsi borc pul verdiyini, pulu ona verərkən yanlarında heçkəsin olmadığını, sadəcə ikisinin olduğunu, 2020-ci ilin iyul ayında Naxçıvana qayıtdığını, 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayı da daxil olmaqla hər ay borcun müəyyən hissəsini qaytarmaqla nəticədə bötövlükdə bütün borcu qaytardığını, 14000 (on dörd min) türk lirəsi məbləğində borcun hamısını qaytardığını, hazırda iddiaçıya heç bir borcu olmadığını, iddiaçının məqsədinin verdiyi pula görə ondan əlavə olaraq faiz almaq olduğunu, bunun ədalətli olmadığını, Şəbnəmdən əlavə olaraq 6000 (altı min) türk lirəsi borc almadığını, 20000 (iyirmi min) türk lirəsi borc məbləğinin iddiaçı tərəfindən şişirdildiyini, iddiaçıdan 14000 (on dörd min) türk lirəsindən başqa heç bir borc almadığını, Şəbnəmə hər ay borcunun əvəzi olaraq ödədiyi məbləğlərin yadında olduğunu, 2019-cu ilin noyabr ayı 900 (doqquz yüz) türk lirəsi, dekabr ayı 1350 (bir min üç yüz əlli) türk lirəsi ödədiyini, dekabr ayında iddiaçı Naxçıvanda olduğundan pulu onun ərinə verdiyini, 2020-ci ilin yanvar ayı pul ödəmədiyini, yanvar ayı pul ödəməməsinin səbəbinin iddiaçının Naxçıvanda olması olduğunu, 2020-ci ilin fevral ayı 1350 (bir min üç yüz əlli) türk lirəsi, mart ayı 1200 (bir min iki yüz) türk lirəsi, aprel ayı 600 (altı yüz) türk lirəsi, may ayı 2000 (iki min) türk lirəsi, iyun ayı 1000 (bir min) türk lirəsi, iyul ayı 1000 (bir min) türk lirəsi Şəbnəmə qaytardığını, iddiaçı ilə aralarında ondan aldığı 14000 (on dörd min) türk lirəsinin əvəzində 5000 (beş min) manat pul qaytaracağı ilə bağlı razılaşma olmadığını, aldığı pulu türk lirəsi ilə qaytarmaq barədə razılaşdıqlarını, Şəbnəmdən aldığı borc pulun hamısını qaytardığını, ancaq bunu təsdiq edəcək hər hansı bir şahidi və ya sübutunun olmadığını, pulun hamısını Şəbnəmə ikisi tək olanda verdiyini ona görə də bunu təsdiqləyəcək heçkəsin olmadığını bildirərək qeyd etdiklərini nəzərə alıb qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 09 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında həmçinin cavabdeh X7 ona verilmiş suallara cavab olaraq 2020-ci ilin iyul ayına qədər yəni 9 ay ərzində Şəbnəmdən aldığı 14000 (on dörd min) türk lirəsini hissə-hissə qaytardığını, pulu bir dəfə yəni 2020-ci ilin yanvar ayında Şəbnəmin ərinə, digər vaxtlarda isə Şəbnəmin özünə verdiyini, Şəbnəmə 2019-cu ilin noyabr ayında 900 (doqquz yüz) türk lirəsi, dekabr ayında 2400 (iki min) dörd yüz türk lirəsi, fevral ayında 2100 (iki min yüz) türk lirəsi, aprel ayında 1200 (bir min iki yüz) türk lirəsi, may ayında 2400 (iki min dörd yüz) türk lirəsi, iyun ayında 2400 (iki min dörd yüz) türk lirəsi, iyul ayında 2000 (iki min) türk lirəsi qaytardığını, 2020-ci ilin mart ayında pulu olmadığı üçün Şəbnəmə borcdan hər hansı bir məbləğ qaytara bilmədiyini, 2020-ci ilin yanvar ayında 2400 (iki min dörd yüz) türk lirəsini Şəbnəm Naxçıvanda olduğu üçün Şəbnəmin ərinə verdiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi cavabdeh Hüseynova Afaq Əli qızına münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçının, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında hazırda cavabdeh Afaqın ona ümumilikdə 20000 (iyirmi min) türk lirəsi borcu olduğunu, həmin borcun 14000 (on dörd min) türk lirəsini birinci dəfə, 6000 (altı min) türk lirəsini isə ikinci dəfə iddiaçıya verdiyini, iddiaçı ilə 20000 (iyirmi min) türk lirəsi borcun əvəzində 5000 (beş min) manat pul qaytaracağı barədə razılaşdıqlarını, cavabdehin borcu qaytarmadığını bildirmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh X7 verdiyi izahatında 2019-cu ilin oktyabr ayının 2-də Şəbnəmdən 14000 (on dörd min) türk lirəsi borc pul aldığını, 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayı da daxil olmaqla hər ay borcun müəyyən hissəsini qaytarmaqla nəticədə bötövlükdə bütün borcu qaytardığını, hazırda iddiaçıya heç bir borcu olmadığını, iddiaçının məqsədinin verdiyi pula görə ondan əlavə olaraq faiz almaq olduğunu, Şəbnəmdən əlavə olaraq 6000 (altı min) türk lirəsi borc almadığını, iddiaçı ilə aralarında ondan aldığı 14000 (on dörd min) türk lirəsinin əvəzində 5000 (beş min) manat pul qaytarcağı ilə bağlı razılaşma olmadığını bidlirmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də 14000 (on dörd min) türk lirəsi borc aldığını inkar etmir. Cavabdeh Hüseynova Afaq ona verildiyi qeyd olunan 6000 (altı min) türk lirəsi borcu inkar edir, həmçinin borc aldığı 14000 (on dörd min) türk lirəsini qaytardığını bildirir. Məhkəmə cavabdehin iddiaçıdan 14000 (on dörd min) türk lirəsi borc almasını bildirməsinə dair etirafını həqiqətən də həmin məbləğdə pulun ona verilməsinin yəni iddia tələbinin həmin hissəsinin təsdiqi kimi qəbul edir. İddiaçı izahatında cavabdehə 14000 (on dörd min) türk lirəsindən əlavə 6000 (altı min) türk lirəsi borc verdiyini, iddiaçı ilə 20000 (iyirmi min) türk lirəsi borcun əvəzində 5000 (beş min) manat pul qaytaracağı barədə razılaşdıqlarını qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, cavabdeh isə bunu izahatında inkar etmişdir. İddia tələbinin qeyd olunan hisəsinə yəni 6000 (altı min) türk lirəsi borc verilməsinə dair hissəsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olumadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Həmçinin iddiaçı izahatında cavabdeh Elxana borc vermədiyini, əslində borcu Afaqa verdiyini, sadəcə olaraq Elxanın borcu özünün ödəyəcəyini bildirməsini nəzərə alaraq onu da cavabdeh qismində qoyduğunu qeyd etmiş, cavabdeh Afaq da borcun oğlu Elxana deyil məhz özünə verildiyini qeyd etmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh kimi qoyulmuş Cavabdeh1 ilə iddiaçı arasında borc münasibətləri yaranmamışdır. Ona görə də iddiaçının iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. Eyni zamanda məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi vatsap yazışmalarını sübut kimi qiymətləndirmir. Belə ki, həmin yazışmaların məhz iddiaçı ilə cavabdeh tərəf arasında aparılması həmin yazışmalardan məlum olmur. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, verilmiş borcun sübutu üçün məhkəməyə təqdim olunmuş həmin yazışmalar nəzərə alınmadan da cavabdehin etirafı nəzərə alınmaqla iddiaçı tərəfindən cavabdehə 14000 (on dörd min) türk lirəsi borc pulun verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin iddiaçı iddia ərizəsində də məhkəmə iclasında da cavabdehə verilmiş pulun əvəzində ona 5000 (beş min) manat pul qaytarılacağı ilə bağlı razılaşdıqlarını bildirsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə aldığı pulun qarşılığında iddiaçıya 5000 (beş min) manat qaytaracağı barədə razılaşma olmadığını, həmin pulu türk lirəsi ilə qaytarmağa razılaşdıqlarını bildirmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində ona 5000 (beş min) manat qaytarılmasını tələb etdiyinə görə cavabdeh tərəfindən etiraf olunan iddiaçıya ödənilməli olan 14000 (on dörd min) türk lirəsi hazırda Azərbaycan manatının Türk lirəsinə nisbətdə rəsmi məzənnəsi nəzərə alınmaqla manatla hesablanmalı və iddiaçıya həmin məbləğ manatla ödənilməlidir. İddiaçı cavabdehə borc verərkən onun Azərbaycan manatı ilə qaytarılması barədə razılaşdıqlarını sübuta yetirə bilmədiyinə görə məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı vaxt yəni 2019-cu ilin oktyabr ayında Azərbaycan manatının Türk lirəsinə nisbətdə rəsmi məzənnəsi yox hazırda qətnamə çıxarılan zaman mövcud məzənnə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarılmış 20 avqust 2021-ci il tarixə olan Azərbaycan manatının Türkiyə lirəsinə nisbətdə rəsmi məzənnəsinə əsasən bir Türkiyə lirəsi həmin tarixdə 0.1993 manata bərabərdir. Qeyd olunan məzənnəni nəzərə alan məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə məzənnə nəzərə alınmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan 14000 (on dörd min) türk lirəsi manatla hesblanmaqla iddiaçıya 2790.2 (iki min yeddi yüz doxsan manat iyimi qəpik) manat ödənilməlidir. Həmçinin cavabdeh Hüseynova Afaq Əli qızı 14000 (on dörd min) türk lirəsi borcun hamısını qaytardığını qeyd etsə də məhkəmə iclaslarında verdiyi izahatında və ona verilmiş suallara cavab olaraq bildirdikləri arasında kifayət qədər ziddiyyətli halların olmasının müəyyən edilməsi, cavabdehin borcu qaytarmasını bildirdiyi məbləğlər arasında kifayət qədər ziddiyyətlər olması, həmçinin onun qeyd etdiyi məbləğlərin cəminin 14000 (on dörd min) türk lirəsindən az və digər halda çox olması cavabdehin izahatının düzgünlüyünü məhkəmə tərəfindən şübhə altına alır. Bütün bunları məhkəmə işin halları ilə əlaqəlli şəkildə təhlil edib cavabdeh Afaqın izahatının inandırıcı olmaması, qeyri-dəqiq məlumatlar verərək məqsədinin öhdəliyin icrasından yayınmaq olması qənaətinə gəlir. Həmçinin cavabdeh Hüseynova Afaq Əli qızı borcu qaytardığını təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, borcun qaytarılmasının sübut etmə yükü cavabdehin üzərinə düşdüyündən və cavabdeh Hüseynova Afaq Əli qızı bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyinidən iddia tələbi ona münasibətdə həmin hissədə yəni 14000 (on dörd min) türk lirəsinə dair hissədə əsaslı sayılmalı və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 16.74 (on altı manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Hüseynova Afaq Əli qızından alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin iddia tələbində vəkilə ödədiyi 300 (üç yüz) manat qonorarın cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, vəkil üçün ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etsə də iddiaçı tərəfindən vəkilə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən müqavilə və ya hər hansı başqa bir sənəd məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçının vəkil üçün ödədiyi məbləği təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia cavabdeh X5 münasibətdə qismən təmin olunmalı; -2790.2 (iki min yeddi yüz doxsan manat iyimi qəpik) manat məbləğində pul cavabdeh X3 tutularaq İddiaçı ödənilməli; - iddia cavabdeh X5 münasibətdə qalan hissədə rədd edilməli; - iddia Cavabdeh1 münasibətdə rədd edilməli; -16.74 (on altı manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia cavabdeh Hüseynova Afaq Əli qızına münasibətdə qismən təmin edilsin. 2790.2 (iki min yeddi yüz doxsan manat iyirmi qəpik) manat məbləğində pul cavabdeh X3 tutularaq İddiaçı ödənilsin. İddia cavabdeh X5 münasibətdə qalan hissədə rədd edilsin. 16.74 (on altı manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq İddiaçı verilsin. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-728/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-728/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver