Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-734/2020 22.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB məhkəməyə iddia ərizəsi ilə müraciət edərək QSC “xxxx” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 1xx/xx/121305/15 saylı kredit müqaviləsi üzrə Banka 1581.42 (bir min beş yüz səksən bir manat qırx iki qəpik) manat əsas borc, 641 (altı yüz qırx bir) manat faiz borcu, 1261.77 (bir min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat cərimə borcu, 238.92 (iki yüz otuz səkkiz manat doxsan iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3723.11 (üç min yeddi yüz iyirmi üç manat on bir qəpik) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan QSC “xxxx” KB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat ləğv prosesində olan QSC “xxxx” KB ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 1xx/xx/121305/15 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə 28 % ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmiş, cavabdeh Müqaviləyə kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüş, ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay hissələrlə Banka ödənilməli olsa da, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun Banka 1581.42 (bir min beş yüz səksən bir manat qırx iki qəpik) manat əsas borc, 641 (altı yüz qırx bir) manat faiz borcu, 1261.77 (bir min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat cərimə borcu, 238.92 (iki yüz otuz səkkiz manat doxsan iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3723.11 (üç min yeddi yüz iyirmi üç manat on bir qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsində müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2015ci il tarixdə bağlanmış 1xx/xx/121305/15 saylı Kredit müqaviləsindən görünür ki, QSC “xxxx” KB ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən Borc verən Borc alana istehlak məqsədi ilə 24 ay illik 28 % dərəcəsi ilə hesablanmaqla 3000 (üç min) manat məbləğində kredit vermiş, kredit üzrə illik faiz dərəcəsi (FİFD) 29.09 % təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər 1xx/xx/121305/15 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh ilə Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1xx/xx/121305/15 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixə Banka 1581.42 (bir min beş yüz səksən bir manat qırx iki qəpik) manat əsas borc, 641 (altı yüz qırx bir) manat faiz borcu, 1261.77 (bir min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat cərimə borcu, 238.92 (iki yüz otuz səkkiz manat doxsan iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3723.11 (üç min yeddi yüz iyirmi üç manat on bir qəpik) manat borcu mövcuddur. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı Bank tərəfindən xx.xx.2020-ci il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxxxx 2020-ci il tarixli, 183/20 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixdə bağlanmış 1xx/xx/121305/15 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nə xx xxxx 2020-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) kredit üzrə olan əsas borcu 1542.80 (bir min beş yüz qırx iki manat səksən qəpik) manat, müqavilə müddətinə faiz üzrə borcu 379.19 (üç yüz yetmiş doqquz manat on doqquz qəpik) manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi əsasında illik 5%-lə 229.49 (iki yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat təşkil edir. Məhkəmə əsas borc məbləği, faiz və cərimə borcu üzrə ekspertin rəyini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020ci il tarixli, 183/20 nömrəli ekspert rəyinə əsaslanmalıdır. Məhkəmə ekspert rəyini sübut kimi qiymətləndirir və hesab edir ki, əsas borc, faiz borcu və gecikdirilimiş borca münasibətdə rəy əsas götürülməli və iddia tələbi həmin hissədə qismən tam təmin edilməlidir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi cərimənin hesbalanmasına dair hissədə də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Ekspert qarşısına cərimə borcunun hesablanmasına dair sual qoyulmuş, həmin sual əsasında ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh ilə iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/121305/15 saylı Kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin Bank tərəfindən təqdim ediməmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır və buna görə də Cavabdeh cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB ilə Cavabdeh 1261.77 (bir min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat cərimə borcu tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq,100 (bir yüz) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1542.80 (bir min beş yüz qırx iki manat səksən qəpik) manat əsas, müqavilə müddətinə faiz üzrə borcu 379.19 (üç yüz yetmiş doqquz manat on doqquz qəpik) manat və illik 5%-lə gecikdirilmiş 229.49 (iki yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla ümumilikdə 2251.48 (iki min iki yüz əlli bir manat qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 17.34 (on yeddi manat otuz dörd qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 1542.80 (bir min beş yüz qırx iki manat səksən qəpik) manat əsas, müqavilə müddətinə faiz üzrə borcu 379.19 (üç yüz yetmiş doqquz manat on doqquz qəpik) manat və illik 5%-lə gecikdirilmiş 229.49 (iki yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla ümumilikdə 2251.48 (iki min iki yüz əlli bir manat qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 17.34 (on yeddi manat otuz dörd qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-734/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-734/2020
22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver