Məhkəmə qərarları › İş №2(078)-751/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-751/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-751/2021 11.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik), faiz borcu üzrə 140.79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat borcun tutulması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat xidmət haqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı ilə Cavabdeh arasında bağlanmış 13.06.2019-cu il tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 3.1.4cü bəndi ilə müəyyən edilmişdir ki, ödəniş kartı vasitəsilə aparılan əməliyyatları Kart hesabında olan pul vəsaitləri həddində həyata keçirməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 3.3.6-cı bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın Tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəməyi öhdəsinə götürür. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) 25.09.2019-cu il tarixdən 17.05.2021-ci il tarixədək olan müddət ərzində sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh 25.09.2019-cu il tarixdə balansının 0 (sıfır) manat olmasına baxmayaraq, 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat məbləğində vəsaiti məxaric etmiş və bu zaman cavabdehin kart hesabında 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat mənfi qalıq formalaşdırılmışdır. Həmin vəsaitə 01.10.2019-cu il tarixdən 17.05.2021-ci il tarixədək ümumilikdə 140.79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) faiz hesablanmış, nəticədə cavabdeh 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat məbləğində əsassız varlanmışdır. Bankın "Naxçıvan” filialı tərəfindən təqdim edilmiş 17.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka əsas borc üzrə 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat, faiz borcu üzrə 140.79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Mülki işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında 1(101)-638/2021 nömrəli cinayət işi vardır və hazırda Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Buna görə də cavabdehə ünvanlanan məhkəmə bildirişləri və iddia ərizəsinin surəti cavabdehə təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. 29 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən Cavabdeh ərizəsi məhkəməyə göndərilmiş cavabdeh həmin ərizədə iddiaçının ona qarşı verdiyi iddianın yanlış olduğunu, kartda problem yaranan zaman onun banka müraciət edərək kartda yaranan problemi bank nümayəndəliyinə bildirdiyini, kartı ondan alaraq kartı bağladıqlarını, yaranan problemi həll etdiklərini bildirdiklərini, indi isə onun banka borclu olduğunu iddia etdiklərini, 13 fevral 2020ci il tarixdən tutularaq 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildiyini, tutulan günə qədər Naxçıvan şəhərində yaşadığını, tutulduğu vaxta qədər çox aylar keçdiyini, onun banka bildirməsindən o vaxtlar ərəfəsində heç bir bank nümayəndəsinin ona zəng etmədiyini, borc mövzusunda xəbərdarlıq etmədiyini bildirmişdir. Cavabdehin istintaq təcridxanasında saxlanılmasını nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi X5 izahatında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı ilə Cavabdeh arasında bağlanmış 13.06.2019-cu il tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verildiyini, Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına 25.09.2019-cu il tarixdən 17.05.2021-ci il tarixədək olan müddət ərzində sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat məbləğində vəsaitin məxaric edilməsinə nail olduğunu, cavabdehin 25.09.2019-cu il tarixdə balansının 0 (sıfır) manat olmasına baxmayaraq 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat məbləğində vəsaiti məxaric etdiyini, bu zaman cavabdehin kart hesabında 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat mənfi qalıq formalaşdırıldığını, həmin vəsaitə 01.10.2019-cu il tarixdən 17.05.2021-ci il tarixədək ümumilikdə 140.79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) faiz hesablandığını, cavabdehin banka cəmi 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat borcunun olduğunu, qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehin öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 iyun 2019-cu il tarixli, BPM**********10 nömrəli kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilənin imzalanması, Bank tərəfindən Müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılması, Ödəniş kartının dövriyyəyə buraxılması və Ödəniş kartından istifadə etməklə Kart hesabı üzrə hesablaşmaların aparılması barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 13 iyun 2019-cu il tarixli, BPM**********10 nömrəli kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə üzrə Cavabdeh oğlundan əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli arayışından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Babayev X4 şəhəri, Əzizbəyov, döngə 2, ev 2 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 11 iyun 2021-ci il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, lakin cavabdeh qeyd olunan ünvanda yaşamadığı üçün bildiriş və iddia ərizəsinin surəti geri qaytarılmışdır. Hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 11 iyun 2021-ci il tarixli, 2(078)-751/2021 nömrəli məhkəmə bildirişi 15 iyul 2021-ci il tarixdə rəsmi qaydada Cavabdeh çatdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh yuxarıda qeyd olunan ərizəsi 29 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, lakin həmin ərizəyə cavabdeh tərəfindən iddia tələbini təkzib edən hər hansı bir sübut əlavə olunmamış, əksinə cavabdeh həmin ərizədə ümumi sözlərlə kartda problem yaranması ilə bağlı fikirlərini qeyd etmiş, iddia tələbini nəyə görə əsassız saymasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında əsassız varlanmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 iyun 2019-cu il tarixli, BPM**********10 nömrəli kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə imzalanmış və Bank tərəfindən Müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabı açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfindən 05 oktyabr 2021-ci il tarixdə məhkəməyə göndərilmiş məktubda qeyd edilmişdir ki, Cavabdeh 13.06.2019-cu il tarixdə kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən, Bank tərəfindən Cavabdeh ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabı açılmış və müvafiq olaraq bu tarixdən etibarən kart əməliyyatları həyata keçirilmişdir. Lakin cavabdehin 11 sentyabr 2019-cu il tarixdə 450 (dörd yüz əlli) manat məbləğində pulu məxaric etdikdən sonra balansı 0.62 (altmı iki qəpik) manat olmuş, 25.09.2019-cu il tarixdə isə kart hesabına 300 (üç yüz) manat məbləğində mədaxil etmiş və cəmi balansı 300.62 (üç yüz manat altmı iki qəpik) manat olmuşdur. Cavabdeh həmin tarixdə balansının 300.62 (üç yüz manat altmış iki qəpik) manat olmasına baxmayaraq sistemdə yaranmış texniki gecikmələrdən istifadə edərək 599.94 (beş yüz doxsan doqquz manat doxsan dörd qəpik) məbləğində vəsaiti məxaric etmiş və balansında bu zaman 299.32 (iki yüz doxsan doqquz manat otuz iki qəpik) məbləğində mənfi qalıq formalaşmışdır. Qeyd edilən tarixdən müvafiq faiz məbləğləri də nəzərə alınmaqla 17.05.2021-ci il tarixədək cavabdeh ümumilikdə 440.11 (dörd yüz qırx manat on bir qəpik) məbləğində əsassız olaraq varlanmışdır. Qeyd olunan məktuba əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, həqiqətən də cavabdeh 25.09.2019-cu il tarixdə kart hesabına 300 (üç yüz) manat məbləğində mədaxil etmiş və cəmi balansı 300.62 (üç yüz manat altmı iki qəpik) manat olmuşdur. Cavabdeh həmin tarixdə balansının 300.62 (üç yüz manat altmış iki qəpik) manat olmasına baxmayaraq 599.94 (beş yüz doxsan doqquz manat doxsan dörd qəpik) manat məbləğində vəsaiti məxaric etmiş və balansında bu zaman 299.32 (iki yüz doxsan doqquz manat otuz iki qəpik) məbləğində mənfi qalıq formalaşmışdır. İddia ərizəsinə əlavə olunmuş 17 may 2021-ci il tarixli, 19-152 nömrəli əsassız varlanmanı əks etdirən arayışından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) hesabdan çıxarılmış məbləğin 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat, hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) hesabdan çıxarılmış məbləğə hesablanmış faizin 140.79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) manat, ümumilikdə əsassız varlanmaya səbəb olan cəmi məbləğin 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat təşkil etməsi aydın olur. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılmasına dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 06 aprel 2021-ci il tarixli, 22-4251/2021 nömrəli xəbərdarlıqdan isə 13 iyun 2019-cu il tarixli “kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən cavabdehə təqdim olunmuş plastik vark vasitəsilə sistemdə baş vermiş xəta səbəbindən cavabdehə aid olmayan 426.65 (dörd yüz iyirmi altı manat, altmış beş qəpik) manatı həyata keçirdiyi əməliyyat nəticəsində istifadə etməsi, əsassız varlanmaya səbəb olmuş borcunu 3 (üç gün) ərzində ödəməyi Cavabdeh tələb olunması aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin əsassız varlanma nəticəsində pul əldə etməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı qəbul edir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə əlavə olunmuş sənədləri araşdıran məhkəmə yekunda qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinin əsaslı olması iş materialları ilə təsdiq olunur. Buna görə də, həmin tələb təmin olunmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin faiz borcuna aid hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olduğundan iddiaçı tərəfindən faiz borcunun tələb edilməsi əsaslıdır və iddia tələbi faiz borcuna münasibətdə də təmin olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış 13 iyun 2019-cu il tarixli müqavilənin 3.3.6-cı bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın Tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən 20 (iyirmi doqquz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat əsas, 140.79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) manat faiz, ümumilikdə 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməli; Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 299.32 (iki yüz doxsan doqquz manat, otuz iki qəpik) manat əsas, 140.79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) manat faiz, ümumilikdə 440.11 (dörd yüz qırx manat, on bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar