Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-753/2021 12.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "İddiaçı" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı" ASC-nin xeyrinə 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat əsas borc, 15.13 (on beş manat on üç qəpik) manat faiz, 4.49 (dörd manat qırx doqquz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 29 yanvar 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 0.75 (sıfır manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 96.02 (doxsan altı manat iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı” ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 10000 (on min) manat kredit götürmüşdür. Kredit öhdəliyinin təminatı olaraq digər Cavabdeh2 ilə Bank arasında 29 iyul 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Ərizədə qeyd edilmişdir ki, borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka 16 may 2021-ci il tarixinə 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat əsas borc, 15.13 (on beş manat on üç qəpik) manat faiz, 4.49 (dörd manat qırx doqquz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 29 yanvar 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 0.75 (sıfır manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 96.02 (doxsan altı manat iki qəpik) manat borcu mövcuddur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı" ASC-nin xeyrinə 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat əsas borc, 15.13 (on beş manat on üç qəpik) manat faiz, 4.49 (dörd manat qırx doqquz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 29 yanvar 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 0.75 (sıfır manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 96.02 (doxsan altı manat iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli 11-MZ- 1-0-1841-19 nömrəli Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh1 illik 25 faizlə 18 ay müddətinə 10000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. 19 iyul 2019-cu il tarixdə bağlanmış 11-MZ-1-0-1841-19 saylı Zaminlik Müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 Bank arasında bağlanmış Kredit müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərti ilə "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. 16 may 2021-ci il tarixli maliyyə arayışına əsasən 29 iyul 2019-cu il tarixli 11-MZ-1- 0-1841-19 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh1 həmin tarixə olan borcu 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat əsas borc, 15.13 (on beş manat on üç qəpik) manat faiz, 4.49 (dörd manat qırx doqquz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 29 yanvar 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 0.75 (sıfır manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 96.02 (doxsan altı manat iki qəpik) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 13.04.2021-ci il tarixli xəbərdarlıq məktubnundan məlum olur ki, həmin tarixdə borclular Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı" ASC-nin xeyrinə 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat əsas borc, 15.13 (on beş manat on üç qəpik) manat faiz, 4.49 (dörd manat qırx doqquz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 29 yanvar 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 0.75 (sıfır manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 96.02 (doxsan altı manat iki qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı" ASCnin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "İddiaçı" ASC tərəfindən 17.05.2021ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı təşkilata qaytarılsın, artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 09 iyun 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 10 iyun 2021-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlərə bildiriş çatmadığından onlara təqdim edilməsi üçün 17 iyun 2021-ci il tarixdə müvafiq inzibati ərazi dairə üzrə nümayəndəliyə göndərilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı" ASC-nin xeyrinə 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat əsas borc, 15.13 (on beş manat on üç qəpik) manat faiz, 4.49 (dörd manat qırx doqquz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 29 yanvar 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 0.75 (sıfır manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 96.02 (doxsan altı manat iki qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. "İddiaçı" ASC tərəfindən 17.05.2021-ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı təşkilata qaytarılsın, artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-753/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-753/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver