Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-754/2021 12.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh
1. 01.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********09617 olan Samsung Galaxy A51 markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə;
2. 20.03.2020-ci il tarixli müqavilə üzrə Hoffmann LED markalı televizor üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə;
3. 20.03.2020-ci il tarixli müqavilə üzrə X4+90 gun banovshayı üçün 136.2 (bir yüz otuz altı manat iyirmi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə olmaqla ümumilikdə 1180 (bir min bir yüz səksən) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 01.02.2020-ci il tarixli və 20.03.2020-ci il tarixli Müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən «xxxx» MMC-dən Cavabdeh İMEİ kodu **********09617 olan Samsung Galaxy A51 markalı telefon, Hoffmann LED markalı televizor və X4+90 gun banovshayı almış və nəticədə 1180 (bir min bir yüz səksən) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə 01.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1020.8 manat (12 ay x 75.9 manat + 110 manat ilkin ödəniş) olan İMEİ kodu **********09617 olan Samsung Galaxy A51 markalı telefon üçün 645.8 manat olmaqla ondan 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə; 20.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 420 manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann LED markalı televizor üçün 385 manat olmaqla ondan 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə, 20.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 205.2 manat (6 ay x 34.2 manat + 0 manat ilkin ödəniş) olan X4+90 gun banovshayı üçün 149.2 manat olmaqla ondan 136.2 (bir yüz otuz altı manat iyirmi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 572 manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh 01.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********09617 olan Samsung Galaxy A51 markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə; 20.03.2020-ci il tarixli müqavilə üzrə Hoffmann LED markalı televizor üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə; 20.03.2020-ci il tarixli müqavilə üzrə X4+90 gun banovshayı üçün 136.2 (bir yüz otuz altı manat iyirmi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə olmaqla ümumilikdə 1180 (bir min bir yüz səksən) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq «xxxx» MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş 01.02.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 20073113 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Samsung Galaxy A51 DS (SM-A515) 128 GB İMEİ KOD **********09617 **********09615; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 01.02.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Samsung Galaxy A51 DS (SM- A515) 128 GB İMEİ KOD **********09617 **********09615; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 20.03.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 20190377 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Hoffmann LED 32A3500; İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 20.03.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Hoffmann LED 32A3500 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 20.03.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 20190440 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- X4+90 gun banovshayı; İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 20.03.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- X4+90 gun banovshayı tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 21 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 01.02.2020-ci il tarixli 20073113 nömrəli, 20.03.2020-ci il tarixli 20190377 nömrəli və 20.03.2020-ci il tarixli 20190440 nömrəli Müqavilələrə əsasən Cavabdeh 21.05.2021-ci il tarixə «xxxx» MMC-yə İMEİ kodu **********09617 olan Samsung Galaxy A51 markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə; Hoffmann LED markalı televizor üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə; X4+90 gun banovshayı üçün 136.2 (bir yüz otuz altı manat iyirmi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə olmaqla ümumilikdə 1180 (bir min bir yüz səksən) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 03.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 14.04.2021-ci il tarixdə verilmiş arayışa əsasən Mahmudov X1 şəhəri, İ.Mirzəyev ev 8 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 01.02.2020-ci il tarixli 20073113 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********09617 olan Samsung Galaxy A51 markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, 20.03.2020-ci il tarixli 20190377 nömrəli müqaviləyə əsasən Hoffmann LED markalı televizor üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə və 20.03.2020-ci il tarixli 20190440 nömrəli müqaviləyə əsasən X4+90 gun banovshayı üçün 136.2 (bir yüz otuz altı manat iyirmi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə olmaqla ümumilikdə 1180 (bir min bir yüz səksən) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına 27.05.2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 09 iyun 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 10 iyun 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh oğluna bildiriş çatmadığından ona təqdim edilməsi üçün 17 iyun 2021-ci il tarixdə müvafiq inzibati ərazi dairə üzrə nümayəndəliyə göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdim: İddia təmin edilsin. Cavabdeh 01.02.2020-ci il tarixli 20073113 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********09617 olan Samsung Galaxy A51 markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, 20.03.2020-ci il tarixli 20190377 nömrəli müqaviləyə əsasən Hoffmann LED markalı televizor üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə və 20.03.2020-ci il tarixli 20190440 nömrəli müqaviləyə əsasən X4+90 gun banovshayı üçün 136.2 (bir yüz otuz altı manat iyirmi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə olmaqla ümumilikdə 1180 (bir min bir yüz səksən) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına 27.05.2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.