Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-757/2021 24.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı "xxxx" KB ASC 10 iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2641.30 (iki min altı yüz qırx bir manat, otuz qəpik) manat əsas və 96.23 (doxsan altı manat, iyirmi üç qəpik) manat faiz olmaqla, cəmi 2737.53 (iki min yeddi yüz otuz yeddi manat, əlli üç qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf tələbini əsaslandıraraq bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 (bir yüz iyirmi) ay müddətinə illik 35 % ödəmək şərtilə 20000 (iyirmi min) manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.16-cı bəndinə əsasən “Bu müqavilə üzrə “Borcverən” kredit xəttinin limitini 20000 (iyirmi min) manatadək artıra bilər”. Bu müqavilənin 1.3-cü bəndinə əsasən “Bu halda borcalanın razılığı tələb olunmur”. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə görə “Borcverən” bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə və faizlə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə öz növbəsində bu müqavilənin 4.3.2-ci bəndinə əsasən “Krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə “Bank”-a qaytarır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. 20 avqust 2021-ci il tarixdə iş üzrə iddiaçının nümayəndəsi Yavər Novruzov məhkəməyə ərizə göndərərək ərizədə Cavabdeh qarşı olan iş üzrə cavabdeh tərəfindən ödənişlər olduğuna görə işin gecikmədən çıxdığını və qrafikə düşdüyünü, iş üzrə icraatın baxılmamış saxlanılmasını və mövcud olan sənədlərin "xxxx" KB ASC-yə (Şəki filialına) geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və iddiaçı "xxxx" KB ASC-nin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən 27 aprel 2021-ci il tarixdə 6 nömrəli ödəniş tapşırığı əsasında ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-nə geri qaytarılsın. İddiaçı "xxxx" KB ASC tərəfindən 27 aprel 2021-ci il tarixdə 6 nömrəli ödəniş tapşırığı əsasında ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-757/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-757/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver