Məhkəmə qərarları › İş №2(078)-762/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-762/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-762/2024 05.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 10 mart 2012-ci il təvəllüdlü X1 və 10 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının üçdə bir hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli qərardadı ilə, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmaqla, İddiaçı Cavabdeh qarşı mülki iş üzrə “10 mart 2012-ci il təvəllüdlü X1 və 10 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının üçdə bir hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında 06 iyul 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə 200 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahlarından 10 mart 2012ci il təvəllüdlü X3 və 10 mart 2012-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-237/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 06 iyul 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikaha daxil olmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adında əkiz övladları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-237/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan övladları onun yanında qalmışdır. Cavabdehlə 2022-ci ilin aprel ayında aliment barədə saziş bağlamışlar. Lakin həmin məbləğ hazırda uşaqların ehtiyaclarının ödənilməsi üçün çox azdır və cavabdeh alimenti vaxtında ödəmir. Cavabdeh hərbi qulluqçudur və iki uşağın tələbatını ödəmək üçün kifayət qədər əmək haqqı alır. Məhkəməyə müraciət edərək alimentin məhz onun qazancından tutulmasını istəyir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul edərək bildirmişdir ki, 1080 manat aliment aldığını, övladları 10 mart 2012-ci il təvəllüdlü X1 və 10 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının üçdə bir hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə heç bir etirazı yoxdur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, 10 mart 2012-ci il təvəllüdlü X1 və 10 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği Naxçıvan Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadına əsasən 17 may 2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 17 may 2024-cü il tarixdən hesablanmaqla, hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, 10 mart 2012-ci il təvəllüdlü X1 və 10 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar