Məhkəmə qərarları › İş №2(078)-764/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-764/2023

07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-764/2023 07.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 08 may 2023-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilərək 16 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün Cavabdeh hər aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(078)-350/2014 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və xx.xx.2014-cü il təvəllüdlü X2 onun yanında saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 50 manat, işlədiyi təqdirdə isə hər ay qazancının və ya başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)- 1110/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx.xx.2014- cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 160 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda övladı və o, birlikdə, onun himayəsində valideynlərinin yanlarında yaşayırlar. Yaşamağa şəxsi evləri yoxdur və uşağın saxlanılmasında böyük çətinliklər çəkir. Cavabdeh hazırda ödədiyi 160 manat məbləğində pul övladının saxlanılmasına yetmir. Övladı elə yaş həddindədir ki, onun təhsilinə və digər xərclərinə pul lazım olur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. İddiaya etiraz ərizəsində cavabdeh İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə aliment miqdarının dəyişdirilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(078)- 1110/2019 nömrəli qətnaməsi ilə 160 manat alimentin ondan tutularaq İddiaçı ödənilməsinin qət edildiyini, onun yenidən ailə həyatı qurduğunu, iki azyaşlı övladının olduğunu, onların da maddi tələbatlarını onun qarşıladığını, lakin iddiaçının dediyi alimenti ödəməyin onun imkanı xaricində olduğunu, onun öz vəzifə borcunu layiqincə yerinə yetirərək hər ay alimenti vaxtıvaxtında ödədiyini, hər bir halda bir ata kimi övladının qayğısına qalmağın borcu olduğunu dərk etdiyini, heç bir zaman da bu qayğını göstərməkdən imtina etmədiyini, uşaqları saxlamaq və onların qayğısına qalmağın hər iki valideynin vəzifəsi olduğunu, tək onun vəzifəsi olmadığını, ondan başqa onun əmək haqqının alimentin ödənilməsinə və yeni ailəsinin saxlanılmasına ancaq yetərli olduğunu qeyd edərək İddiaçı qaldırdığı iddia ərizəsinin əsassız hesab edərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan aliment məbləğinin dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün Cavabdeh hər aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, hazırda tələbini dəqiqləşdirərək Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün Cavabdeh hər aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 08 iyun 2023-cü il tarixdə keçirilən məkəmə iclasında iddiaçının ərizəsinin təmin edilməsi və iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(078)- 1110/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək üçün Cavabdeh hər aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. 07 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaya etiraz ilə eyni məzmunlu izahat vermişdir. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladı doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(078)-350/2014 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 50 manat, işlədiyi təqdirdə isə hər ay qazancının və ya başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)- 1110/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsindən tərəflər arasında xx.xx.2012-ci ildə nikahın bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 14 aprel 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 079023 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(078)- 1110/2019 nömrəli qətnaməsindən iş üzrə tərəflər arasında xx.xx.2012-ci il tarixdə 239 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah qeydinin pozulması, nikahın pozulmasından sonra xx.xx.2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh işləmədiyi təqdirdə hər ay sabit məbləğdə 50 (əlli) manat, işlədiyi təqdirdə isə hər ay qazancının və ya başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı veilməsinin qət edilməsi; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 23 iyun 2014-cü il tarixli, AZ-İ seriyalı, 151892 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında nikahın ləğv edilməsinin, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 iyun 2014-cü il tarixdə 41 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsindən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(078)-350/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)- 1110/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tələb etməsidir. İşin mübahisəli halının həllinə hüquqi aydınlıq gətirmədən öncə məhkəmə onu qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozularkən, həmçinin aliment məbləğinin artırılmasına dair digər məhkəmə qətnamələrində məhkəmə uşaqların saxlanılması üçün alimentin tutulma qaydasını sabit pul məbləğində müəyyən etmişdir. İddiaçı isə hazırki tələbində cavabdehdən onların birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulmasını və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçının tələbinin mahiyyətindən aydın olur ki, o, alimentin tutulma qaydasının dəyişdirilməsini istəyir. İşin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, Əhmədova X3 Şəhər Məhkəməsinə “08” may 2023cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddia təmin edildiyindən 80 (səksən) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; -“08” may 2023-cü ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 16 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli; -Cavabdeh 80 (səksən) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(078)-1110/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. “08” may 2023-cü ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 16 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 80 (səksən) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar