Məhkəmə qərarları › İş №2(078)-776/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-776/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-776/2021 13.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Q.Qarayev 102 ünvanında yerləşən İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1143 (bir min bir yüz qırx üç) manat əsas, 85 (səksən beş) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsümü olmaqla ümumilikdə 1258 (bir min iki yüz əlli səkkiz) manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 12.06.2018-ci tarixli STK06-0031 nömrəli Alqı-satqı müqaviləsi üzrə dəyəri 1644 (bir min altı yüz qırx dörd) manat olan televizor almış, müqavilə bağlanarkən ödəniş olunmamış, sonradan ümumilikdə 501 (beş yüz bir) manat (14.07.2018-ci il tarixdə 137 manat, 27.08.2018-ci il tarixdə 137 manat), 30.09.2018-ci il tarixdə 100 manat, 22 oktyabr 2018-ci il tarixdə 37 manat, 05 noyabr 2018-ci il tarixdə 80 manat və 11 noyabr 2018-ci il tarixdə 10 manat) ödəniş etmişdir. Hazırda Cavabdeh 1143 (bir min bir yüz qırx üç) manat qalıq borcu vardır. Gecikdirilmə ilə əlaqədar 12.05.2019-cu il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 85 (səksən beş0 manatdır. İddia ərizəsində əlavə olaraq qeyd olunmuşdur ki, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı təşkilat sonda qeyd olunanlara əsasən Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1143 (bir min bir yüz qırx üç) manat əsas, 85 (səksən beş) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsümü olmaqla ümumilikdə 1258 (bir min iki yüz əlli səkkiz) manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İş materiallarına əlavə edilmiş: 12.06.2018-ci tarixli STK06-0031 nömrəli Alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 1644 (bir min altı yüz qırx dörd) manat olan Samsung UE 49 M 5500 AUXRU markalı televizor almışdır. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Samsung UE 49 M 5500 AUXRU markalı televizoru tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İşdə olan 18.02.2021-ci il tarixli maliyyə arayışından belə müəyyən olunur ki, X1 12.06.2018-ci tarixli STK06-0031 nömrəli Alqı-satqı müqaviləsi üzrə həmin tarixə İddiaçı MMC -yə 1143 (bir min bir yüz qırx üç) manat əsas, 85 (səksən beş) manat cərimə borcu borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 10.03.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş arayışa əsasən Şahbazov X2 şəhəri, Xətai döngə 6, ev 21 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 12.06.2018-ci tarixli STK06-0031 nömrəli Alqısatqı müqaviləsi üzrə Samsung UE 49 M 5500 AUXRU markalı televizor üçün 1143 (bir min bir yüz qırx üç) manat əsas, 85 (səksən beş) manat cərimə borcu olmaqla ümumilikdə 1228 (bir min iki yüz iyirmi səkkiz) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən 21.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X4 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 14 iyun 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 17 iyun 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh bildiriş çatmadığından 23 iyun 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 12.06.2018-ci tarixli STK06-0031 nömrəli Alqı-satqı müqaviləsi üzrə Samsung UE 49 M 5500 AUXRU markalı televizor üçün 1143 (bir min bir yüz qırx üç) manat əsas, 85 (səksən beş) manat cərimə borcu olmaqla ümumilikdə 1228 (bir min iki yüz iyirmi səkkiz) manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən 21.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X4 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar