Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-776/2023 12.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin qəbul olunmasından imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə idia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc verdiyi 4000 (dörd min) manat pulun və iddia qaldırmaq üçün ödədiyi 60 (altmış) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149 və 150-ci maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Buna görə də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunmalıdır. Belə ki, iddiaçı tərəflər arasında mövcud olan borc münasibətlərini yazılı borc müqaviləsi ilə deyil, cavabdehin şəxsiyyət vəsiqəsinə yazmış olduğu öhdəlik götürməsinə dair yazılı bir kağıza istinad edərək işə baxılmasını tələb edir. Məhkəmə iddiaçıya kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin mahiyyətini iddiaçının diqqətinə çatdırır və qeyd edir ki, bu növ iddialar tərəflər arasında yazılı şəkildə bağlanmış və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məbləğdə aşkar və mötəbər sübutlarla təsdiqini tapmış iddia icraatı növüdür. Hazırki iddia tələbi yuxarıda sadalanmış kiçik iddia ərizəsinin mahiyyətinə uyğun deyildir. Bu halda məhkəmə işə çəkişmə və tərəflərin hüquq bərabərliyini təmin edilməsi prinsipi ilə yanaşmalıdır. İddiaçı iddia icraatı qaydasında öz tələbini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı tərəfindən "xxxx" ASC Şahbuz filialına xx.xx.2023-cü il tarixli 25344 nömrəli qəbzlə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. İddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın İddiaçı tərəfindən "xxxx" ASC Şahbuz filialına xx.xx.2023-cü il tarixli 25344 nömrəli qəbzlə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim:Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-776/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-776/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver