Məhkəmə qərarları › İş №2(078)-777/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-777/2021

15.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-777/2021 15.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 14 iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıya Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 5, mənzil 22-nin tərkib hissəsindən yaşayış və istifadə hüququnun verilməsi i barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, 1 nömrəli mikrorayon, ev 5, mənzil 22 (haliyyədə Atabəylər məhəlləsi) Naxçıvan şəhər ZDS İcraiyyə Komitəsinin 15 oktyabr 1979-cu il tarixli 649 saylı orderi əsasında mərhum X9nun, X3, X15, X11, X12 və iddiaçının istifadəsinə verilmişdir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X9 01 iyun 2012-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. X7 isə 11 oktyabr 1977-ci il tarixdə vəfat etmişdir. Atası ilə anasının nikahları Naxçıvan şəhər Nikah evində 14 may 1964-cü il tarixdə 82 sayla qeydə alınmışdır. X1 ilə 20 iyun 1979-cu ildə nikaha daxil olmuşdur. Haliyyədə mənzildə Bilqeyis və onun ailə üzvləri yaşayır. İddiaçı ailə həyatı qurmuşdur və haliyyədə kirayə mənzildə yaşayır. Buna səbəb X3 iddiaçının həmin evdə yaşamasına imkan verməməsidir. 15 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 12 iyul 2021-ci il tarixdə iş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək ərizədə cavabdeh X5 qarşı qaldırdığı yaşayış və istifadə hüququnun iddiaçıya verilməsi tələbi ilə bağlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X13 tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X6 qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 11 iyun 2021-ci il tarixli, 28502 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı cavabdeh X4 qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 11 iyun 2021-ci il tarixli, 28502 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar