Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-78/2024 02.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilin bərpası üçün ödədiyi əl xərci 150 (yüz əlli) manat, turbo üçün 300 (üç yüz) manat, remont komplekt praqlatka üçün 180 (yüz səksən) manat, valın salnikləri üçün 82 (səksən iki) manat, qayış və paçelniklər üçün 160 (yüz altmış) manat, farşunkalar üçün 710 (yeddi yüz on) manat, porşen üçün 530 (beş yüz otuz) manat, kolça üçün 220 (iki yüz iyirmi) manat, kladiş üçün 230 (iki yüz otuz) manat, qlapan salniki üçün 140 (yüz qırx) manat, talkateilər üçün 370 (üç yüz yetmiş) manat, plastik boru üçün 120 (yüz iyirmi) manat, yanacaq nasosu üçün 860 (səkkiz yüz altmış) manat, qalofqa üçün 750 (yeddi yüz əlli) manat, pompa üçün 200 (iki yüz) manat, 40 manat dəyərində motortəmizləyici, qermetik, rastvolitel və efemes təmizləyici olmaqla cəmi 5042 (beş min qırx iki) manat pulu, avtomobilin ehtiyyat hissələrini geri qaytarılmasını və iş üzrə ödəmiş olduğu 72 (yetmiş iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 02 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçının və cavabdehin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 02 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı 02 may 2024-cü il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialına 23 oktyabr 2023-cü il tarixli, 893 nömrəli qəbzlə ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu X3 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı X4 tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialına 23 oktyabr 2023-cü il tarixli, 893 nömrəli qəbzlə ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu X3 geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-78/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-78/2024
02.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver