Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-783/2024 27.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtoqəza hadisəsi nəticəsində vurulmuş maddi zərərin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı avtoqəza hadisəsi nəticəsində vurulmuş maddi zərərin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomaşına dəymiş maddi zərərə və çəkilmiş xərcə görə 2630 (iki min altı yüz otuz) manat, vəkil xərcinə görə 250 (iki yüz əlli) manat müqavilə haqqı və 20 (iyirmi) manat marka pulu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə 2948 (iki min doqquz yüz qırx səkkiz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 08 mart 2024-cü il tarixdə, saat 17:50-də hazırkı mülki mübahisə üzrə cavabdeh-sürücü Cavabdeh idarə etdiyi özünə məxsus “VAZ 2106” minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, Topçubaşov küçəsində avtomobillər arasındakı məsafəni gözləmədən yol ayrıcında sola dönəcəyi zaman onun idarə etdiyi və özünə məxsus “Hyundai Avante” minik markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşının arxa hissəsinə maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmişdir. Belə olan halda Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Naxçıvan şəhər Polis İdarəsinin X10i bölməsi tərəfindən ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında ******* nömrəli qərar qəbul edilməklə (nəqliyyat vasitəsi idarə edərkən ara məsafəsi qaydalarının pozulması) tələblərini pozduğundan 40 manat məbləğində cərimə edilmişdir. Sözügedən hadisə nəticəsində onun idarə etdiyi özünə məxsus “Hyundai Avante” minik markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşın yararsız vəziyyətə düşmüş və nəticədə avtomobilə maddi zərər vurulmuşdur. Onun idarə etdiyi özünə məxsus “Hyundai Avante” minik markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşına dəyən maddi ziyanın və həmçinin təmiri üçün usta pulunun hesablanması ilə birlikdə usta X7 tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli 411571 nömrəli mədaxil qəbzi əsasında 2 ədəd krlo panel 850 manat, 3 ədəd stoplar 330 manat, 1 ədəd kapot 430 manat, 1 bufer 390 manat, 411572 nömrəli mədaxil qəbzi əsasında 1 ədəd salosko 30 manat, 1 ədəd radar 80 manat, 1 kopot rezini 60 manat, 1 ədəd kopot petlesi 40 manat, 411573 nömrəli mədaxil qəbzi əsasında 1 ədəd çxol 110 manat, 1 ədəd panelin kapronu 70 manat, krlo zaşitniqi 90 manat, 1 ədəd buferin atrajateli 30 manat, daşınma xərci üçün isə 120 manat, 411574 nömrəli mədaxil qəbzi əsasında isə ümumi əl xərci usta və Cavabdeh arasında razılığa gələrək 2500 manat təşkil etmişdir. Həmin əl xərci hesablanan zaman onun heç bir şəkildə iştirakı və müdaxiləsi olmamışdır və 2500 manat əl xərci sadəcə olaraq usta və Cavabdeh arasında olan razılaşmanı əks etdirir. Ümumilikdə, ümumi məbləğ 5130 (beş min yüz otuz) manat təşkil etmişdir. Həmin puldan cavabdeh 2500 manat məbləğini usta X4 ödəniş edərək qalan məbləği bu günədək ödəməmişdir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi sığorta olunmadığından dəymiş zərər sığorta təşkilatı tərəfindən qarşılanmamışdır. Bundan əlavə olaraq ona məxsus “Hyundai Avante” minik markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşını cavabdehin üzərinə düşən öhdəliyə əməl etməməsi səbəbindən 1 (bir) ay müddətində istifadəyə yararsız olduğundan istifadə edə bilməmişdir. O ailə başçısı olduğundan maşın daima ona lazım olur. Maşın olmadan çox əziyyət çəkir. Buna görə də dəymiş zərərin və çəkdiyi xərcin cavabdeh tərəfindən ödənilməmiş 2630 (iki min altı yüz otuz) manat məbləği ödəməsini istəyir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində, yəni törətdiyi qanun pozuntusu nəticəsində avtomaşınına dəymiş maddi zərər tam ödənilmədiyi üçün avtomaşının təmiri ilə bağlı zərər nəinki ödənilməmiş, hətta cavabdeh tərəfindən saymazyanalıq nümayiş etdirməklə, bu günədək vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı qətiyyən maraqlanmamışdır. Ona avtomaşına dəymiş zərərin ödənilməsi və təmiri ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh bu günədək yalnız qismən ödəniş etmişdir. Hər dəfəsində də heç nə ödəməyəcəyini və ona hədə-qorxu gələrək hara istəyirsə gedib şikayət etməyini ona bildirmişdir. Həmçinin o bu mülki mübahisə ilə bağlı 250 (iki yüz əlli) manat müqavilə haqqı və 20 (iyirmi) manat marka pulu üçün ödəniş edərək vəkil tutmuşdur. Həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını da istəyir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 2630 (iki min altı yüz otuz) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 270 (iki yüz yetmiş) manat və 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə 2948 (iki min doqquz yüz qırx səkkiz) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. 27 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini istədiyini, 5130 manat xərc çəkdiyini, cavabdehin həmin puldan 2500 manat ödədiyini, qalan pulu ödəmədiyini, cavabdehin ödəmək üçün 2 aydır heç bir hərəkət etmədiyini, pulu özünün ustaya ödədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsində qeyd etdikləri kimi baş vermiş hadisə nəticəsində iddiaçının nəqliyyat vasitəsinə 5130 manat miqdarında zərər vurulduğunu, cavabdehin avtomobili sığorta olunmadığı üçün sığorta tərəfindən qarşılanmadığını, həmin pulun 2500 manatının cavabdeh tərəfindən ödənildiyini, qalanının isə ödənilmədiyini, yol-nəqliyyat hadisəsinin səbəbkarının cavabdeh olduğunu, inzibati qaydada məsuliyyətə cəlb edildiyini, qalan pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında iddiaçıya vurduğu ziyanı qəbul etdiyini, ziyanın məbləği ilə razı olduğunu, ustayla özünün danışdığını, ustanın 2500 manat əl xərci istədiyini, vurduğu ziyandan 2500 manat pulu ödədiyini, qalan 2630 manat pul ödəməli olduğunu qəbul etdiyini, ancaq həmin pulu bir dəfəyə ödəməyə imkanı olmadığını, ayda 50-100 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 08 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törədilmişdir. İş materiallarına əlavə edilmiş 08 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Əsgərov X5 Şəhər Polis İdarəsinə 28 fevral 2024-cü il tarixdə verdiyi izahatında Naxçıvan şəhər Topçubaşov küçəsində idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola döndüyü zaman **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu arxadan vurduğunu, nəticədə hər iki avtomobilə ziyan dəydiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X10 QİTBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Avante” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Naxçıvan şəhəri, Hacıniyyət kəndində qeydiyyatda olan İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Kənoyev X3 Şəhər Polis İdarəsinə 28 fevral 2024-cü il tarixdə verdiyi izahatında Naxçıvan şəhər Topçubaşov küçəsində idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili sola dönərkən arxadan vurduğunu, nəticədə hər iki avtomobilə ziyan dəydiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X10 QİTBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Kəngərli rayonu, Təzəkənd kəndində qeydiyyatda olan X2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 411571 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, 2 ədəd krlo panel 850 manat, 3 ədəd stoplar 330 manat, 1 ədəd kapot 430 manat və 1 bufer 390 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 411572 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, 1 ədəd salosko 30 manat, 1 ədəd radar 80 manat, 1 kopot rezini 60 manat və 1 ədəd kopot petlesi 40 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 411573 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, 1 ədəd çxol 110 manat, 1 ədəd panelin kapronu 70 manat, krlo zaşitniqi 90 manat, 1 ədəd buferin atrajateli 30 manat, daşınma xərci isə 120 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 411574 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, ümumi əl xərci 2500 (iki min beş yüz) manat təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Hyundai Avante” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5130 (beş min yüz otuz) manat ziyan vurulması, həmin ziyanın 2500 (iki min beş yüz) manat hissəsini iddiaçıya ödəməsi, qalan 2630 (iki min altı yüz otuz) manat pulu isə ödəməməsi cavabdehin özünün məhkəmədə verdiyi izahatı və iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan tam olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, 2630 (iki min altı yüz otuz) manat maddi zərər məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçının digər tələbi isə vəkil üçün ödənilmiş 250 (iki yüz əlli) manat hüquqi yardım xərcinin və ödənilmiş 20 (iyirmi) manat marka pulunun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqı və 20 (iyirmi) manat məbləğində marka pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -2630 (iki min altı yüz otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqının və 20 (iyirmi) manat məbləğində marka pulunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 2630 (iki min altı yüz otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqının və 20 (iyirmi) manat məbləğində marka pulunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-783/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-783/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver