Məhkəmə qərarları › İş №2(078)-79/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-79/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-79/2021 12.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7243.94 (yeddi min iki yüz qırx üç manat doxsan dörd qəpik) manat əsas borc, 606.43 (altı yüz altı manat qırx üç qəpik) manat faiz borcu və 53.57 (əlli üç manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7903.94 (yeddi min doqquz yüz üç manat doxsan dörd qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin şərtinə əsasən ona 36 ay müddətinə, illik 22 % ödəmək şərtilə 8500 manat məbləğində kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və nəticədə xx.xx.2020-ci il tarixədək banka 7243.94 (yeddi min iki yüz qırx üç manat doxsan dörd qəpik) manat əsas borc, 606.43 (altı yüz altı manat qırx üç qəpik) manat faiz borcu və 53.57 (əlli üç manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7903.94 (yeddi min doqquz yüz üç manat doxsan dörd qəpik) manat borcu mövcuddur. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7243.94 (yeddi min iki yüz qırx üç manat doxsan dörd qəpik) manat əsas borc, 606.43 (altı yüz altı manat qırx üç qəpik) manat faiz borcu və 53.57 (əlli üç manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7903.94 (yeddi min doqquz yüz üç manat doxsan dörd qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi İ.Hacıyev məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2020-ci il tarixdə teleqram göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, xx.xx.2020-ci il tarixdə saat 15:00-a təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixdə bağlanmış 3-Y-1- 0-1098-19 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilatla borclu Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 2-ci bəndinə əsasən Bank borcalana 36 ay müddətinə, illik 22 % ödəmək şərtilə 8500 manat məbləğində kredit vermişdir. xx xxxx 2019-cu il tarixli 3-Y-1-0-1098-19 nömrəli Kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, tərəflər Kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə Banka ödənilməmiş 7243.94 (yeddi min iki yüz qırx üç manat doxsan dörd qəpik) manat əsas borc, 606.43 (altı yüz altı manat qırx üç qəpik) manat faiz borcu və 53.57 (əlli üç manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7903.94 (yeddi min doqquz yüz üç manat doxsan dörd qəpik) manat borcu mövcuddur. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Babayev X1 şəhəri, Babək 11/67 ünvanında qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-881/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxxxx 2021-ci il tarixli, 03 nömrəli ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə Cavabdeh iddiaçı təşkilata 7239.90 manat əsas, 606.14 manat faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi və Bank tərəfindən müəyyən edilən hesabdan çıxarışı müqayisəli təhlil edib hesab edir ki, maliyyə arayışı və hesabdan çıxarış əsas götürülməklə iddia tam təmin edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 3-Y-1- 0-1098-19 nömrəli Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 7243.94 (yeddi min iki yüz qırx üç manat doxsan dörd qəpik) manat əsas borc, 606.43 (altı yüz altı manat qırx üç qəpik) manat faiz borcu və 53.57 (əlli üç manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 7903.94 (yeddi min doqquz yüz üç manat doxsan dörd qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 3-Y-1-0-1098-19 nömrəli Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7243.94 (yeddi min iki yüz qırx üç manat doxsan dörd qəpik) manat əsas borc, 606.43 (altı yüz altı manat qırx üç qəpik) manat faiz borcu və 53.57 (əlli üç manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 7903.94 (yeddi min doqquz yüz üç manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar