Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-791/2023 16.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsini icraata qəbul etməkdən imtina haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona uşaqları ilə birlikdə keçmiş əri Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(078)-1012/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ona görə də iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ona uşaqları ilə birlikdə keçmiş əri Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(078)-1012/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin mülki iş üzrə mübahisənin tərəfi və əsasları ilə hazırki iddia ərizəsində göstərilən tərəflər və əsaslar eynidir. Məhkəmə qeyd edir ki, mövcud qətnamə üzrə eyni tələbə və eyni əsasa baxılmışdır. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin iddia ərizəsi verilərkən dövlət rüsumu ödənilməsini təqdim edən qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul etməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya rəsmi qaydada göndərilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-791/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-791/2023
16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver