Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-797/2021 19.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 2013-cü il tarixdə Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işləyərkən bir-birlərini tanımışlar. Tanış olduqdan sonra aralarında xoş münasibət və bir-birlərinə etibar yaranmışdır. 2018-ci ilin iyun ayı idi, cavabdeh qızına toy eləmək istədiyini bildirib, iddiaçıdan 6000 (altı min) manat borc pul istəyib və deyib ki, toyda yığılacaq puldan borcu qaytaracaqdır. Bir-birlərinə etibar etdiklərindən cavabdeh borcu yazılı şəkildə rəsmiləşdirməyə ehtiyac olmadığını bildirmiş və eyni zamanda yazılı borc müqaviləsinin bağlanmasına ehtiyac olmamasının digər səbəbi kimi borcu toydan dərhal sonra qaytaracağını demişdir. İddiaçı da Cavabdeh borcu toydan dərhal sonra qaytaracağı ilə bağlı vədinə inanıb ona 6000 (altı min) manat borc vermişdir. Lakin cavabdeh toydan sonra borcu qaytarmamış və borcu qaytarmamasının səbəbi kimi bəhanələr uydurub iddiaçını borcu qaytaracağına yenə də inandırmış və qısa müddətdə evi satıb borcu birdəfəyə tam qaytaracağına söz verib. Üstəlik 2020-ci ilin dekabr ayında iddiaçıdan bir dəfə 500 (beş yüz) manat, bir dəfə də 300 (üç yüz) manat əlavə borc almışdır. Cavabdeh evini də satmış, lakin borcu yenə də qaytarmamışdır və yenə də borcu qaytarmamasının səbəbi kimi müxtəlif bəhanələr uydurmağa başladı. Cavabdehlə aralarında borc müqaviləsi yazılı şəkildə bağlanmasa da cavabdeh iddiaçıdan borc almasını və iddiaçıya pul borcu olmasını inkar etmir və onunla apardığı telefon danışıqları zamanı qeyd etdiyi audio yazılar da cavabdeh iddiaçıya pul borcunun olmasını etiraf etməklə, onu qaytaracağına söz verir, lakin verdiyi sözə bu günədək əməl etməmiş və borcu qaytarmadan yayınmaqda davam etməkdədir. İddiaçı uzun müddətdir ki, borcun qaytarılmasını tələb edir. Lakin artıq cavabdehin iddiaçıya olan 6800 (altı min səkkiz yüz) manat borcunu könüllü şəkildə qaytaracağını ümid etməyə inam qalmadığından ondan borcun məhkəmə qaydasında alınması üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında izahat verən iş üzrə İddiaçı izahatında Cavabdeh ilə 2013-cü il tarixdə Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işləyərkən bir-birlərini tanıdıqlarını, 2018-ci ilin iyun ayında Süleymanın qızına toy eləmək istədiyini bildirdiyini, ondan 6000 (altı min) manat borc pul istədiyini və toyda yığılacaq puldan borcu qaytaracağını dediyini, ona etibar etdiyindən yazılı şəkildə rəsmiləşdirməyə ehtiyac olmadığını bildirdiyini, Cavabdeh borcu toydan dərhal sonra qaytaracağı ilə bağlı vədinə inanıb ona 6000 (altı min) manat borc verdiyini, lakin cavabdehin toydan sonra borcu qaytarmadığını, onun qısa müddətdə evi satıb borcu birdəfəyə tam qaytaracağına söz verdiyini, üstəlik 2020-ci ilin dekabr ayında ondan bir dəfə 500 (beş yüz) manat, bir dəfə də 300 (üç yüz) manat əlavə borc aldığını, cavabdehin ümumilikdə ona 6800 (altı min səkkiz yüz) manat məbləğində borcu olduğunu, cavabdehin evini satıb onun pulunu verəcəyini dediyini, cavabdehin evini də satdığını, lakin borcu yenə də qaytarmadığını, yenə də borcu qaytarmamasının səbəbi kimi müxtəlif bəhanələr uydurmağa başladığını, cavabdehlə aralarında borc müqaviləsi yazılı şəkildə bağlanmasa da cavabdehin ondan borc almasını və ona pul borcu olmasını inkar etmədiyini, uzun müddətdir ki, borcun qaytarılmasını tələb etdiyini, lakin artıq cavabdehin ona olan 6800 (altı min səkkiz yüz) manat borcunu könüllü şəkildə qaytaracağını ümid etməyə inam qalmadığından ondan borcun məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, özünün də pula ehtiyacı olduğunu, iddiaçıya verdiyi pulu özünün də başqa bir neçə nəfərdən borc olaraq alıb verdiyini, cavabdehə pu verərkən aralarında faiz ödənilməsi ilə bağlı razılaşma olmadığını, özünün ümumiyyətlət heç kəsə faizlə pul vermədiyini, cavabdehin bu barədə qeyd etdiklərinin yalan olduğunu, cavabdehin ona faiz ödəmədiyini, cavabdehin ona 7500 (yeddi min beş yüz) manat məbləğində faiz ödəməsi barədə qeyd etdiklərinin tamamilə yalan olduğunu, cavabdehə verdiyi borcun qaytarılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında izahat verən iş üzrə Cavabdeh izahatında "xxxx" MMC-də işlədiyini, Əliəddinlə iş yoldaşı olduğunu, evini təmir edib qızına toy edəcəyini, bunun üçün Əliəddindən borc istədiyini, Əliəddinin ilk əvvəl ona 4000 (dörd min) manat pul verdiyini, pulu hər ay əlavə 10 faiz ödəmək şərtilə verdiyini,Əliəddinin pulun özünün deyil, Həsən adlı şəxsin olduğunu bildirdiyini, 1 il 3 ay sonra iş yerini bağladıqlarını, işdən çıxana qədər Əliəddindən 6000 manat borc aldığını, əlavə olaraq ondan 300 (üç yüz) və 500 (beş yüz) manat da borc aldığını, müxtəlif vaxtlarda Əliəddindən aldığı borcun 6800 (altı min səkkiz yüz) manat olduğunu, həqiqətən də Əliəddindən 6800 (altı min səkkiz yüz) manat borc aldığını, borcunu inkar etmədiyini, amma həmin borc üçün 7500 (yeddi min beş yüz) manatdan artıq faiz ödədiyini, əsas borcdan isə ona qaytarmadığını, Əliəddinin ondan hər 1000 manata görə aylıq 100 manat faiz aldığını, ümumilikdə ona hər ay 500 manat pul verdiyini, Əliəddinin həmin 500 manat pulu faizə hesabladığını, əsas borcunun isə olduğu kimi qaldığını, hətta Əliəddindən faizlə pul alıb başqalarına da verdiyini, bir gün Əliəddinin ona sənin borcun 10000 (on min) manat olub dediyini, pulu başqasından götürüb verdiyini dediyini, sən də sonra həmin pulu mənə ödəyərsən dediyini, özünün bunu qəbul etmədiyini, sonra onu polisə şikayət etdiyini, hətta polisin yanında ona sələmə pul verdiyini qəbul etdiyini, bu qədər faiz məbləği ödədiyi halda cavabdehə borc qaytarmalı olmadığını, çünki onun verdiyi puldan çox pul qaytardığını, Əliəddinin onu borca salıb evini satdırdığını, hətta Əliəddinin onu təhdid edərək əgər onun borcunu ödəməsə qızının evindəki cehizlərini borcuna qarşılıq götürəcəyini dediyini, hazırda həyat yoldaşının xəstə olduğunu, onun müalicəsi üçün 30000 (otuz min) manat pul lazım olduğunu, Əliəddinə faiz kimi ödədiyi 7500 (yeddi min beş yüz) manatdan artıq pul ödəməyə imkanı olmadığını, ödədiyi faiz məbləğinin əsas borcundan çox olduğunu, iddiaçının bundan artıq nə istədiyini bilmədiyini bildirərək qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində Süleymanın oğlunun dostu olduğunu, 2017-ci ildə oğlunun avtomobil qəzası törətdiyini, Süleymanın tanıdığı biri olduğunu və faizlə pul verdiyini dediyini, Süleymanla pulu götürməyə getdiklərini, özünün maşında oturduğunu, Süleymanın gedib pulu alıb ona gətirdiyini, həmin vaxt Süleymanın pul götürdüyü şəxsin Əliəddin olduğunu, Süleymanın vasitəçiliyi ilə ondan 2 dəfə 2500 (iki min beş yüz) manat, 2 dəfə də 1000 (bir min) manat olmaqla faizlə ödəmək şərtilə pul götürdüyünü, hətta bacısının oğlu Elçinin də ondan faizlə ödəmək şərtilə pul götürdüyünü bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçının, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında hazırda cavabdeh Süleymanın ona ümumilikdə 6800 (altı min səkkiz yüz) manat borcu olduğunu, cavabdehin borcu qaytarmadığını bildirmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh verdiyi izahatında həqiqətən də Əliəddindən 6800 (altı min səkkiz yüz) manat borc aldığını, borcunu inkar etmədiyini, amma həmin borc üçün 7500 (yeddi min beş yüz) manatdan artıq faiz ödədiyini, əsas borcdan isə ona qaytarmadığını, ödədiyi faiz məbləğinin əsas borcundan çox olduğunu, buna görə də cavabdehə borc qaytarmalı olmadığını bildirmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də 6800 (altı min səkkiz yüz) manat borc aldığını inkar etmir. Cavabdeh həmçinin borc aldığı 6800 (altı min səkkiz yüz) manat üçün 7500 (yeddi min beş yüz) manatdan artıq faiz ödədiyini, buna görə də cavabdehə borc qaytarmalı olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə cavabdehin verdiyi izahatında iş üzrə İddiaçı 6800 (altı min səkkiz yüz) manat borclu olduğunu və əsas borcu qaytarmadığını etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Borc məbləğinin qaytarılmadığını cavabdehin özü təsdiq etdiyindən məhkəmə mövcud borca münasibətdə tələbin təmin edilməsini qanuni və əsaslı hesab edir. Cavabdeh izahatında iddiaçıya borc aldığı 6800 (altı min səkkiz yüz) manat üçün 7500 (yeddi min beş yüz) manatdan artıq faiz ödədiyini, buna görə də cavabdehə borc qaytarmalı olmadığını, borc alarkən faizlə razılaşdıqlarını qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı isə bu halları izahatında inkar etmişdir. Cavabdehin vəsatəti əsasında məhkəmədə dindirilən şahid də borcun qaytarılmasını və ya 7500 (yeddi min beş yüz) manat məbləğində faiz qaytarılmasını təsdiq etməmişdir. Məhkəmə cavabdehin özünün əsas borc olan 6800 (altı min səkkiz yüz) manatı qaytarmamasını, həmin borca görə iddiaçıya 7500 (yeddi min beş yüz) manatdan artıq faiz ödədiyini, buna görə də cavabdehə borc qaytarmalı olmadığını bildirməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 6800 (altı min səkkiz yüz) manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Həmçinin məhkəmə cavabdehin diqqətinə çatdırır ki, iddiaçı ilə faiz ödənilməsi şərti ilə razılaşması, ona 7500 (yeddi min beş yüz) manat məbləğində faiz ödəməsi sübuta yetirilmiş olsa belə cavabdehi 6800 (altı min səkkiz yüz) manat məbləğində olan borcu qaytarmaq vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi səs yazısını özündə əks etdirən CD-ni sübut kimi qiymətləndirmir. Belə ki, iddiaçının təqdim etdiyi səs yazısını özündə əks etdirən CD telefon danışığından çıxarış hesab edilir və həmin səs yazısı qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmədiyindən, onun hər hansı faktın təsdiqi üçün əhəmiyyəti yoxdur. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, verilmiş borcun sübutu üçün məhkəməyə təqdim olunmuş səs yazısı nəzərə alınmadan da cavabdehin etirafı nəzərə alınmaqla iddiaçı tərəfindən cavabdehə 6800 (altı min səkkiz yüz) manat borc pulun verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları, cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı ümumilikdə 6800 (altı min səkkiz yüz) manat məbləğində borc pulu iş üzrə Cavabdeh verməklə üzərinə götürdüyü öhdəliyə əməl etmiş, lakin ikinci tərəf olaraq iş üzrə Cavabdeh götürdüyü öhdəliyi pozaraq iddiaçıya olan borcunu geri qaytarmamışdır, buna görə də iddia tələbi əsaslı sayılmalı və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -6800 (altı min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 6800 (altı min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-797/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-797/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver