Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-8/2021 09.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1n və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3000 (üç min) manat, faiz borcu üzrə 1029 (bir min iyirmi doqquz) manat, cərimə borcuna görə 72.72 (yetmiş iki manat yetmiş iki qəpik) manat olmaqla cəmi 4101.72 (dörd min bir yüz bir manat yetmiş iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli **********2167 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 29 % olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq digər Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli **********2***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 169 (bir yüz altmış doqquz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin hazırda cavabdehlər “Ödəniş cədvəlin”nə uyğun olaraq ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə Cavabdeh1 ilə “FİNCA Azerbaijan” MM QBKT arasında bağlanılmış xx.xx.2019-cu il tarixli **********2167 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə Banka əsas borc üzrə 3000 (üç min) manat, faiz borcu üzrə 1029 (bir min iyirmi doqquz) manat, cərimə borcuna görə 72.72 (yetmiş iki manat yetmiş iki qəpik) manat olmaqla cəmi 4101.72 (dörd min bir yüz bir manat yetmiş iki qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsndə müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi R.Heydərov məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2021-ci il tarixli teleqram göndərmiş, teleqramda xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş iş üzrə Cavabdeh2 məhkəməyə verdiyi izahatında həqiqətən iddiaçı təşkilatla digər Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli **********2167 saylı Kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən bank tərəfindən Şəhlaya 24 ay müddətinə, illik 29 % olmaqla 3000 (üç min) manat məbləğində kredit verildiyini, onun götürülmüş pulla ümumiyyətlə əlaqəsinin olmadığını, sadəcə olaraq zamin olduğunu, buna görə də onun cavabdeh kimi məhkəməyə verilməsini qəbul etmədiyini, borcun Şəhladan tutulmalı olduğunu bildirib, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, lakin o, məhkəmənin ünvanına xx xxxxxx 2021-ci il tarixdə ərizə göndərmiş, ərizə xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh1 ərizəsində xx xxxxxx 2019-cu il tarixdə parfumeriya mağazasında satıcı işlədiyi dövrdə mağazanın sahibkarı Babək rayon Şəkərabad kənd sakini X1 onu və qardaşını aldatdığını, belə ki, qardaşının adına “xxxx” ASC-dən 4000 manat kredit və onun adına isə həqiqətən də iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-dən 3000 manat kredit götürdüyünü, kredit götürülərkən ona kreditlə mağazaya mal alınacağı və götürülmüş kreditin qarşılığında isə əmək haqqınını artıracağı barədə vəd verdiyini, lakin bunun yalan olduğunu qısa müddət sonra bildiyini, belə ki, aylıq kredit ödəmək vaxtı çatanda onu işdən çıxardığını, ona “ağlının var idi krediti götürüb mənə verməzdiz” dediyini, elə bu səbəbdən də kreditin ödənilmədiyini, özünün X2 qarşı 2020-ci ilin yanvar ayının 13-də Babək Rayon Məhkəməsində iddia qaldırdığını, məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Z.Zeynalov bankın borcunu ödəyə bilməsi üçün götürdüyü pulu ona qaytarmalı olduğunu, hazırda mübahisələrinə apellyasiya instansiya məhkəməsində baxıldığını, özünün beş aydır ailə qurduğunu, hamilə olduğunu və həyat yoldaşının onun məhkəməyə gəlməsinə icazə vermədiyini, heç bir yerdə işləmədiyini, Bankdan kredit götürdüyü müddətdə ona zamin duran adamı tanımadığını, zaminin onu aldadan X1 qardaşının həyat yoldaşı Cavabdeh2 olduğunu, məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını və Cavabdeh1 ərizısini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli **********2167 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə “FİNCA Azerbaijan” MM QBKT arasında xx.xx.2019-cu il tarixli **********2167 saylı kredit müqaviləsi bağlanılmış, bu müqavilə əsasında bank tərəfindən borcluya 24 ay müddətinə, illik 29 % olmaqla 3000 manat məbləğində kredit verilmiş və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər **********2167 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 169 (bir yüz altmış doqquz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********2***-******* saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq iddiaçı təşkilatla digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “FİNCA Azerbaijan” MM QBKT tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışından belə müəyyən olunur ki, Cavabdeh1 ilə “FİNCA Azerbaijan” MM QBKT arasında bağlanılmış xx.xx.2019-cu il tarixli **********2167 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə cavabdehin “FİNCA Azerbaijan” MM QBKT-yə əsas borc üzrə 3000 (üç min) manat, faiz borcu üzrə 1029 (bir min iyirmi doqquz) manat, cərimə borcuna görə 72.72 (yetmiş iki manat yetmiş iki qəpik) manat olmaqla cəmi 4101.72 (dörd min bir yüz bir manat yetmiş iki qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında, Babək RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh2 Babək rayon Şəkərabad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği cavabdeh X3 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(078)-343/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxxxx 2020-ci il tarixli, 169/20 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli **********2167 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nə xx xxxxxx 2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan əsas borcu 3000 (üç min) manat, faiz borcu üzrə 246.50 (iki yüz qırx altı manat əlli qəpik) manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizada ekspert qarşısına qoyulan suallardan cərimə borcunun hesablanmasına münasibətdə hesablanmamışdır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini qarşılıqlı şəkildə tədqiq edib hesab edir ki, əsas borc məbləğinə münasibətdə iddia ərizəsi, maliyyə arayışı və ekspert rəyləri eyniyyət təşkil etdiyindən əsas borc məbləği 3000 (üç min) manat müəyyən olunmalı, faiz borcuna münasibətdə isə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 169/20 nömrəli ekspert rəyinə əsaslanmalıdır. Məhkəmə faiz borcuna münasibətdə ekspert rəyini sübut kimi qiymətləndirir və hesab edir ki, faiz borcunun hesablanmasında rəy əsas götürülməli və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsinə dair hissədə də təmin edilməsi nəticəsinə gəlir və gəlldiyi nəticənin onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənaüblü şəkildə kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. İşin yuxarıda şərh olunmuş hallarından göründüyü kimi dəbbə pulunun (cərimənin) hesablanması tərəflər arasında bağlanmış müqaviləsi əsasında müəyyənləşdirmiş və iddiaçının tələb etdiyi cərimənin məbləği 72.72 (yetmiş iki manat yetmiş iki qəpik) nəzərdə tutulduğundan məhkəmə həmin hesablama üzrə çıxarılmış maliyyə arayışını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə müəyyənləşdirilmiş cərimə borcu verilmiş kredit borcuna mütənasib hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı əsas borcun və faiz borcun ödənilməsi ilə yanaşı cərimə borcunun ödənilməsini də tələb etsə də iddia tələbi əsas və cərimə borcunun hesablanmasına münasibətdə təmin edilməli, faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 (üç min) manat əsas və 246.50 (iki yüz qırx altı manat əlli qəpik) manat faiz borcu və 72.72 (yetmiş iki manat yetmiş iki qəpik) cərimə borcu olmaqla ümumilikdə 3319.22 (üç min üç yüz on doqquz manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Dövlət Xəzinədarlığı Agentliyinə xx.xx.2018-ci il tarixli, 005BUDG182980195 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 24.28 (iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 (üç min) manat əsas və 246.50 (iki yüz qırx altı manat əlli qəpik) manat faiz borcu və 72.72 (yetmiş iki manat yetmiş iki qəpik) cərimə borcu olmaqla ümumilikdə 3319.22 (üç min üç yüz on doqquz manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Dövlət Xəzinədarlığı Agentliyinə xx.xx.2018-ci il tarixli, 005BUDG182980195 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 24.28 (iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-8/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-8/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver