Məhkəmə qərarları › İş №2(078)-8/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-8/2025

06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-8/2025 06.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına maneənin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu ildə ünvan 1 ünvanında yerləşən yaşayış evinə gediş-gəliş yolu müəyyən olunmaqla, Cavabdeh2 və Cavabdeh1 tərəfindən gediş-gəliş yoluna olunan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 2019-cu ildə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında almışdır. Qonşusu Cavabdeh1 evi ilə onun evi arasındakı məsafə 3.20 kvadratmetr olmuşdur. İndi Cavabdeh1 evi Cavabdeh2 satır. Nəriman əvvəlki hasarı söküb yeni hasar tikir. Yeni tikilən hasar onunla bərabər digər qonşusu X2 da gediş-gəliş yolunu bağlayır. Nəriman deyir ki, “mənim hasar tikdiyim yerə qədər olan ərazi mənim öz mülkiyyətimdədir”. Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin onlara verdiyi Texniki pasportdan da görünür ki, Nərimanın hasar tikdiyi ərazi onun gediş-gəliş yolu ilə üst-üstə düşür. O bu günkü günə kimi həmin ümumi gediş-gəliş yolundan maneəsiz istifadə etmişdir. Bu günə kimi torpaq sahibinin əvvəlki sahib ilə arasında yol ilə bağlı heç bir mübahisə olmamışdır. Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq o və onunla bərabər qonşusu Ç.Şıxkərimov mülkiyyətlərinə sərbəst gedib-gələ bilmirlər. Onun evinə gedib gəlmək üçün başqa gedişgəliş yolu yoxdur. Cavabdeh2 09 oktyabr 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına maneənin aradan qaldırılması tələbi ilə bağlı aşağıdakıları bildirir. Naxçıvan şəhəri, 9-cu küçə, 2/32 ünvanında yerləşən torpaq sahəsini Naxçıvan “Asan xidmət” mərkəzində notariat ofisinin 11 avqust 2023-cü il tarixli 4Ə-595 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satın almışdır. Mülkiyyətində olan torpaq sahəsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Torpaq Komitəsi tərəfindən 29 avqust 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16/23 nömrəli reyestr kitabının 4394 nömrəli vərəqində onun adına qeydiyyata alınmışdır. İddiaçı məxsus yaşayış evi 2018-ci ildə tikilmişdir. Həmin ev tikilərkən yol dar olduğundan evin həmin vaxtki sahibi yük maşınları keçə bilmədiyinə görə torpağı satın aldığı Cavabdeh1 məxsus torpaq sahəsinin kənarındakı setka çəpəri Cavabdeh1 razılığı ilə götürərək evlərin tikilməsi zamanı maşınların keçməsinə şərait yaratmışdır. Həmin vaxtdan sonra hazırda mülkiyyətində olan torpaq sahəsi bu vəziyyətdə qalmışdır. Sonra evi tikən şəxs 2019-cu ildə həmin evi İddiaçı satmışdır. 2023-cü ilin avqust ayında həmin torpaq sahəsini Cavabdeh1 satın almışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş torpaq sahəsinin planına baxdıqda aydın olur ki, mülkiyyətində olan torpaq sahəsində yol qeydiyyata alınmamışdır. Hazırda həmin torpaq sahəsi onun mülkiyyətində olduğundan həmin ərazinin yol kimi istifadə olunmasına razılıq vermir. Sözügedən ərazidə gediş-gəliş yolu var. Həmin hissədən ictimai yola, elektrik, qaz və su xətləri də keçir, iddiaçı sadəcə olaraq yolun geniş olmasını tələb etdiyi üçün məhkəmədə bununla əlaqədar iddia qaldırıb. İddiaçı yaşadıqları küçəyə köçməmişdən əvvəl də həmin gediş-gəliş yolu hazırki vəziyyətdə olub, iddiaçının yaşadığı ev tikilərkən hazırda mülkiyyətində olan torpaq sahəsinin hasarı sökülmüşdür. Bunu həmin ərazidə yaşayan insanlar da təsdiq edə bilər. Həmçinin İddiaçı həyətinin önündə düzəltdiyi navesin dəmiri hazırda onun torpaq sahəsinin ərazisinə düşür və bu barədə torpaq sahəsini aldığı Cavabdeh1 naves tikilən vaxt İddiaçı məlumat verib, onun torpaq sahəsinə girdiyini bildirsə də, o buna məhəl qoymayıb, yenə də navesinin dəmirini onun torpaq sahəsinə düşəcək qaydada qoymuşdur. Sözügedən torpaq sahəsi rəsmi qaydada onun mülkiyyətinə keçdiyi gün torpağı satın aldığı qonşusu Cavabdeh1 tərəfindən həmin torpaq sahəsi ip çəkilməsi vasitəsilə yoldan ayrılmış, bunu görən İddiaçı və onun arvadı küçəyə çıxaraq onların yolunu daraltdıqlarını bildirib ona və Cavabdeh1 qarşı nalayiq ifadələr işlətmişdirlər. Həmçinin həmin vaxt İddiaçı Torpaq Komitəsindən tanımadığı bir şəxsi gətirmiş, həmin şəxs də torpağın sənədinə baxdıqdan sonra hər şeyin qanuna uyğun olduğunu bildirmişdir. Eyni zamanda mülkiyyətində olan torpaq sahəsinin mübahisə edilən hissəsi torpaq sahəsinin tək giriş hissəsidir. Həmin hissənin kiməsə tam əvəzi ödənilməklə və ya ödənilməməklə verilməsi gələcəkdə həmin ərazidə ev tikmək istəyinə maneə yaradır və bu da onun hüquqlarını pozur. Həmçinin iddiaçı onun gediş-gəliş yolunun genişləndirilmədiyi halda onun həyətindən keçən kanalizasiyanı kəsəcəyi ilə onları hədələyir. Həmin kanalizasiya xətti 2016-2017-ci illərdə həmin ərazidə yaşayanların şikayəti ilə dövlət tərəfindən çəkilmişdir. İddia ərizəsində qeyd edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsi ilə bağlı onu bildirir ki, həmin maddədə mülkiyyətçinin öz sahəsindən ictimai yola, elektrik, qaz və su xətlərinə keçidi yoxdursa, o halda qonşulardan zəruri keçid tələb edə bilər. Hazırki vəziyyətdə belə bir hal yoxdur. İddiaçının ictimai yola, elektrik, qaz və su xətlərinə keçidi vardır. Həm də iddiaçının maşını belə həmin yoldan keçə bilir. Bir daha qeyd edir ki, hazırda mülkiyyətində olan torpaq sahəsindən yol kimi istifadə olunmasına heç bir şəkildə razılığı yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına maneənin aradan qaldırılması tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 09 oktyabr 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına maneənin aradan qaldırılması tələbi ilə bağlı aşağıdakıları bildirir. Naxçıvan şəhəri, 9-cu küçə, 2/32 ünvanında yerləşən torpaq sahəsi 1997-ci ildən şəxsi mülkiyyətində olmuşdur. Həyətində olan torpaq sahəsinin bir hissəsini Naxçıvan “Asan xidmət” mərkəzində notariat ofisinin 11 avqust 2023-cü il tarixli 4Ə-595 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satmışdır. 2017-2018-ci illərdə İddiaçı yaşadığı evi tikərkən yük maşınlarının həyətə girişi olmadığından həmin evin mülkiyyətçisi Samir adlı şəxs evə gedən yolun genişləndirilməsi üçün bununla əlaqədar iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt məhkəmə prosesinin gedişində də torpaq sahəsindən yolun genişləndirilməsinə etiraz etmişdir. Sonra Samir adlı şəxs məhkəməyə ərizə təqdim edərək evin tikilməsi ilə əlaqədar tikinti müddəti ərzində yolun genişləndirilməsini xahiş etmişdir. Evin tikintisi başa çatdıqdan sonra yolun əvvəlki vəziyyətinə qaytarılması şərti ilə həyətyanı torpaq sahəsini yoldan ayıran setkanın sökülməsinə icazə verdiyini məhkəməyə bildirmişdir. Samir adlı şəxsin məhkəməyə təqdim etdiyi ərizədə bir daha onun bu məsələ bilə bağlı narahat edilməyəcəyini də qeyd edilmişdir. Sonra hazırda İddiaçı və qonşusu X4 məxsus evlər tikilmişdir. 2019-cu ildə həmin evlər Samir tərəfindən İddiaçı və qonşusu X1. Həmin torpaq sahəsini Cavabdeh2 satana qədər həmin divar çəpər götürülmüş vəziyyətdə qalmışdır. Torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilən günün axşamı həmin hissədə torpaq sahəsinin yolla ayrılması üçün iplə sərhəd çəkmişdir. Bu hadisənin səhəri günü İddiaçı və arvadı küçəyə çıxaraq səs-küy salmış, ona və Cavabdeh2 qarşı nalayiq ifadələr işlətmişdir. Bu hadisəyə digər qonşular da şahid olmuşdur. Qeyd edir ki, İddiaçı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən gətirdiyi şəxs də torpaq sahəsinin sənədinə baxdıqdan sonra qanunsuzluq olmadığını bildirmişdir. Onu da qeyd edir ki, 2019-2020-ci illərdə İddiaçı həyətinin qarşısına naves çəkərkən onun həyətyanı torpaq sahəsinə girmişdir. Ona özünün mülkiyyətində olan torpaq sahəsinə girdiyini bildirsə də, bir neçə gün sonra gəlib baxdıqda İddiaçı navesinin dəmirinin onun torpaq sahəsinə girdiyini görmüşdür. Həmçinin İddiaçı onun gediş-gəliş yolunun genişləndirilmədiyi halda onun həyətindən keçən kanalizasiyanı kəsəcəyi ilə onları hədələyir. Həmin kanalizasiya xətti 2016-2017-ci illərdə həmin ərazidə yaşayanların şikayəti ilə dövlət tərəfindən çəkilmişdir. İddia ərizəsində qeyd edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsi ilə bağlı onu bildirir ki, həmin maddədə mülkiyyətçinin öz sahəsindən ictimai yola, elektrik, qaz və su xətlərinə keçidi yoxdursa, o halda qonşulardan zəruri keçid tələb edə bilər. Hazırki vəziyyətdə belə bir hal yoxdur. İddiaçının ictimai yola, elektrik, qaz və su xətlərinə keçidi vardır. Həm də iddiaçının maşını belə həmin yoldan keçə bilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına maneənin aradan qaldırılması tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 04 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında özünün gediş-gəliş yolu olan sahənin öz mülkiyyətləri olduğunu qeyd etdiklərini, 2 metr 40 sm-lik yol qaldığını, onun da gediş-gəliş üçün kifayət etmədiyini, yağış yağanda müəyyən problemlər yarandığını, əlində olan sənəddə qeyd etdikləri yerin onların mülkiyyətində olmadığını, bundan əvvəl problem yarandığını, iradlarını bildirəndən sonra özünün problemi aradan qaldırdığını, ancaq onların onunla razılaşmadıqlarını, cavabdehin özünün torpaq sahəsini aldığı şəxslə problemi olduğunu, bu səbəbdən problemlərin yarandığını, cavabdehin haqlı olduğunu, çünki sənədlərdə göstərilən formada hasar divarının çəkildiyini, gediş-gəliş yolunun ümumi istifadəyə verilmiş yolun başlanğıc sağ tərəfində yerləşən və Cavabdeh2 tərəfindən basdırılmış uzunluğu 3 metr olan 300-lük dəmir borunun çıxarılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə izahatında iddia ərizəsində göstərildiyi kimi iddiaçının gediş-gəliş yolu olan sahənin cavabdehlərin öz mülkiyyətləri olduğunu qeyd etdiklərini, aralarında bununla bağlı mübahisə yarandığını, təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyinin nəzərə alınmasını istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında komitədən səlahiyyətli şəxsləri çağırıb həmin yeri ölçdürən zaman 3 m yolu olduğunun deyildiyini, yəni heç bir problem olmadığını, ancaq buna baxmayaraq iddiaçının bu məsələyə görə onları dəfələrlə təhqir etdiyini, çəkdiyi hasarın iddiaçının gediş-gəliş yoluna heç bir maneçilik törətmədiyini, gediş-gəliş yolunda olan dəmir borunu isə əvvəllər özünün qoyduğunu, onu söküb çıxara biləcəyini, problem olmadığını, lakin iddiaçının da onun həyətinə daxil olan navestini sökməli olduğunu, bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında özünün evi satdığını, onların əlində olan rəsmi sənəddə mülkiyyətçinin Cavabdeh2 olduğunu, ancaq maklerin iddiaçıya saxta kağız verdiyini, iddiaçının da o kağızla hərəkət edib belə iddia irəli sürdüyünü, əvvəllər köhnə mülkiyyətçi ilə də eyni problem yarandığını, məhkəmədə razılaşıb bir də heç bir iddiası olmayacağını deyib ərizəsini geri götürdüyünü bildirmişdir. 27 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən ekspert X5 izahatında texniki pasportda hər bir vətəndaşın ayrıca torpaq sahəsinin göstərildiyini, gediş-gəliş yolunun ümumi istifadədə olduğunu, Daşınmaz Əmlakın əməkdaşları ilə birlikdə də ölçü aparıldığını, texniki pasportda yol göstərilmədiyindən müəyyən etməyin mümkün olmadığını, xəritədə mövcud ölçülər göstərildiyini, cavabdeh tərəfindən maneə yaradılmadığını, hasarın vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin texniki pasportunda göstərilən ölçü çərçivəsində olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.027 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 161.29 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/38 nömrəli reyestr kitabının 7309 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli, 19166 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan ünvan 1 ünvanında yerləşən 270.79 m2 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 161.29 m2 olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması məlum olur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan Naxçıvan şəhəri, 9-cu küçə, 2/32 ünvanında yerləşən 0.0279 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 16/23 nömrəli reyestr kitabının 4394 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. İş materiallarında olan mütəxəssis X7 tərəfindən 08 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 24 mart 2023-cü il tarixli vəsatəti ilə əlaqədar Naxçıvan şəhəri 9-cu küçə döngə 2/32 yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Naxçıvan şəhəri, 9-cu küçə, 2/32 ünvanında yerləşən torpaq sahəsinin sərhəd ölçüləri, Cavabdeh2 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli A 035318 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən ölçülərlə eynilik təşkil edir. İddia olunan gediş-gəliş yolu istiqamətində yerləşən torpaq sahəsinin 1.67 m məsafədə yerləşən hissəsi Cavabdeh2 mülkiyyətindədir. Gediş-gəliş yolunun ümumi istifadəyə verilmiş yolun başlanğıc sağ tərəfində heç bir əsas olmadan qonşu tərəfindən dəmir boru basdırılmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 331 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 161,29 m2 olan fərdi yaşayış evi və onun yerləşdiyi 270,79 m2 olan həyətyanı torpaq sahəsi üzrə tərtib olunmuş 27 sentyabr 2019-cu il tarixli texniki pasportun göstəriciləri ilə tədqiq olunan həyətyanı torpaq sahəsinin faktiki ölçülərinin plan və ölçüsündə göstərilən ölçülərlə eynilik təşkil edir. Lakin iddiaçıya məxsus daşınmaz əmlaka olan gediş-gəliş yolu hazırkı tərtib olunmuş texniki pasportda qeyd olunmadığından, əmlaka olan gediş-gəliş yolunun faktiki ölçüləri ilə torpaq sahəsinin plan və ölçüsündə göstərilən ölçülərlə eynilik təşkil etməsini müəyyən etmək mümkün deyildir. Mülki iş üzrə cavabdehlər tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın gediş-gəliş yoluna Azərbaycan Dövlət Tikinti Normaları AzDTN 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəlinin tələblərinə müvafiq olaraq maneənin yaradılması faktının olduğu müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-34/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 10/6152 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 161,29 m2 olan fərdi yaşayış evi və onun yerləşdiyi 270,79 m2 olan həyətyanı torpaq sahəsi üzrə tərtib olunmuş 27 sentyabr 2019-cu il tarixli texniki pasportun göstəriciləri ilə tədqiq olunan həyətyanı torpaq sahəsinin faktiki ölçülərinin plan və ölçüsündə göstərilən ölçülərlə eynilik təşkil edir. Lakin iddiaçıya məxsus daşınmaz əmlaka olan gediş-gəliş yolu tərtib olunmuş texniki pasportda qeyd olunmadığından, əmlaka olan gediş-gəliş yolunun faktiki ölçüləri ilə torpaq sahəsinin plan və ölçüsündə göstərilən ölçülərlə eynilik təşkil etməsini müəyyən etmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən ekspertiza tədqiqatına 16 may 2024-cü il tarixdə təqdim etdiyi elektron plan-sxemin ölçülərinə, baxış zamanı mübahisəli keçid yolunun faktiki vəziyyətini, həmin yolun başlanğıc hissədən və orta hissədən məhz cavabdehlərin hasara aldığı olan hissələrdə yolun eni (2,52 və 2,64 metr) Azərbaycan Dövlət Tikinti Normaları AzDTN 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəlinin tələblərində olan parametrlərdən az təşkil etdiyini və həmin hissələrin qeyd edilən texniki parametrlərə uyğun olmadığı müəyyən edilmişdir. Lakin daşınmaz əmlakın yola maneəçilik törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Ekspert rəyini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. İddiaçı iddia tələbinin ünvan 1 ünvanında yerləşən yaşayış evinə gediş-gəliş yolunun müəyyən olunmasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Qanunvericiliyin qeyd edilən normasından da görünür ki, torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi olmadıqda zəruri keçid ayrılmasını tələb edə bilər. İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinə gediş-gəliş yolu müəyyən olunmasını istəsə də qeyd edilən zəruri halların olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən yaşayış evinə gediş-gəliş yolu mövcuddur və iddiaçıya gediş-gəliş yolu verilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi iddiaçının ünvan 1 ünvanında yerləşən yaşayış evinə gediş-gəliş yolunun müəyyən edilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. İddiaçı iddia tələbinin gediş-gəliş yoluna olunan maneənin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarını qeyd edilən maddi hüquq normalarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı onun mülkiyyətində olan daşınmaz əmlaka girişçıxış üçün olan gediş-gəliş yolundan istifadəni sərbəst şəkildə Cavabdeh2 tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Belə ki, həmin gediş-gəliş yolunda cavabdeh tərəfindən qoyulmuş dəmir boru onun mülkiyyətinə sərbəst şəkildə giriş-çıxışına yəni istifadəsinə maneə yaradır. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda iddiaçı gediş-gəliş yolunun ümumi istifadəyə verilmiş yolun başlanğıc sağ tərəfində yerləşən və Cavabdeh2 tərəfindən basdırılmış uzunluğu 3 metr olan 300-lük dəmir borunun çıxarılmasını, gediş-gəliş yolundan istifadəsinə Cavabdeh2 tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin Cavabdeh1 qarşı hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. İşin məhkəmə araşdırması zamanı iş üzrə tərəflərin verdiyi izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, hazırki torpaq sahəsi digər cavabdeh olan Cavabdeh2 mülkiyyətindədir. Həmçinin gediş-gəliş yolunun ümumi istifadəyə verilmiş yolun başlanğıc sağ tərəfində basdırılmış boru digər cavabdeh olan Cavabdeh2 tərəfindən basdırılmışdır. Belə olan halda Cavabdeh1 qeyd olunan iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə iclası zamanı qeyd olunan hal aşkarlansa da digər cavabdeh iddia ərizəsində göstərildiyindən Cavabdeh1 əsl cavabdehlə əvəzlənməsi məsələsinin müzakirəsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh1 qarşı hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manatın 15 (on beş) manat hissəsi İddiaçı, 15 (on beş) manat hissəsi isə Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin iddia qismən təmin edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 25 (iyimi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka gedişgəliş yolunun başlanğıc sağ tərəfində yerləşən və Cavabdeh2 tərəfindən basdırılmış uzunluğu 3 metr olan 300-lük dəmir boru Cavabdeh2 tərəfindən çıxarılmaqla, gediş-gəliş yolundan istifadəyə olan maneələr aradan qaldırılmalı; -iddia tələbi Cavabdeh2 münasibətdə qalan hissədə rədd edilməli; -iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməli; -iddia qismən təmin edildiyindən 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilməli; -iddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manatın 15 (on beş) manat hissəsi İddiaçı, 15 (on beş) manat hissəsi isə Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -iddia qismən təmin edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 25 (iyimi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka gediş-gəliş yolunun başlanğıc sağ tərəfində yerləşən və Cavabdeh2 tərəfindən basdırılmış uzunluğu 3 metr olan 300-lük dəmir boru Cavabdeh2 tərəfindən çıxarılmaqla, gediş-gəliş yolundan istifadəyə olan maneələr aradan qaldırılsın. İddia tələbi Cavabdeh2 münasibətdə qalan hissədə rədd edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edilsin. İddia qismən təmin edildiyindən 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manatın 15 (on beş) manat hissəsi İddiaçı, 15 (on beş) manat hissəsi isə Cavabdeh2 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qismən təmin edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 25 (iyimi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar