Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-80/2024 18.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8929 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcuna görə 650 (altı yüz əlli) manat, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 4 ay üzrə 260 (iki yüz altmış) manat, 10182 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcuna görə 1070 (bir min yetmiş) manat və hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 321 (üç yüz iyirmi bir) manat, vəkil xərci üçün 280 manat, 20 (iyirmi) manat marka pulu və 45 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2646 (iki min altı yüz qırx altı) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, o, məhkəmədə vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs 02 fevral 2023-cü il tarixli, 8929 nömrəli kredit müqaviləsi ilə Cavabdeh 1070 manat dəyərində bir ədəd Samsung A53 markalı və 20 iyun 2023-cü il tarixli, 10182 nömrəli kredit müqaviləsi üzrə isə 1130 nanat dəyərində bir ədəd Samsung A54 markalı mobil telefonları kreditə vermişdir. Cavabdelə öz xətti ilə yazılaraq və imzası ilə imzalanaraq bağlanmış 1929 nömrəli kredit müqaviləsinə görə cavabdeh ümumi məbləği 1070 (bir min yetmiş) manat ilkin ödəniş aparılmadan, kreditin qalıq məbləği 1070 (bir min yetmiş) manat olmaqla 10 (on) ay müddətində, aylıq 107 (bir yüz yeddi) manat olmaqla nağd və ya köçürmə yolu ilə kredit borcunu və 20 iyun 2023-cü il tarixli 10182 nömrəli kredit müqaviləsi üzrə ilkin ödəniş daxil olmaqla 1130 (bir min yüz otuz) manata, ilkin ödəniş 60 (altmış) manat olmaqla kreditin qalıq məbləği 1070 (bir min yetmiş) manat olmaqla 9 (doqquz) ay müddətində, aylıq 118.89 (yüz on səkkiz manat səksən doqquz qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə iddiaçıya olan kredit borcunu qaytaracağını öz öhdəsinə götürmüşdür. Cavabdeh 8929 nömrəli kredit müqaviləsi üzrə 1070 manat kredit borcundan cəmi 420 (dörd yüz iyirmi) manat və 10182 nömrəli kredit müqaviləsi üzrə isə 1130 (bir min yüz otuz) manat kredit borcundan cəmi 60 (altmış) manat pulu qaytarmışdır. Lakin cavabdeh 8929 nömrəli kredit müqaviləsi üzrə 650 (altı yüz əlli) manat kredit borcunu və 10182 nömrəli kredit müqaviləsi üzrə isə 1070 (bir min yetmiş) manat kredit borcunu bu günədək mənə geri qaytarmamışdır. Cavabdehə bir neçə dəfə borclu qaldığı pulun qaytarması bildirilsə də və bu barədə ona yazılı pretenziya ərizəsi göndərilsə də cavabdeh hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. 8929 və 10182 nömrəli kredit müqavilələrinin 3.7. bəndinə əsasən iddiaçı ilə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün malın ödənilməmiş qalmış dəyərinin 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin xx.xx.2023 -cü il tarixli 8929 nömrəli kredit müqaviləsi üzrə 650 (altı yüz əlli) manat kredit borcunu və ödənilməmiş qalıq dəyər üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 4 ay üzrə 260 (iki yüz altmış) manat pulu və xx.xx.2023-cü il tarixli 10182 nömrəli kredit müqaviləsi üzrə isə 1070 (bir min yetmiş) manat kredit borcunu və ödənilməmiş qalıq dbyər üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 321 (üç yüz iyirmi bir) manat pulun da ödənilməsini istəyir.Vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı izahat verən Cavabdeh bildirmişdir ki, onun iddia tələbi ilə bağlı narazılığı yoxdur. O, Rəsuldan çox Tahirlə alver edib. Bəlkə də Rəsul müdiridir, ancaq o, alveri Tahir adlı şəxslə edib. Borcu da 1720 manatdır. İllərdir o, Rəsulgillə alver edir. Ancaq elektron əşyaları alıb. Heç müqavilə bağlayarkən müqaviləni doğru-düzgün oxumayıb. Müqavilənin məzmunundan xəbəri yoxdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. xx.xx.2023-cü il tarixli 8929 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 1070 manat olan Samsung A53 markalı mobil telefon almış, ilkin ödəniş aparılmadan borcunu 10 (on) ay müddətində, aylıq 107 (bir yüz yeddi) manat olmaqla nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 10182 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 1130 manat olan Samsung A54 markalı mobil telefon almış, ilkin ödəniş 60 (altmış) manat olmaqla kreditin qalıq məbləği 1070 (bir min yetmiş) manat olmaqla 9 (doqquz) ay müddətində, aylıq 118.89 (yüz on səkkiz manat səksən doqquz qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş çeklərindən məlum olur ki, Cavabdeh 8929 nömrəli kredit müqaviləsi üzrə 1070 manat kredit borcundan cəmi 420 (dörd yüz iyirmi) manat və 10182 nömrəli kredit müqaviləsi üzrə isə 1130 (bir min yüz otuz) manat kredit borcundan cəmi 60 (altmış) manat pulu qaytarmışdır. Cavabdehin 8929 nömrəli kredit müqaviləsi üzrə 650 (altı yüz əlli) manat, 10182 nömrəli kredit müqaviləsi üzrə isə 1070 (bir min yetmiş) manat kredit borcu mövcuddur. Müqavilə şərtlərində gecikdirilmiş hər ay üçün aylıq ödənişin 10 % miqdarında cərimə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 581 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu əsas borca münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılmalı, əsas borcun 5% miqdarında hesablanmaqla 86 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 1720 manat əsas borc və 86 manat cərimə pulu olmaqla ümumilikdə 1806 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 22007 nömrəli qəbzlə ödənilmiş 45 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 37 manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə məhkəmə məsrəfi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, vəkilə hüquqi yardım üçün 19.10.23-cü il tarixli 04/607 nömrəli müqavilə üzrə ödənilmiş 280 (iki yüz səksən) manat, eyni zamanda marka pulu olaraq ödənilmiş 20 manat olmaqla cəmi 300 manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borca görə pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 1720 (bir min yeddi yüz iyirmi) manat əsas borc və 86 (səksən altı) manat cərimə pulu olmaqla ümumilikdə 1806 (bir min səkkiz yüz altı) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 22007 nömrəli qəbzlə ödənilmiş 45 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 37 (otuz yeddi) manatı, vəkilə hüquqi yardım üçün ödənilmiş 280 (iki yüz səksən) manat, eyni zamanda marka pulu olaraq ödənilmiş 20 (iyirmi) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-80/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-80/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver