Məhkəmə qərarları › İş №2(078)-801/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-801/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-801/2020 11.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı təşkilat “İddiaçı BOKT” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı təşkilat “İddiaçı BOKT” ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdeh X5 tərəfindən məhkəməyə göndərilmiş teleqrama (vəsatətə) Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat “İddiaçı BOKT” ASC cavabdeh X3 qarşı məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2016-cı il tarixli 009/16/PB/YF saylı kredit müqaviləsinə əsasən 6743.13 ABŞ dolları əsas borc, 10199.68 ABŞ dolları hesablanmış faiz, 8971.76 ABŞ dolları hesablanmış dəbbə cəmi 25644.57 ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixə saat 09:15-ə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin ünvanına xx xxxxxx 2020-ci il tarixdə teleqram göndərərək yolların bağlanması ilə əlaqədar gələ bilmədiyini və məhkəmə sənədlərinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi ərizə qədim edərək teleqramın (vəsatətin) nəzərə alınmasını və işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdeh X2 məhkəməyə ünvanladığı vəsatəti nəzərdən keçirib belə hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, cavabdeh mövcud şəraitlə bağlı olaraq Naxçıvan-Bakı gediş gəliş yolunun bağlanması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Cavabdehin qeyd etdiyi həmin halı iddiaçının nümayəndəsi tərəfindən təsdiq edilərək bu vəziyyətin nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə. İş üzrə cavabdeh X5 mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, iddiaçı tərəf də həmçinin işin baxılamsı üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Belə ki, mülki işin materiallarında olan aydın olur ki, cavabdeh X1 şəhəri Qaraçuq kəndində qeydiyyatdadır, faktiki olaraq Bakı şəhəri Binə qəsəbəsi Donuz Kökəltmə Sovxozunda yaşayır. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh və iddiaçı təşkilat Bakı şəhərində olduğundan işə tərəflərin olduğu yer üzrə məhkəmədə baxılması onların məhkəmə iclaslarında iştrak etməklə müvafiq sübutlar təqdim etməsinə və bununla obyektiv və düzgün məhkəmə araşdırıması aparılmasına imkan verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1 və 45.2-ci maddələrinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı təşkilat “İddiaçı BOKT” ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar