Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-802/2022 08.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva X2 şəhəri, məhəllə 52, ev 28 ünvanında yaşayan kreditor Tələbkar xx xxxxxxx 1989-cu ildə Goranboy rayonu, Faxralı kəndində anadan olan, Yevlax rayonu, N saylı hərbi hissədə qeydiyyatda olan C.Naxçıvanski adına Hərbi liseydə geyim xidmət rəisi vəzifəsində işləyən Borclu qarşı aliment tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə tərəflərin iştirakı olmadan əmr icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: Kreditor Tələbkar Borclu qarşı aliment ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 yanvar 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün atası Borclu qazancın və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınıb ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə 06 aprel 2015-ci il tarixdə Gəncə “ASAN” xidmət Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və birgə yaşadıqları müddətdə - 03 yanvar 2016-cı il tarixdə Nur adlı 1 nəfər qızları doğulmuşdur. 17 mart 2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq kirayə yaşadıqları mənzildən müalicə olmaq məqsədilə atasının evinə gəlib. Elə həmin vaxtdan da qızı Nurla birlikdə atasının evində yaşayır. Məhəmməd israrla ondan boşanmaq istədiyini bildirir, onu yola vermir, sadə bir şüy üstündə evdə mübahisə yaradıb, evin əşyalarını qırıb-dağıdaraq, onu nalayiq sözlərlə söyüb təhqir edir. Kreditor özü heç bir yerdə işləmir, 3-cü kurs tələbəsidir, epilepsiya xəstəsidir, Nuru saxlamaqda əziyyət çəkir. Ona görə də Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödənməsini istəyir. Tərəfindən mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Tələbkar Borclu qarşı olan tələbi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş məhkəmə əmri verilə bilən tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə həmin Məcəllənin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Qeyd edilən Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Məhkəmə kreditor Tələbkar ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2 və 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Yuxarıda qeyd olunan maddələrin tələbindən göründüyü kimi əmrin verilməsi üçün kreditorun borcluya qarşı tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalı, həmçinin tələb aşkar olmalı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri irəli sürülən tələblər daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki: -İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 035930 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Borclu ilə Tələbkar arasında 06 aprel 2015-ci il tarixdə Gəncə Asan Xidmət Qeydiyyat şöbəsində nikah bağlanması, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 921 nömrə ilə qeydin edilməsi; -İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 687694 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin 03 yanvar 2016-cı il tarixdə X4 adlı uşağının doğulması aydın olur. Kreditorun tələbinin aşkarlığı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, 03 yanvar 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Borclu qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, Qənbərli X3 Şəhər Məhkəməsinə 07 iyul 2022-ci il tarixdə müraciət etmişdir və elə buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Alimentin tutulmasının icra edilməsi anına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi ilə icra sənədinin icraya yönəlməsi müddətləri tənzimlənir ki, həmin Qanunun 13.1.4-1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəlməlidir. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbini nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə əmri dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən borclunun dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut iş materiallarında mövcud olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, dövlət rüsumu Borclu tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: “07” iyul 2022-ci il tarixdən hesablanmaqla, 03 yanvar 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay xx xxxxxxx 1989-cu ildə Goranboy rayonu, Faxralı kəndində anadan olan, Yevlax rayonu, N saylı hərbi hissədə qeydiyyatda olan, C.Naxçıvanski adına Hərbi liseydə geyim xidmət rəisi vəzifəsində işləyən Borclu qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, uşağın anası ünvan 1 ünvanında yaşayan Tələbkar ödənilsin. Məhkəmə əmri alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. 100 (yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Naxçıvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-802/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-802/2022
08.07.2022 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver