Məhkəmə qərarları › İş №2(078)-807/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-807/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-807/2024 21.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 16 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X4 qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü bəndində əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Lakin ərizə verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən aidiyyat məsələsi pozulmuşdur. Belə ki, iş üzrə İddiaçı Babək rayon Payız kəndində qeydiyyatdadırlar. Bu fakt iddia ərizəsi ilə və elektron məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə öz təsdiqini tapmışdır. Eləcə də elektron məhkəmə informasiya sistemində cavabdeh X3 şəxsiyyət vəsiqəsi məlumatları ilə müəyyən edilmişdir ki, cavabdeh Şərur rayonu Vərməziyar kəndində qeydiyyatdadır. İddiaçı yolun uzaqlığını nəzərə alıb işin Şərur Rayon Məhkəməsinə deyil, Babək Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 44.2-ci və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Mülki iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən hazırki işin Babək Rayon Məhkəməsinə göndərilməsini məhkəmə məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X4 qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar