Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-811/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimiSəfərəliyeva Günlar Xanlar qızı, ünvan 1 192/193 ünvanında yerləşən iddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: "İddiaçı" İKB ASC ərizə ilə məhkəməyə müraciət edərək "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 1154.14 (bir min bir yüz əlli dörd manat on dörd qəpik) manat əsas, 43.28 (qərx üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1197.42 (bir min bir yüz doxsan yeddi manat qırx iki qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış ******* saylı kredit müqaviləsinə əsasən borcalana şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 (üç min) manat kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən 1154.14 (bir min bir yüz əlli dörd manat on dörd qəpik) manat əsas, 43.28 (qərx üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1197.42 (bir min bir yüz doxsan yeddi manat qırx iki qəpik) manat kredit borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 1154.14 (bir min bir yüz əlli dörd manat on dörd qəpik) manat əsas, 43.28 (qərx üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1197.42 (bir min bir yüz doxsan yeddi manat qırx iki qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "İddiaçı" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh illik 20 %-lə 24 ay müddətinə 3000 manat kredit verilmişdir. Maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixə "İddiaçı" ASC-yə olan borcu 1154.14 (bir min bir yüz əlli dörd manat on dörd qəpik) manat əsas, 43.28 (qərx üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1197.42 (bir min bir yüz doxsan yeddi manat qırx iki qəpik) manat təşkil etmişdir. Naxçıvan ŞPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Mahmudov X1 şəhəri, S.Vurğun, ev 10 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 1154.14 (bir min bir yüz əlli dörd manat on dörd qəpik) manat əsas, 43.28 (qərx üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1197.42 (bir min bir yüz doxsan yeddi manat qırx iki qəpik) manat kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "İddiaçı" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Həmin bildiriş cavabdeh tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə qəbul imza edilərək qəbul edilmiş, lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 1154.14 (bir min bir yüz əlli dörd manat on dörd qəpik) manat əsas, 43.28 (qərx üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1197.42 (bir min bir yüz doxsan yeddi manat qırx iki qəpik) manat kredit borcu kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. "İddiaçı" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-811/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-811/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver