Məhkəmə qərarları › İş №2(078)-812/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-812/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-812/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimiSəfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: «xxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Foriella Diammante yataq dəsti, Uretan döşək üçün 945 (dooquz yüz qırx beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə, cəmi 1039 (bir min otuz doqquz) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı soba üçün 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 359 (üç yüz əlli doqquz) manat olmaqla ümumilikdə 1398 (bir min üç yüz doxsan səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat borcun Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxxxxxxxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli Müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən «xxxxxxxxxxx» MMC-dən Məmmədov X1 Diammante yataq dəsti, Uretan döşək və Hoffmann markalı soba almış və nəticədə 1398 (bir min üç yüz doxsan səkkiz) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2520 manat (24 ay x 105 manat + 0 manat ilkin ödəniş) olan Foriella Diammante yataq dəsti, Uretan döşək üçün 1039 (bir min otuz doqquz) manat olmaqla ondan 945 (dooquz yüz qırx beş) manat ödənilməmiş hissə, 157 manat (1.05 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 94 (doxsan dörd) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 693 manat (11 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı soba üçün 359 (üç yüz əlli doqquz) manat olmaqla ondan 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 94 manat (0.63 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 32 (otuz iki) manat cərimə cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1941 (bir min doqquz yüz qırx bir) manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Foriella Diammante yataq dəsti, Uretan döşək üçün 945 (dooquz yüz qırx beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə, cəmi 1039 (bir min otuz doqquz) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı soba üçün 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 359 (üç yüz əlli doqquz) manat olmaqla ümumilikdə 1398 (bir min üç yüz doxsan səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat borcun Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında 00360351 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Foriella Diammante yataq dəsti, Uretan döşək KOD 0. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Foriella Diammante yataq dəsti, Uretan döşəyi tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında 00445614 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Hoffmann markalı soba; KOD **********760217C144800611; Yeni qızıl zəmanət (məişət) 4 il KOD 123456780. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model-Hoffmann markalı soba; KOD **********760217C144800611; Yeni qızıl zəmanət (məişət) 4 il KOD ********* tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixli 00360351 nömrəli və xx.xx.2018-ci il tarixli 00445614 nömrəli Müqavilələrə əsasən Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Foriella Diammante yataq dəsti, Uretan döşək üçün 945 (dooquz yüz qırx beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə, cəmi 1039 (bir min otuz doqquz) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı soba üçün 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 359 (üç yüz əlli doqquz) manat olmaqla ümumilikdə 1398 (bir min üç yüz doxsan səkkiz) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Məmmədov X2 şəhəri, Xətai, döngə 18, ev 32 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Foriella Diammante yataq dəsti, Uretan döşək üçün 945 (dooquz yüz qırx beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə, cəmi 1039 (bir min otuz doqquz) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı soba üçün 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 359 (üç yüz əlli doqquz) manat olmaqla ümumilikdə 1398 (bir min üç yüz doxsan səkkiz) manat məbləğində borc iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxxxxxxxxx» MMC tərəfindən xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Həmin bildiriş xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada imza edilərək qəbul edilsə də, Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Foriella Diammante yataq dəsti, Uretan döşək üçün 945 (dooquz yüz qırx beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə, cəmi 1039 (bir min otuz doqquz) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı soba üçün 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 359 (üç yüz əlli doqquz) manat olmaqla ümumilikdə 1398 (bir min üç yüz doxsan səkkiz) manat məbləğində borc iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. «xxxxxxxxxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar