Məhkəmə qərarları › İş №2(078)-816/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-816/2025

16.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-816/2025 16.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məndən nisyə olaraq satmaq üçün apardığı malların dəyərindən qalan 2700 manatın, hüquqi yardımın göstərilməsi haqqında EM-06/63VK-23236/25 nömrəli müqavilə əsasında ödədiyim 300 manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 14 may 2025-ci il tarixdə, 10271 nömrəli qəbzlə ödədiyim 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 gəlib işlətdiyi qadın geyimləri mağazasından geyim əşyaları aldığına görə tanış olmuşdurlar. O bir neçə dəfə gəlib nisyə olaraq geyim əşyalarından götürüb satandan sonra pulunu ödəyib. Lakin sonralar götürdüyü geyim əşyalarının pulunu ödəmədiyindən onun 2700 manat borcu yarandı. 2021-ci ildə ona telefon açıb pulunu istədi lakin pulunu ala bilmədi. Bir müddət gözləyib yenə Cavabdeh ilə əlaqə saxladı, maddi vəziyətinin pis olduğunu ona bildirib nəyə gücü çatırsa o qaydada ödəməsini ona bildirdi. Cavabdeh razılaşıb borcunu hissəhissə ödəyəcəyinə söz verdi. Lakin yenə də sözünü əməl etməyərək borcunu ödəmədi. Cavabdeh aldığı geyim əşyaları, onların qiymətləri və ödədiyi pullar aşağıdakı kimidir:

1. Jaket 2 ədəd -200 manat, apreldə 70 manat ödədi 2. Jaket 1 ədəd – 120 manat, mayda 60 manat ödədi 3. Kofta 1 ədəd – 70 manat, iyunda 100 manat ödədi 4. Kofta ağ 1 ədəd – 60 manat, iyulda 60 manat ödədi 5. Oyma qara 1 ədəd- 120 manat, avqustda 60 manat ödədi 6. Güllü oyma 1 ədəd- 120 manat, sentyabrda 100 manat ödədi 7. Oyma 1 ədəd- 60 manat, oktyabrda 100 manat ödədi 8. Yupka i ədəd – 50 manat, noyabrda 100 manat ödədi 9. Nedelya 3 ədəd – 15 manat, dekabrda 100 manat ödədi 10.Kalqotka 3 ədəd 10 manat- yanvarda 150 manat ödədi 11.Ətir 1 ədəd - 5 manat - fevralda 100 manat ödədi 12.Oyma 2 ədəd – 240 manat, martda 50 manat ödədi 13.Xalat 2 ədəd – 24 manat martda 50 manat ödədi 14.Oyma 1 ədəd- 50 manat, martda 50 manat ödədi 15.Jilet -1 ədəd -100 manat, martda 50 manat ödədi 16.Pijama – 1 ədəd 40 manat, apreldə 50 manat ödədi 17.Lifçik - 2 ədəd 16 manat apreldə 50 manat ödədi 18.Kalqotka 2 ədəd – 6 manat, apreldə 50 manat ödədi 19.Oyma 1 ədəd 100 manat, iyunda 100 manat ödədi. 20.Xalat 1 ədəd 12 manat, iyulda 50 manat ödədi 21.Kofta 1 ədəd, 30 manat iyulda 50 manat ödədi 22.Nedelya 1 ədəd – 5 manat iyulda 50 manat ödədi 23. Yorğan 1 ədəd -30 manat, avqusta 50 manat ödədi 24.Yorğan 2 ədəd 40 manat-, avqustda 50 manat ödədi 25.Naçinoy 2 ədəd 14 manat, oktyabrda 50 manat ödədi 26.Oyma 1 ədəd 70 manat, noyabrda 50 manat ödədi 27.Kofta 1 ədəd, 100 manat, dekabrda 100 manat ödədi 28.Nidelya 1 ədəd 10 manat, yanvarda 100 manat ödədi 29. Lifçik 1 ədəd – 8 manat, fevralda 100 manat ödədi 30. Yorğan 4 ədəd – 80 manat, martda 100 manat ödədi 31.Daraq 1 ədəd 3 manat, aprel 100 manat ödədi 32. Tuman 1 ədəd – 7 manat, may 100 manat ödədi 33.Kalqotka 1 ədəd – 3 manat, iyunda 19 manat ödədi 34.Jilet 1 ədəd – 120 manat 35.Saroşka 1 ədəd – 50 manat 36.Kalqotka 2 ədəd –- 6 manat 37.Ətr 1 ədəd – 4 manat 38.Kurtka 1 ədəd – 130 manat 39.Kofta 1 ədəd – 100 manat 40.Plaş 1 ədəd- 160 manat 41.Oyma 1 ədəd 70 manat 42.Pirjama 1 ədəd – 20 manat 43.Mayka 1 ədəd- 5 manat 44.Kalqotka 2 ədəd 6 manat 45.Pirjama 1 ədəd – 20 manat 46.Mayka 1 ədəd – 5 manat 47.Kalqotka 3 ədəd – 10 manat 48.Jilet 1 ədəd – 40 manat 49.Şarf 1 ədəd – 40 manat 50.Jaket – 1 ədəd 70 manat 51.Kofta 1 ədəd -50 manat 52.Kofta 1 ədəd – 70 manat 53.Lasina 1 ədəd -50 manat 54.Nedelya 1 ədəd - 5 manat 55.Şarf 1 ədəd – 80 manat 56.Corab – 2 manat 57.Oyma qolu mirvari 1 ədəd -80 manat 58.Oyma güllü 1 ədəd -100 manat 59.Kalqotka 1 ədəd - 8 manat 60.Kofta 1 ədəd- 30 manat 61.Oyma qolu dantelli 1 ədəd- 80 manat 62.Lifçik 1 ədəd-8 manat 63.Xalat 2 ədəd -70 manat 64. Şarf 1 ədəd – 25 manat 65.Kofta ətəyi zərli 1 ədəd - 60 manat 66.Oyma muncuqlu 1 ədəd -150 manat 67.Tuman 2 ədəd - 12 manat 68.Oyma Qara yun 1 ədəd-80 manat 69.Xalat 2 ədəd – 70 manat 70.Uzun tuman – 2 ədəd- 12 manat 71.Oyma pilisi – 1 ədəd -150 manat 72. Şalvar kofta 1 ədəd – 170 manat 73.Kofta 2 ədəd- 100 manat 74.Nedelya 4 ədəd –25 manat 75.Oyma 1 ədəd – 120 manat 76.Cins kurtkta 1 ədəd – 140 manat 77.Kofta uzun 1 ədəd -50 manat 78.Naçinoy – 1 ədəd-15 manat 79.Qarnitur – 1 ədəd- 25 manat 80.Oyma 1 ədəd - 150 manat 81. Villur xalat - 2 ədəd - 70 manat 82.Naçnoy anasına 1 ədəd -15 manat 83. Tuman uzun 1 ədəd- 10 manat 84.Kofta qara 1ədəd -50 manat 85.Oyma 1 ədəd – 120 manat 86.Pijama özünə 1 ədəd – 35 manat 87.Naçnoy 1 ədəd 10 manat 88.Kalqotka 2 ədəd – 8 manat 89.Oyma 1 ədəd -140 manat. Sadaladığı bu malları Cavabdeh onun işlətdiyi qadın geyimləri mağazasından nisyə olaraq götürmüş pulunu ona tam ödəməmişdir. Buna görə ona ümumilikdə 2700 manat borcu qalır. O axırıncı xəbərdarlıq olaraq Cavabdeh pretenziya məktubu göndərərək pulunu istəmiş, lakin ondan yenə bir xəbər çıxmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında mağazasının İstiqlal 75 ünvanında yerləşdiyini, telestudiyadan aşağıda oboy tükanının arasında yerləşdiyini, şəxsin paltarları özü üçün aldığını, əvvəllər çox mallar götürdüyünü, ödənişləri vaxtında etdiyini, sonradan ödənişləri etmədiyini, zəng edib deyəndə hara müraciət etmək istəyirsən et dediyini, sonra zəng edib özünün kartını istədiyini sonra da heç bir əlaqə saxlamadığını, özünün əlaqə saxladıqda az-az da olsa ödəniş etməsini istədiyini, buna belə razı olduğunu dediyini, cavabdehin ödənişdən boyun qaçırdığını, son vaxtlar mesaj yazaraq hər ay 50 manat dəyərində ödəniş edib razılaşmaq istədiyini, lakin özünün 2700 manatı 50-50 ödəniş etməsinə razı olmadığını, yazışmalarda mövcud olduğunu, cavabdehin əvvəllər yazışmaları yazdıqca sildiyini, borcu qəbul etdiyini danmadığını yazışmalarda və səslərdə bildirdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında cavabdehin borcu qəbul etdiyini, lakin ödənişdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş iştirak etməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan 17 iyul 2024-cü il tarixli pretenziyaya, poçtun göndəriş qəbzinə və xəbərnaməyə əsasən, İddiaçı Cavabdeh pretenziya məktubu göndərərək xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə və orderə əsasən Vəkil İddiaçı vəkili və nümayəndəsi qismində məhkəmə iclasında iştirak edir və müqaviləs üzrə hüquqi yardımın göstərilməsinə görə ödəniləcək haqq 300 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Vergilər İdarəsinin məktubundan aydın olur ki Cavabdeh xx.xx.2024-cu il tarixden İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (oisiant) fəaliyyəti üzrə (VÖEN **********) vergi uçotunda dayanır və hal hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 4 Saylı Mənzil İstismar İdarəsinin arayışından aydın olur ki, Seyidova X2 şəhəri, Çənlibel küçəsi ev 5, mənzil 17 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 4 Saylı Mənzil İstismar İdarəsinin arayışından aydın olur ki, Tağızadə X1 şəhəri, İstiqlal 73, mənzil 27 ünvanında qeydiyyatdadır. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istisna deyil. Nəticə etibarı ilə onların hər birini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan səs yazılarının əks olunduğu bir ədəd flashkart, vatsapp yazılarından, iddiaçının izahatından, tərəflər arasında şəxsi geyim əşyalarının alqısatqısında dair şifahi müqavilənin olması, həmin müqavilənin nəticəsi olaraq ödənilməyən pula münasibətdə iddiaçının məhkəmədə iddia ərizəsi ilə müraciət edilməsi təsdiqini tapır. İddiaçı cavabdehə qeyd etdiyi məbləğdə şəxsi geyim əşyalarını satdığını təqdim etdiyi səs yazıları, vatsapp yazıları ilə sübuta yetirsə də cavabdeh həmin aldığı malların pulunu iddiaçıya ödədiyini sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan pulun qaytarılması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən hüquqi yardımın göstərilməsi haqqında EM-06/63VK-23236/25 nömrəli müqavilə əsasında iddiaçının ödədiyi 300 manat vəkil xərci və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 14 may 2025-ci il tarixdə, 10271 nömrəli qəbzlə ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş hüquqi yardımın göstərilməsi haqqında EM- 06/63VK-23236/25 nömrəli müqavilə əsasında 300 manat vəkil xərci və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 14 may 2025-ci il tarixdə, 10271 nömrəli qəbzlə ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar