Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-818/2020 08.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 10000 (on min) ABŞ dollar (17000 (on yeddi min)) manat manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri 36 saylı notariat kontorunda xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən tərəfindən cavabdeə 10000 (on min) ABŞ dolları pul verilmişdir. Cavabdeh həmin pulu xx xxxxxx 2018-ci il tarixə qədər qaytarılmasını öhdəsinə götürsə də borcunu qaytarmamışdır. Hazırda cavabdehin ona 10000 (on min) ABŞ dolları yəni 17000 (on yeddi min) manat borcu vardır. Həmin borcun Cavabdeh tərəfindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Onun nümayəndəsi və vəkili X2 iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə verərək ünvan 1 ünvanında yaşadığını, bu səbəbdən verilmiş iddia ilə tanış olmaq və öz etirazını bildirmək üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədləri qeyd etdiyi poçt ünvanına göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi rəsmi qaydada cavabdehin qeyd etdiyi ünvan üzrə göndərilsə də həmin ünvanda yaşamadığı əsas götürülərək geri qaytarılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə cavabdehə sms bildirişi göndərilmiş, cavabdeh gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin 2-ci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmənin qənaətinə görə hazırki işdə 10.000 dolların iddiaçı tərəfindən verilməsi və həmin öhdəliyin icra edilib-edilməməsi halı araşdırılmalı və sübut olunmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halı sübut etməlidir. Həmin normaya uyğun olaraq hazırki iş üzrə sübutetmə yükü 10.000 dolların verilibverilməməsi hissəsində iddiaçının, öhdəliyin icra edilib-edilməməsi hissəsində cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçının sübut kimi təqdim etdiyi xx xxxxxx 2017-ci il tarixdə tərtib olunaraq həmin tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 1S-6530 reyestr nömrəli kredit müqaviləsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin şərtlərinə əsasən “borc verən” “borc alana” 10000 (on min) ABŞ dolları (1 ABŞ dolları=1.70 AZN) 10000 (on min) ABŞ dolları=17000 (on yeddi min) manat məbləğində pul verməyi, “borc alan” krediti xx xxxxxx 2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Kredit müqaviləsindən aydın olur ki, müqavilədə “10000 dolları kontordan kənar verdim, 10000 dolları kontordan kənar aldım” qeydi yazılaraq İddiaçı və Cavabdeh tərəfindən həmin qeydlər imzalanmışdır. İş materiallarından aydın olur ki, İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə X3 borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3.-cü maddəinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yuxarıda qeyd olunan müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən borc məbləğini xx xxxxxx 2018-ci il tarixədək qaytaracağı ilə bağlı öhdəlik götürülməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq hal-hazıradək borc geri qaytarılmamışdır. Borcun qaytarılmasına dair cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 10000 (on min) ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində tövsiyə olunmuşdur ki, ”Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir” Tərəflər arasında bağlanan kredit müqaviləsindən aydın olur ki, tərəflər 1 ABŞ dollarının 1.70 AZN olması barədə razılığa gəlmiş, mövcud borc məbləğinin 10000 (on min) ABŞ dollarının 17000 (on yeddi min) manata bərabər olmasını qeyd edərək müqavilə imzalamışlar. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə belə hesab edir ki, Cavabdeh ümumilikdə İddiaçı xeyrinə tutulacaq 10000 (on min) ABŞ dollarının milli valyuta ilə tərəflərin şərtləşdirdikləri qaydada 17000 (on yeddi min) manat ekvivalenti əsas götürülməklə iddiaçıya ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən ekspresspay ödəniş sistemi vasitəsilə xx xxxxxx 2020-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 10000 (on min) ABŞ dolları məbləğində pul alınaraq İddiaçı oğluna verilsin. Cavabdeh ümumilikdə İddiaçı oğlunun xeyrinə tutulacaq 10000 (on min) ABŞ dolları məbləğində pul tərəflərin razılaşdıqları qaydada 17000 (on yeddi min) manat ekvivalenti əsas götürülməklə ödənilsin. İddiaçı oğlu tərəfindən ekspresspay ödəniş sistemi vasitəsilə xx xxxxxx 2020-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-818/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-818/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver