Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-827/2020 05.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor “xxxxxxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1981-ci ildə Naxçıvan şəhərində doğulmuş və hazırda ünvan 1 mənzil 47 ünvanında qeydiyyatda olan Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 708 (yeddi yüz səkkiz) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 728 (yeddi yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxxxxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-827/2020 nömrəli məhkəmə əmri ilə xx.xx.1981-ci ildə Naxçıvan şəhərində doğulmuş və hazırda ünvan 1 mənzil 47 ünvanında qeydiyyatda olan Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 708 (yeddi yüz səkkiz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 728 (yeddi yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxxxxxx” MMC-yə ödənilməsi əmr edilmiş və məhkəmə əmri xx xxxxxxxx 2020-ci il tarixdə borclu Cavabdeh göndərilmişdir. İş üzrə borclu Cavabdeh xx.xx.2020-ci il tarixli ərizə ilə həmin məhkəmə əmrinə etiraz verərək, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-827/2020 nömrəli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, bunu nəzərə alan məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-827/2020 nömrəli əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. İddiaçı təşkilat “xxxxxxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, “xxxxxxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, xx xxxxxx 2019-cu il tarixli FSK 3354 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “xxxxxxxx” MMC-dən kredit yolu ilə 1 ədəd dəyəri 244 (iki yüz qırx dörd) manat olan Panasonic MG 1560 markalı ətçəkən, 1 ədəd dəyəri 65 (altmış beş) manat olan Philips HP6422 markalı epilyatr və 1 ədəd dəyəri 399 (üç yüz doxsan doqquz) manat olan TV Vestel ** FD ***0 markalı televizor əldə edib, borclu əldə eydiyi əmlaklara görə cəmi 708 manatı hər ay 59 manat olmaqla 12 ay müddətinə “xxxxxxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilə üzrə öhdəlikləri icra etməkdən imtina etmiş, bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, o, müqavilə üzrə öhdəliyi icra etməkdən imtina etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 708 (yeddi yüz səkkiz) manat məbləğində əsas borc qalmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın direktoru T.Heydərli məhkəmənin ünvanına xx.xx.2020-ci il tarixli 757/20 nömrəli ərizə göndərmiş və sözügedən ərizə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. T.Heydərli ərizəsində iddianı müdafiə etdiyini, işlə bağlı bütün sübutları məhkəməyə təqdim etdiyini, üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini, xx.xx.2020-ci il tarixdə saat 17:10-a təyin olunmuş məhkəmə iclasının nümayəndəninin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında 2019-cu ilin oktyabr ayında iddiaçı təşkilatın direktoru Tural Heydərlinin təklifi ilə Bakı şəhərinə getdiyini, belə ki, T.Heydərlinin onu təşkilatın kassiri təyin etdiyini, sözügedən müəssisədə 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayının 23-dək kassir vəzifəsində işlədiyini, işlədiyi müddətdə müəssisədən 708 manatlıq malın hər ay 59 manat olmaqla 12 ay müddətinə ödəməli olduğunu bildirən cavabdeh qeyd etmişdir ki, o, 2020-ci ilin yanvar, fevral və mart aylarında hər ay 59 manat pul ödəmişdir ki, həmin ödəmə çeklərini də məhkəməyə təqdim etmişdir. Qeyd edilmişdir ki, T.Heydərli xx xxxx 2020-ci il tarixdə onlara onlayn vasitəsilə təyyarə biləti alaraq onu ailəsi ilə birlikdə Naxçıvana yola salmış, Naxçıvana gələrkən razılaşmalarına əsasən T.Heydərli ona hər ay 500 manat pul göndərəcəyini və pandemiya dövrü sona çatdıqdan sonra yenidən Bakı şəhərinə qaytaracağını vəd vermiş, lakin vədinə əməl etməmişdir. Pandemiya ilə əlaqədar olaraq Naxçıvana qayıtdıqdan sonra burada qalmış və işləyə bilmədiyi üçün borcunu ödəyə bilməmişdir. Cavabdeh qeyd etmişdir ki, Turalın onu işdən çıxarması və onu məhkəməyə verməsindən yalnız məhkəmə əmrini aldıqdan sonra xəbəri olmuşdur. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli FSK 3354 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Cavabdeh ilə kreditor “xxxxxxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Cavabdeh “xxxxxxxx” MMC-dən kredit yolu ilə 1 ədəd dəyəri 244 (iki yüz qırx dörd) manat olan Panasonic MG 1560 markalı ətçəkən, 1 ədəd dəyəri 65 (altmış beş) manat olan Philips HP6422 markalı epilyatr və 1 ədəd dəyəri 399 (üç yüz doxsan doqquz) manat olan TV Vestel ** FD ***0 markalı televizor əldə edib, borclu əldə eydiyi əmlaklara görə cəmi 708 manatı hər ay 59 manat olmaqla 12 ay müddətinə “xxxxxxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 588/20 nömrəli pretenziya məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli FSK3354 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 708 (yeddi yüz səkkiz) manat borcu vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Zeynalov X1 şəhəri, Əlincə, ev 21, mənzil 47 ünvanında qeydiyyatdadır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın direktorunun ərizəsini nəzərdən keçirib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli FSK3354 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, iddiaçı təşkilat müqavilədə müəyyən edilmiş kredit yolu ilə 1 ədəd dəyəri 244 (iki yüz qırx dörd) manat olan Panasonic MG 1560 markalı ətçəkən, 1 ədəd dəyəri 65 (altmış beş) manat olan Philips HP6422 markalı epilyatr və 1 ədəd dəyəri 399 (üç yüz doxsan doqquz) manat olan TV Vestel ** FD ***0 markalı televizoru cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə əldə eydiyi əmlaklara görə cəmi 708 manatı hər ay 59 manat olmaqla 12 ay müddətinə “xxxxxxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüş, lakin götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəmə çeklərindən məlum olur ki, cavabdeh tərəfindən 2020-ci ilin yanvar-mart ayları ərzində iddiaçı təşkilata ümumilikdə 177 (bir yüz yetmiş yeddi) manat pul ödənilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli 017711 nömrəli ödəmə çekindən məlum olur ki, Cavabdeh həmin tarixdə FSK 3354 nömrəli müqavilə üzrə “xxxxxxx” MMC-yə 59 (əlli doqquz) manat pul ödəmişdir. xx.xx.2020-ci il tarixli 017711 nömrəli ödəmə çekindən məlum olur ki, Cavabdeh həmin tarixdə FSK 3354 nömrəli müqavilə üzrə “xxxxxxx” MMC-yə 59 (əlli doqquz) manat pul ödəmişdir. xx.xx.2020-ci il tarixli 017711 nömrəli ödəmə çekindən məlum olur ki, Cavabdeh həmin tarixdə FSK 3354 nömrəli müqavilə üzrə “xxxxxxx” MMC-yə 59 (əlli doqquz) manat pul ödəmişdir. Hazırda Cavabdehnin iddiaçı təşkilat “xxxxxxxx” MMC-yə 531 (beş yüz otuz bir) manat borcu qalmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 531 (beş yüz otuz bir) manat pul iddiaçı “xxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxxxxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 15 (on beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalı, məhkəmə əmri iddia icraatına keçirildiyindən 10 (on) manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli FSK 3354 saylı malın nisyə satılması haqqında alqısatqı müqaviləsi üzrə 531 (beş yüz otuz bir) manat pul tutularaq “xxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. “xxxxxxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 15 (on beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Məhkəmə əmri iddia icraatına keçirildiyindən 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(078)-827/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-827/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver