Məhkəmə qərarları › İş №2(078)-827/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-827/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-827/2021 29.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “FİNCA Azerbaijan” MM QBKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 1733 (bir min yeddi yüz otuz üç) manat, faiz borcuna görə 297 (iki yüz doxsan yeddi) manat, cərimə borcuna görə 104.42 (bir yüz dörd manat, qırx iki qəpik) manat, cəmi 2134.42 (iki min yüz otuz dörd manat, qırx iki qəpik) manat məbləöində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “FİNCA Azerbaijan” MM QBKT iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20.02.2020-ci il tarixli, **********3549 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 139 (bir yüz otuz doqquz) manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 20.02.2020-ci il tarixli, **********3549 saylı kredit müqaviləsi COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135 s nömrəli Sərəncamına müvafiq olaraq 30.06.2020-ci il tarixli, **********0439 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc 1733 (bir min yeddi yüz otuz üç) manat, faiz 0 (sıfır) manat, cərimə 0 (sıfır) manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 28.04.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1733 (bir min yeddi yüz otuz üç) manat, faiz borcuna görə 297 (iki yüz doxsan yeddi) manat, cərimə borcuna görə 104.42 (bir yüz dörd manat, qırx iki qəpik) manat, cəmi 2134.42 (iki min yüz otuz dörd manat, qırx iki qəpik) manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin nümayəndəsi Ramil Heydərov tərəfindən məhkəməyə ünvanlanmış 14.07.2021-ci il tarixli teleqramda iş üzrə Cavabdeh və qeyrisinə qarşı borc tələbinə dair işdə nümayəndələrinin iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onların iştirakı olmadan baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramı nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 29 iyul 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında həqiqətən də iddiaçı ilə aralarında kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən 2000 manat məbləğində pulun ona verildiyini, hər ay 139 manat olmaqla həmin borcu qaytaracağına dair öhdəlik götürdüyünü, ancaq 2020ci ildə başlayan pandemiyaya görə işlərinin dayandığını, heç bir yerdən gəliri olmadığına görə həmin kredirt məbləğini ödəyə bilmədiyini, borcunu ödəməkdən yayınmaq niyyətində olmadığını, bu yaxınlarda təkrarən işə başladığını maddi imkanı yol verəcəyi həddə borcunu ödəyəcəyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 29 iyul 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh həmçinin məhkəməyə ərizə tədqim edərək ərizədə "FİNCA Azerbaijan"dan 20.02.2020-ci il tarixdə müqavilə bağlayaraq 2000 min manat məbləğində kredit götürdüyünü, hazırda 1733 (bir min yeddi yüz otuz üç) manat əsas borcu, 297 (iki yüz doxsan yeddi) manat faiz borcu, 104.42 (bir yüz dörd manat, qırx iki qəpik) manat cərimə borcu, cəmi 2134.42 (iki min yüz otuz dörd manat, qırx iki qəpik) manat manat borcu olduğunu qəbul etdiyini göstərmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında 20 fevral 2020-ci il tarixli, **********3549 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehlə “FİNCA Azerbaijan” MM QBKT-nin illik 28 (iyirmi iki) faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 20 fevral 2020-ci il tarixli, **********3549 nömrəli kredit müqaviləsi və cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını və qeyd olunan müqavilənin ləğv edilməsini tələb etməsi isə işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halını cavabdehin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına diar hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -20 fevral 2020-ci il tarixli, **********3549 saylı kredit müqaviləsi üzrə 1733 (bir min yeddi yüz otuz üç) manat əsas, 297 (iki yüz doxsan yeddi) manat faiz borcu, 104.42 (bir yüz dörd manat, qırx iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2134.42 (iki min yüz otuz dörd manat, qırx iki qəpik) manat kredit borcu Cavabdeh tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin olunsun. 20 fevral 2020-ci il tarixli, **********3549 saylı kredit müqaviləsi üzrə 1733 (bir min yeddi yüz otuz üç) manat əsas, 297 (iki yüz doxsan yeddi) manat faiz borcu, 104.42 (bir yüz dörd manat, qırx iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2134.42 (iki min yüz otuz dörd manat, qırx iki qəpik) manat kredit borcu Cavabdeh tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nə ödənilsin. Cavabdeh 30 (otuz manat) manat miqdarında dövlət rüsumu tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar