Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-833/2023 04.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştiraklı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 47.50 (qırx yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs-iş üzrə İddiaçı Cavabdeh ümumilikdə 3000 (üç min) manat pul vermişdir. Belə ki, Cavabdeh ilə aralarında sevgi münasibətləri olmuşdu, hətta bundan valideyinlərinin məlumatı vari idi. Nişan və evlilik yolunda ciddi qərar olmuşdur. Həmin zamanda Cavabdeh Elviradan təxminən 2022ci ilin may-iyun aylarında 900 manat, bundan sonra 850 manat, 1000 manat, 90 manat, 90 manat və 70 manat olmaqla ümumilikdə 3000 manat borc almışdır. Sonradan tərəflər arasındakı münasibət pozulmuşdur. İddiaçı verdiyi pulları tələb etmiş, cavabdeh də iki dəfə iddiaçıya bankomat vastəsi ilə 100 manat və 150 manat olmaqla ümumilikdə 250 manat pulumu geri qaytarmışdır. 2750 manat pulu almaq istəsə də geri qaytarmır hərdən bir bəhanə gətirərək pulu qaytarmır. Hətta məhkəməyə verəcəyi halda iddiaçıya hədə-qorxu gəlmişdir. Cavabdeh iddiaçı və ailəsi barədə nalayiq ifadələr işlədmişdir. Cavabdeh ilə iddiaçı arasında vatsap və mesajda yazışma olmuş və cavabdeh borclu olduğu 2750 manat pulu etraf edir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. Qızı cavabdehlə tanış olmuşdur və cavabdehin ailəsi onlara elçi gəlmişdir. Söz aldıqdan sonra nişan mərasimi keçiriləcəkdir. Əri Rusiyada işləyir, qızı həkimdir. Ordubad Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. Onlar nişan üçün hazırlıqlara başlamışdır. Qızı və cavabdeh oğlan üçün nişan üzüyü bəyənmişdilər. Həmin üzük Bakıda Laçın Ticarət Mərkəzində satılırdı. Yoldaşım Rusiyadan mənə 500 ABŞ dolları pul göndərdi. Kapital Bankdan pulu çəkdim və Bankın qarşısında Ümidə verdim ki, bəyəndiyi üzüyü alsın. Daha sonra Ümid qızımdan problemi olduğunu və təcili pul lazım olduğunu bildirdi. Qızımdan 1000 manat birinci dəfə pul istəyib. Qızım bacım Yetərdən 600 manat pul aldı, üstünü də düzəldib verdi Ümidə. Daha sonra nişana qədər boxçalar, şokoladlar sifariş verildi və hamısının pulunu Ümid qızımdan alırdı və deyirdi ki, tezliklə ona pul köçürəcəklər və ödəyəcək. Ümid ingilis dilindən uşaq hazırlaşdırırdı. Oğlunu da Ümid hazırlaşdırmışdı və həmin vaxt qızı ilə tanış olmuşdu. Təxminən 1 aya qədər sözlü qaldılar. Sonra Ümidin psixoloji problemləri göründü və bundan sonra münasibətlər pozuldu. Bu bir ay müddətdə bir neçə dəfə qızından tezliklə qaytaracağı adı ilə pul alıbdır. Münasibətlər pozulanda cavabdehin 3000 manata qədər qızına borcu var idi. Dəfələrlə cavabdehlə danışıblar. Bir dəfə evlərinə gediblər borcu tələb ediblər. Ancaq bu qədər borcdan cəmi 250 manat pul qaytarıbdır. Sonuncu dəfə onları söyübdür. Qızı məcbur qalıb məhkəməyə müraciət edibdir. Həmin pulun 500 dollarını o üzük alsın deyə cavabdehə verib, qalan pulu qızı veribdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı iş üzrə İddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında iddia tələbinin əsası kimi iddiaçının cavabdehə 2022-ci ilin mayiyun aylarında 900 manat, bundan sonra 850 manat, 1000 manat, 90 manat, 90 manat və 70 manat olmaqla ümumilikdə 3000 manat pul verdiyini qeyd etmiş, iddia tələbinin əsası kimi göstərdiyi bu faktları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. İddiaçı tərəfindən dindirilən şahidin ifadəsinə nəzərə saldıqda şahidin ifadəsini mötəbər sübut növü kimi qəbul etmək olar. Ona görə ki, şahid ifadəsi konkretdir və pulun məhz cavabdehə verildiyini təsdiq edir. İş materiallarında olan vatsap yazılarından iddiaçının cavabdehlə arasında borc münasibətləri olması və pulun dəfələrlə tələb edilməsi, cavabdehin isə borcu etiraf etməsi və tezliklə qaytaracağını bildirməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh ümumilikdə 1900 (bir min doqquz yüz) manat pul alınıb İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini-850 manatı rədd edərkən gəldiyi nəticəni yuxarıda qeyd edilən hallara uyğun olaraq əsaslandırmış və bildirmişdir ki, 500 ABŞ dollarını (850 (səkkiz yüz əlli) manat) iddiaçı cavabdehdən tələb edə bilməz. Çünki buna iddiaçının subyektiv hüququ yoxdur. Şahid ifadəsindən aydın olur ki, 500 dollar iddiaçı tərəfindən deyil, şahid tərəfindən cavabdehə verilmişdir. Pul iddiaçının olmadığından onu cavabdehdən təıəb etmək hüququ da yaranmamışdır. Məhkəmə Mərkəzi Bankın dolların manata olan məzənnəsini nəzərə alaraq 1 dolların 1.70 manata nisbətini nəzərə alır və borcun manatla tələb edilməsini nəzərə alaraq 500 dolların Azərbaycan manatına nisbətdə 850 manat olaraq ümumi borcdan çıxılmasını əsaslı hesab edir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 8505 nömrəli qəbzlə ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 33.15 (otuz üç manat on beş qəpik) manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat pul alınaraq İddiaçı oğuna ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 8505 nömrəli qəbzlə ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 33.15 (otuz üç manat on beş qəpik) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-833/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-833/2023
04.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver