Məhkəmə qərarları › İş №2(078)-837/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-837/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-837/2024 27.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 02 may 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadında nəzərdə tutulan alimentin tutulma qaydasının dəyişdirilərək Cavabdeh 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X4 iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi X14 ilə Cavabdeh 2010-cu il tarixində rəsmi nikah qeydindən keçməklə nikahlarını rəsmiləşdirmişlər, birgə nikahlarından 28 oktyabr 2010-cu il təvəllüdlü X19 dünyaya gəlmişdir. Aralarında bağlanmış nikah akt qeydi Naxçıvan Şəhər Məhkəməsinin 29 fevral 2012-ci il tarixdə, 2(078)-117/2012 nömrəli qətnaməsi əsasında pozulmuş, azyaşlı uşaq anası X5 yanında saxlanılmış və azyaşlı uşağın saxlanılması üçün sabit məbləğdə 87 manat aliment müəyyən edilmişdir. Hüquqlarını müdafiə etdiyi X14 alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmış, tərəflər arasında razılıq olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadı əsasında X9 saxlanılması üçün Cavabdeh tərəfindən 110 (yüz on) manat sabit pul məbləğində alimentin (əvvəlki aliment məbləği artırılmaqla) X8 ödənilməsi razılaşdırılmışdır. Hüquqlarını müdafiə etdiyi X14, övladı ilə birlikdə yaşayır. Yaşamağa şəxsi evi olmadığından övladı ilə birlikdə atasına aid evdə yaşayır. Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadı əsasında müəyyən olunan 110 (yüz on) manat sabit pul məbləğində aliment uşağın maddi təlabatını qarşılamağa bəs etmir. Uşaq elə yaş həddindədir ki, onun gündəlik tələbatı və digər xərclərinə pul lazım olur. Uşağın saxlanmasına müəyyən olunmuş aliment saxlanılma xərcini ödəmir. Uşağın yaşı artdıqca xərcləri də artır. Bu gün verilən alimentlə uşağın təminatını ödəmək çox çətindir. Cavabdeh hal-hazırda fərdi sahibkarlıqla məşğuldur və əlavə qazanclar əldə edir. Bugünkü gün bir uşağın saxlanılması üçün ayda 235 (iki yüz otuz beş) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı var. 27 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iddiaçının vəkili və nümayəndəsi X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hazırda tələbi dəqiqləşdirərək Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadında nəzərdə tutulan alimentin artırılaraq Cavabdeh 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(078)-837/2024 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadında nəzərdə tutulan alimentin artırılaraq Cavabdeh 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi X2 iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi X4 alimentin 2017-ci ildə müəyyən olunduğunu, bu gün uşağın saxlanılması üçün 235 manat alimentin kifayət edə biləcəyini, cavabdehin avtomobil aldığını, gəlirinin yaxşı olduğunu buna görə də 235 manat alimenti ödəyə biləcəyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh 2012-ci ildə məhkəmə tərəfindən 87 manat aliment müəyyən olunduğunu, həmin vaxt 87 manat alimentin böyük məbləğ olduğunu, onu ödəməyə razı olduğunu, hətta ondan 2 ay sonra icraçının onu çağıraraq iddiaçının ərizə verdiyi gündən olan məbləği ödəməli olduğunu dediyini, 800 manata yaxın pul olduğunu, 3 gün vaxt istədiyini, sonra həmin pulu da ödədiyini, ancaq 2 ildir işsiz olduğunu, yenidən ailə qurduğunu, həmin evlilikdən də 2 uşağı olduğunu, həyat yoldaşının tibb bacısı işlədiyini, 600 manat əmək haqqı aldığını, özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, gündə 10-15 manat qazandığını, 235 manat alimenti ödəməyə imkanı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər 2010-cu ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 07 noyabr 2010-cu il təvəllüdlü X19 adlı övladları doğulmuş, Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadı ilə 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (yüz on) manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 01 dekabr 2010-cu il tarixli, AZ-İİ seriyalı, 506941 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 noyabr 2010-cu il təvəllüdlü X19 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 yanvar 2013-cü il tarixli, AZ-İ seriyalı, 151066 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd aparılması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadından İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi və cavabdehin nümayəndəsi arasında bağlanmış aşağıdakı "1. Mən mülki iş üzrə Cavabdeh nümayəndəsi X10 07 noyabr 2010-cu il tarixdə doğulmuş X1 üçün 05 iyul 2017-ci il tarixdən etibarən Naxçıvan Şəhər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli, 2(078)-117/2012 nömrəli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləğinin artırılmaqla hər ay 110 (yüz on) manat sabit pul məbləğinin nümayəndəsi olduğu Cavabdeh tərəfindən İddiaçı ödənilməsinə razıyam. 2. Mən mülki iş üzrə İddiaçı nümayəndəsi X11 05 iyul 2017-ci il tarixdən etibarən hər ay üçün X1 üçün Cavabdeh tərəfindən 110 (yüz on) manat sabit pul məbləğində alimentin (əvvəlki aliment məbləği artırılmaqla) İddiaçı ödənilməsinə razıyam. Barışıq sazişinin şərtləri ilə razıyıq."məzmunda barışıq sazişinin təsdiq edildiyi və iş üzrə icraata xitam verildiyi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı mənzil-istismar idarəsi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 278 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhər, Çənlibel küçəsi 15A, 1 nömrəli evdə yaşayan Cavabdeh həyat yoldaşı X6, qızı X16 və qızı X17 adlı ailə üzvləri var. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X13 X23 Şəhər Şöbəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli uçota dair arayışdan görünür ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadı ilə hər ay sabit pul məbləğində 110 (yüz on) manat miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 110 (yüz on) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (235 manatın) yarısından çoxunun - 180 (bir yüz səksən) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq 2024-cü il üçün nəzərdə tutulan yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 235 (iki yüz otuz beş) manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini, cavabdehin digər nikahından iki uşağının olmasını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan yuxarı olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 19.60 (on doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadı ilə 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; - 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; - Cavabdeh 19.60 (on doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(078)-672/2017 nömrəli qərardadı ilə 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 07 noyabr 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilsin Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 19.60 (on doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar