Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-838/2020 08.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə cavabdehin oğlu X9 oğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikaha daxil olduğu gündən ünvan 2 ünvanına pasport qeydiyyatına düşərək və həmin evdə yaşamışdır. Birgə nikahdan xx xxxxxx 1997-ci il təvəllüdlü X5, xx xxx 2001-ci il təvəllüdlü X7 və xx xxxx 2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Gəlin köçən zaman ev mərhum qayınatası X3 adına olmuş, vəfat edəndən sonra mənzil qayınanası Cavabdeh adına keçmişdir. Həyat yoldaşı X2 ilə arasında ciddi problemlər olduğundan nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmış, hazırda iş məhkəmənin icraatındadır. Evdən döyülərək qovulmuş, özü və uşaqlarının həmin evdən başqa yaşayacaq yeri yoxdur. Ona ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında İddiaçı oğlu Eldəniz ilə 1996-cı ildə evləndiyini, nikahlarından üç övladlarının doğulduğunu, gəlininin ona məxsus evdə yaşadığını, həmin evə gəlin gəldiyini, gəlinə evdən yaşayış hüququnun verilməsinə etiraz etmədiyini, evi satılığa qoyduğunu, satıldıqdan sonra nəvəsi Ayxanın payını bölüb verəcəyini, onun gəlini ilə heç bir mübahisəsi olmadığını, evdə söz olanda tez barışdıqlarını, gəlinindən narazı olmadığını, oğlu ilə boşanmasını istəmədiyini bildirib, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, X2 ilə X4 xx xxxxxx 1996-cı il tarixdə rəsmi nikaha qeydiyyatından keçməklə ailə qurmuşdur. İddiaçı ünvan 4 ünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. X2 ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 1997-ci il təvəllüdlü X5, xx xxx 2001-ci il təvəllüdlü X7 və xx xxxx 2009-cu il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 2A-da yerləşən 25 nömrəli mənzil Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 359 nömrəli sərəncamı əsasında xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin sərəncamda mənzilin əvvəlki sahibinin X8 olduğu qeyd olunmuşdur. X2 ilə İddiaçı arasındakı nikah pozulmamışdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Beləliklə də, Məhkəmə hesab edir ki, iddiaçının yaşayış evininin tərkib hissəsindən istifadə hüququnun verilməsi ilə bağlı tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Belə ki, hüquq mövcud olmadığı halda onun tanınmasından da söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış evindən istifadə ilə bağlı hüquq münasibətlərinin tərəflər arasında 1996-cı il tarixdən yaranmışdır. Belə ki, iddiaçı həmin tarixdə X2 ilə ailə quraraq qayınatası X3 adına olan evə gəlin köçmüş, həmin vaxt icarədar ilə iddiaçı arasında hüquq münasibətləri yaranmışdır. Məhkəmə İddiaçı münasibətdə mübahisənin həlli zamanı hansı maddi hüquq normasının tətbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, mübahisənin həlli zamanı 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddələri tətbiq olunmalıdır. Belə ki, yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yaranmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli 2 saylı qərarının 7–ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin dairəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən olunur xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinəəsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər. Məhkəmə hesab edir ki, iddiaçı dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı X3 ailə üzvü (oğlu Eldəniz Hüseynov) tərəfindən köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. İddiaçı mübahisəli mənzildə icarədarın həyat yoldaşı (hazırda Cavabdeh), digər ailə üzvləri, öz əri və onunla birgə nikahından doğulmuş üç övladı ilə birlikdə yaşamaqla, onlarla birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi ünvan 5 yerləşən 25 ünvanında yerləşən yaşayış evində yaşadığından İddiaçı həmin mənzildən istifadə hüququ tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı təmin edilsin. İddiaçı ünvan 5 yerləşən 25 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan mənzildən yaşayış və istifadə hüququ verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-838/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-838/2020
08.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver