Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-843/2020 08.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə kredit üzrə borcun məbləği 2000 (iki min) manat əsas, faiz borcu üzrə 498 (dörd yüz doxsan səkkiz) manat, cərimə borcu üzrə 80.68 (səksən manat altmış səkkiz qəpik) manat, olmaqla cəmi 2578,68 (iki min beş yüz yetmiş səkkiz qəpik altmış səkkiz manat) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında kredit təşkilatı ilə cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə kredit müqaviləsi bağlandığını, cavabdehə şəxsi istehlak məqsədləri üçün illik 29% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat kredit verildiyini, cavabdehin hər ay 139 manat ödəniş etməsinə dair cədvəl tərtib edildiyini, ödəniş cədvəlinin cavabdeh tərəfindən imzalanmasına baxmayaraq Cavabdeh tərəfindən götürülmüş kreditin hər hansı məbləğinin qaytarılmadığını, əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada faiz və cərimə borcunun hesablandığını, bununla bağlı kredit təşkilatı tərəfindən maliyyə arayışı tərtib edildiyini, dəfələrlə məhkəmədənkənar qaydada cavabdehlə məsələni həll etməyə çalışdıqlarını, lakin cavabdehin imkanı olmadığını əsas gətirərərək hər dəfə ödəniş etməkdən imtina etdiyini, buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini bildirib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2019cu il tarixdə bağlanmış **********9432 saylı kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli X1 ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarında olan FİNCA Azerbaijan” MM QBKT tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh ilə Kredit Təşkilatı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 2000 (iki min) manat kredit verilmişdir. Kredit üzrə 2000 (iki min) manat əsas, 498 (dörd yüz doxsan səkkiz) manat faiz, 80,68 (səksən manat altmış səkkiz) manat cərimə borcu mövcuddur. Cavabdeh tərəfindən Təşkilata olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Şəxsiyyət vəsiqəsinin elektron məlumat daşıyıcısında qeyd edilmiş məlumatına əsasən əsasən Sadiqov X3 şəhəri, M.Şəhriyar küçəsi döngə 4, ev 5 ünvanında qeydiyyatdadır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh kredit üzrə borcun məbləği 2000 (iki min) manat əsas, faiz borcu üzrə 498 (dörd yüz doxsan səkkiz) manat, cərimə borcu üzrə 80.68 (səksən manat altmış səkkiz qəpik) manat, olmaqla cəmi 2578,68 (iki min beş yüz yetmiş səkkiz qəpik altmış səkkiz manat) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə xx.xx.2020-ci il tarixli, 005XOH********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh kredit üzrə borcun məbləği 2000 (iki min) manat əsas, faiz borcu üzrə 498 (dörd yüz doxsan səkkiz) manat, cərimə borcu üzrə 80.68 (səksən manat altmış səkkiz qəpik) manat olmaqla cəmi 2578,68 (iki min beş yüz yetmiş səkkiz qəpik altmış səkkiz manat) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” X4 X6 xeyrinə xeyrinə ödənilsin. İddiaçı “FİNCA Azerbaijan” X4 X8 “tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə xx.xx.2020-ci il tarixli, 005XOH********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-843/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-843/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver