Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-855/2020 11.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat əsas borc olmaqla, cəmi 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilatın nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, təşkilatın “Naxçıvan” filialı ilə X4 arasında 527-xx.xx.2017-NAH56 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq Bank tərəfindən borcalana 24 ay müddətinə illik 29 % dərəcəsi ilə hesablanmaqla 1200 (bir min iki yüz) manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin təmin edilməsi üçün Bankla Cavabdeh arasında 527-xx.xx.2017-NAH56 nömrəli xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilmişdir ki, Zaminlik müqaviləsinin 4.2.1-ci bəndinə əsasən borclunun zaminliklə təmin edilmiş öhdəliyi icra edilmədiyi və ya lazımınca icra edilmədiyi barədə kreditordan bildiriş aldığı zamandan 3 gün müddətinə zamin borclunun öhdəliyini icra etməlidir. Təşkilatın nümayəndəsi qeyd etmişdir ki, Cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, öz üzərlərinə düşən vəzifəni yerinə yetirməmişdir. X1 xx.xx.2020-ci il tarixə iddiaçı təşkilata 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat kredit borcunun olduğunu bildirən nümayəndə qeyd edilmişdir ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 598767 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı təşkilatın nümayəndəsi N.Əmiyev sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat əsas borc olmaqla, cəmi 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında həqiqətən iddiaçı təşkilatla X4 arasında 527-xx.xx.2017-NAH56 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlandığını, verilmiş kredit öhdəliyinin təmin edilməsi məqsədilə Bankla onun arasında 527-xx.xx.2017-NAH56 nömrəli xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlandığını, müqavilə üzrə tərəflərin bir sıra öhdəliklər götürdüyünü, lakin X4 xx.xx.2018-ci il tarixdə vəfat etdiyini, özünün isə maddi imkanı olmadığı üçün üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədiyini, borc öhdəliyini inkar etmədiyini, borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Hazırki iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixdə bağlanmış 527xx.xx.2017-NAH56 nömrəli Kredit müqaviləsindən görünür ki, həqiqətən İddiaçı ASC-nin Naxçıvan filialı ilə X4 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən Borc verən Borc alana istehlak məqsədi ilə 24 ay müddətinə (xx.xx.2019-cu il tarixədək) illik 29 % dərəcəsi ilə hesablanmaqla 1200 (bir min iki yüz) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavədən müəyyən edilir ki, tərəflər 527-xx.xx.2017-NAH56 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 19-004 nömrəli maliyyə arayışına əsasən X1 həmin tarixə Banka 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixdə bağlanmış 527-xx.xx.2017- NAH56 nömrəli Zaminlik müqavilələrinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinin şərtinə əsasən Zamin xx.xx.2017-ci il tarixdə bağlanmış 527-xx.xx.2017-NAH56 nömrəli İstehlak krediti müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 598767 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunmuşdur ki, X4 xx xxxxxx 2018-ci il tarixdə qaraciyər xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.2018-ci il tarixdə ölüm akt qeydləri kitabının 305-ci vərəqində qeyd aparılmışdır. Cavabdeh Banka olan əsas borcun ödənilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə 14/A3721 nömrəli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli arayışa əsasən Rzayeva X2 şəhəri, Şahtaxtinski, ev 23 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği cavabdeh X3 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat əsas borc olmaqla, cəmi 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat məbləğində kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC tərəfindən “Kapital Bank” Naxçıvan MR İdarəsinə xx.xx.2020-ci il tarixli, 02 nömrəli A formatlı ödəniş tapşırığı ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat əsas borc olmaqla, cəmi 476.05 (dörd yüz yetmiş altı manat beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən “Kapital Bank” Naxçıvan MR İdarəsinə xx.xx.2020-ci il tarixli, 02 nömrəli A formatlı ödəniş tapşırığı ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-855/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-855/2020
11.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver