Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-856/2022 26.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 138.96 (yüz otuz səkkiz manat doxsan altı qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmiş, lakin kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-856/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-856/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver